Fikir və söz azadlığı!
01.08.2023 [11:08]
Sivil cəmiyyətin əsas meyarı...
Yeganə BAYRAMOVA
Söz azadlığı dünyada əvəzolunmaz nemətlərdən biri hesab olunur. Təbii ki, insanın azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan fikir, söz və ifadə azadlığının təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin göstəricisi sayılır. Azərbaycan da bu cəhətdən dünya dövlətlərindən geri qalmır. Belə ki, ölkəmizdə fikir və söz azadlığının təmin olunması üçün xüsusi dövlət siyasəti həyata keçirilir.
Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması ümummilli lider Heydər
Əliyevin əməyi nəticəsində başa gəlib. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil mətbuat inkişaf etməyə başlayıb, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı olduqca yüksək səviyyədədir. Dövlət başçısının mediaya göstərdiyi qayğı bu yüksəlişin əsasını təşkil edir.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən əməkdar jurnalist, media eksperti Azər Həsrət bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox səhələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Onun sözlərinə görə, Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı: “Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil media formalaşmaqdadır. 1998-ci ildə Ümummilli Lider tərəfindən mətbuat üzərində dövlət tənzimlənməsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən senzura aradan qalxdı. Azərbaycan mətbuatının dövlət nəşriyyatına olan borcları əvvəlcə üç il müddətində donduruldu, sonra isə ləğv olundu. Sevindirici haldır ki, bu məqsədyönlü işlər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün qəzet, jurnal, informasiya agentliyinin təsis edilməsi üçün münbit şərait var. Ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılıb”.
Ekspert vurğulayıb ki, hazırda Azərbaycanda medianın fəaliyyət göstərməsi üçün heç bir əngəl yoxdur: “Bu məsələyə əsasən, iki aspektdən yanaşmaq lazımdır. Birinci, dövlətin görməli olduğu işlər və real durum, ikinci isə əlbəttə ki, medianın özünün üzərinə düşən vəzifələr. Dövlətə gəlincə, burada qanunvericilik kifayət qədər mükəmməldir. Müəyyən qüsurlar, yaxud da tənqidlər olsa da, dövlət medianın və jurnalistlərin azadlığının yüksək səviyyədə təmin edilməsi üçün bütün şəraiti yaradıb. Azərbaycanda heç kəs iddia edə bilməz ki, biz özümüzü azad şəkildə ifadə etməkdə çətinik çəkirik. Medianın fəaliyyət göstərməsi üçün hər hansı rəsmi əngəl yoxdur.
Bu gün Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət göstərir. Məsələn, son günlərin önəmli hadisələrindən biri Birinci Şuşa Qlobal Media Forumu oldu. Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilatın və media qurumunun rəhbəri və nümayəndəsi qatılmışdı. Forumun Milli Mətbuat günü ərəfəsində - iyulun 21-də açılmasının dərin rəmzi mənası var. Bu, o deməkdir ki, mediaya xüsusi qayğı göstərən dövlət başçımız azad və müstəqil olan Azərbaycan mediasının dünyaya çıxmasına, əməkdaşlığına böyük əhəmiyyət verir, strateji hədəflər güdür”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığını, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30

