Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Nailiyyətlər və hədəflər

Nailiyyətlər və hədəflər

24.06.2023 [10:50]

Proqramların hazırlanmasında müasir tələblər nəzərə alınmalıdır

Günel ABBAS

Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə yüksək inkişaf dövrü yaşayır.  Xüsusilə vurğulanmalıdır ki, davamlı islahatlar aparılan təhsil sahəsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi xarakterizə olunur.

Dərslik hazırlığı sahəsində də mövcud yeniliklər xüsusi qeyd edilməlidir. Məzmun islahatları çərçivəsində dərslik hazırlığında yeni reqlament və prosedurlar tətbiq edilir. Hazırlanmış dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası, Dövlət İmtahan Mərkəzi, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri tərəfindən qiymətləndirilir, eyni zamanda, bu məqsədlə yaradılmış portalda yerləşdirilərək ictimai müzakirəyə çıxarılır, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilir. Nəticə etibarı ilə, hazırlanmış dərsliklərin daha təkmil formada ərsəyə gəlməsi üçün mühüm prosedurlar tətbiq edilir.

Bir sözlə, Azərbaycanda təhsilin inkişafı ilə bağlı mütərəqqi addımlar atılır. Ümumi olaraq təhsil sisteminin inkişafına hədəflənən bu kimi fəaliyyətlər isə müsbət qiymətləndirilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müasir təhsil sahəsinin inkişafı üçün verdiyi qərarlar və imzaladığı sərəncamlar, fərmanlar, Dövlət proqramları kifayət qədərdir. Bütün bu qərarların məqsədi isə birmənalı olaraq ölkədə keyfiyyətli təhsil sisteminin qurulması və müsbət nəticələrin əldə edilməsidir. Dövlətimizin başçısı hər zaman öz nitqlərində, çıxışlarında, beynəlxalq tədbirlərdə bu sahənin vacibliyini önə çəkir, təhsilin keyfiyyətinin yüksəldilməsinin prioritet olduğunu vurğulayır.

Milli Məclisin üzvü Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif təhsil proqramlarının hazırlanması istiqamətində tövsiyələri ciddi əhəmiyyət daşıyır: “Elm və Təhsil Nazirliyi, eyni zamanda, ayrı-ayrı qurumlar bununla bağlı tapşırıqlara ciddi yanaşmalı, müvafiq addımlar atılmalıdır. Bu işdə müasir tələblər də nəzərə alınmalıdır. Bu məqsədlə proqramlar elm, təhsil, mədəniyyət sahəsində maarifləndirici mövzuların baxımlılığını artırmaq üçün gələcəyin tələblərinə, problemlərinə uyğun formatda hazırlanmalıdır.  Elm və Təhsil Nazirliyi səyləri gücləndirməlidir. Çünki dünyada yeni tendensiyalar, müxtəlif yanaşmalar bunu tələb edir. Azərbaycan da təhsil proqramlarının təkmilləşdirilməsinə  xüsusi diqqət göstərməlidir”.

Deputat qeyd edib ki, müxtəlif elmi- kütləvi, mədəni-maarif, təhsil proqramların hazırlanması ciddi peşəkarlıq tələb edir: “Bu baxımdan həmin proqramlar hazırlanarkən Elm və Təhsil Nazirliyi ciddi mütəxəssislərdən ibarət heyətdən istifadə edir. Hesab edirəm ki, proqramların hazırlanmasında peşəkarlıq ortaya qoyulur.  Cənab Prezident təhsil naziri Emin Əmrullayevi qəbul edərkən də ona verdiyi xüsusi tapşırıqlar arasında bu kimi tədbirlərin həyata keçirilməsinin vacibliyini xüsusi qeyd edib. Bu baxımdan hesab edirəm ki, mütəmadi olaraq elmi-kütləvi və mədəni təhsil proqramlarının hazırlanması prosesi təkmilləşdirilməlidir. Bununla bağlı müvafiq təcrübələr öyrənilməlidir. Çünki cəmiyyət inkişaf etdikcə təhsildə yeni çağırışlar yaranır. Gənc nəslin təlim- tərbiyəsi prosesində də bu kimi tədbirlər  mühüm əhəmiyyət daşıyır. Ümumilikdə isə nazirliyin  də bununla bağlı konkret tələbləri var”.

Onun sözlərinə görə, hazırda təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac duyulur: “Ona görə də təhsil müəssisələrində adambaşı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda təhsil müəssisələrində ödənişli təhsil xidmətləri dəstəklənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun yaradılması müasir təhsil sisteminin tələbidir”.

C.Məmmədov qeyd edib ki, təhsil proqramlarının hazırlanmasında zamanın tələbləri nəzərə alınmalıdır: “Hesab edirəm ki, bu istiqamətdə də işləri sürətləndirmək, geniş təkmilləşdirmələr aparmaq lazımdır. Eyni zamanda, postmüharibə dövrünün çağırışlarından irəli gələn məsələlər də bu proqramlarda yer almalıdır. Xüsusilə şagirdlərin milli-mənəvi dəyərlərə yiyələnməsi, vətənpərlik ruhunda böyüməsi baxımından da bu kimi tədbirlər böyük əhəmiyyət daşıyır.  Məhz bu istiqamətdə qeyd olunan tədbirlərdə  həmin xəttin əsas götürülməsi də vacib istiqamətlərdən biri kimi daim diqqət mərkəzində olmalıdır”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30