Gender bərabərliyi
25.06.2023 [11:20]
Ölkəmizdə bütün vətəndaşların hüquqları təmin olunur
Günümüzdə gender bərabərliyi mövzusu olduqca aktualdır. Cəmiyyətin diqqət mərkəzində olan bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir. Ölkəmizdə hər kəs cinsindən, irqindən, dinindən və milliyyətindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Lakin gender bərabərliyi cəmiyyətimizdə daha çox qadınlara “qahmar çıxmaq”, onlara xüsusi diqqət göstərmək kimi xarakterizə edilir. Əslində, bu, tam yanaşma sayıla bilməz...
Azərbaycanın dövlət siyasətində gender bərabərliyinin təmin olunması istiqaməti xüsusi yer tutur. Son illərdə müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi, həyata keçirilən institusional islahatlar, genişmiqyaslı maarifləndirmə işi, təşviq tədbirləri respublikada qadınların əmək bazarına inteqrasiyası, bütövlükdə, zərif cinsin təmsilçilərinin fəallığının artması üçün yeni fürsətlər yaradıb. Bu gün qadınların kişilərlə bərabər ölkə həyatının müxtəlif sahələrində uğurla təmsil olunmalarını və Azərbaycanın inkişafına sanballı töhfələr vermələrini müşahidə etmək son dərəcə qürurvericidir.
Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət
Dünya praktikasına nəzər salsaq, Yeni Zelandiya 1893-cü ildə qadınlara seçki hüququ verən ilk dövlət olub. Avropada qadınlara seçki hüququnu verən ölkələr sırasında ilk yerləri isə müvafiq olaraq Norveç, Finlandiya və İslandiya tutur.
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Azərbaycan qadınları İslam dünyasında səsvermə hüququnu alan ilk qadın cəmiyyəti olaraq bu baxımdan avropalı və amerikalı həmcinslərini geridə qoyub.
Müasir Azərbaycan qadını
Azərbaycan qadınları inkişaf etibarı ilə hüquqi təminatla bağlı qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyi bacarıb. XX yüzilliyin əvvəlindəcə onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Qadınlarımızın siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Sonrakı mərhələdə isə artıq bu məsələ qanunvericiliklə tənzimlənib - Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur. Ölkəmiz 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. Sözügedən konvensiyada sadəcə cinsi əlamətinə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulub.
Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə və s. orqanlarda təmsil olunur, məsul vəzifələr daşıyırlar.
Gender bərabərliyi kişilərə də aiddir
“Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunu mövcuddur. Ancaq ölkəmizdə qadınların kişilərlə bərabər hüquqa malik olduğu qanuni olaraq sənəddə əks olunsa da, adətən fikir ayrılıqları yaranır. Nədənsə, gender bərabərliyi dedikdə bu anlayış yalnız qadınlara şamil olunur ki, bu da yanlış təbliğatın nəticələridir. Gender (cins) bərabərliyi, həmçinin kişilərin də hüquqlarının qorunması, kişilərlə qadınların bərabər olduqlarını özündə ehtiva edir. Təəssüf ki, bəzən müəyyən təbliğatlar fonunda “gender bərabərliyi” şüarı feminist hərəkatların plakatlarının əsas devizinə çevrilir.
Kişi hüquqlarına dair beynəlxalq konvensiyalar
Qadın hüquqları ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlərin sayı-hesabı yoxdur. Bərabərlikdən danışırıqsa, hər iki cinsin nümayəndələri nəzərə alınmalıdır. Kişi hüquqları ilə bağlı hansısa beynəlxalq konvensiya, yaxud bu hüquqları qoruyan müvafiq beynəlxalq strukturlar mövcuddurmu? Araşdırmamıza əsasən, dünyada kişi hüquqları ilə bağlı yeganə dövlət qurumu ABŞ-ın Nyu-Cersi ştatındakı kişilərin işlərinə dair komitədir. Kişilərin hüquqlarına bəzi hallarda regional müstəvidə baxılsa da, bir dəfə də olsun beynəlxalq müstəvidə baxılmayıb. Tədqiqatlar göstərir ki, kişi hüquqlarının ən çox pozulduğu cəmiyyət sovet cəmiyyəti olub və hazırda həmin sahədə estafet ABŞ-a keçib. Feminist ruh “daşıdığını” iddia edən bəzi insanlar isə qadın hüquqlarının “müdafiəsi” adı altında bəzən kişilərin hüququnu pozduqlarını unudurlar. Ölkəmizdə qadınlara diqqət, onların sosial-iqtisadi baxımdan kişilərlə bərabər olması təmin edilir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35

