“Qəhrəmanını tanı” layihəsi regionlarda
26.10.2023 [11:02]
“Böyük Qayıdış”a cığır açanların hekayələri gənclərə çatdırılır
Günel ABBASOVA
İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən şəhərsalma prinsipləri və normalarına uyğun həyata keçirilməkdədir. Şəhərsalma tədbirləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şərtlərin təsiri altında dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyaları nəzərə alınır. Bu tendensiyaların adaptiv tətbiqi yaşayış məntəqələrində iqtisadi məhsuldarlığın artımına, həyat səviyyəsinin yüksəldilməsinə və dayanıqlılığın möhkəmlənməsinə əlavə stimul verir.
“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin (səhiyyə, sosial müdafiə, mədəniyyət və idman, məktəblər və məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin qurulması və digər ictimai xidmətlərin təşkili) yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması da sürətlə həyata keçirilməkdədir.
Bu gün Dövlət Proqramında nəzərdə tutulan məsələlərin bir çoxu öz təsdiqini tapıb, böyük infrastruktur layihələri həyata keçirilib və bu işlər planlı şəkildə davam etdirilməkdədir. Proqramda qeyd olunan “Böyük Qayıdış” prosesinə könüllü dəstəyi, prosesin təbliğ olunması məsələsi də öz təsdiqini tapmaqda və effektini göstərməkdədir. Sözügedən bəndlərə əsaslanaraq fəaliyyət göstərən “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən müxtəlif təbliğat xarakterli tədbirlər baş tutmaqdadır.
Belə ki, Təşkilat tərəfindən Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə “Zəfərin 44 günü” adı altında həyata keçirilən silsilə tədbirlər çərçivəsində Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq məqsədilə “Qəhrəmanını tanı” layihəsi regionlarda icra olunmaqdadır.
Layihə çərçivəsində Mingəçevir Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində və Zaqatalada Azərbaycan Dövlət İqtisad Universitetinin filialında silsilə tədbirlər həyata keçirilib.
Tədbirlərdə Universitetin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, “Böyük Qayıdış” Gənclər təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyyət Mehdiyev çıxış ediblər.
Həmçinin Vətən müharibəsi qaziləri gənclərlə görüş zamanı onlarla öz xatirələrini bölüşüblər. Bildirilib ki, müharibədə zəfərin qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyəti və ruh yüksəkliyi mühüm rol oynayır və döyüş sınağında əsas olan insan amilidir. Qeyd olunub ki, düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir. Hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
“Böyük Qayıdış” Gənclər təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyyət Mehdiyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 2020-ci ilin 44 günlük Zəfər savaşının üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Qəhrəmanını Tanı” layihəsi Bakı şəhəri ilə yanaşı regionlarımızda da həyata keçirilməyə davam edir: “Qəhrəmanını Tanı” layihəsinin əsas məqsədi Vətən müharibəsində döyüşmüş qəhrəman qazilərimizin ictimaiyyətə, xüsusən gənclər arasında tanıdılmasından ibarətdir. Əvvəlcə Bakı şəhərində, universitetdə baş tutan görüşlərdən sonra regionlarda Mingəçevir, Gəncə, Zaqatala, Biləsuvar və Lənkəranda baş tutan “Qəhrəmanını Tanı” layihəsi gənclər tərəfindən olduqca maraqla qarşılanır. Nəzərə alsaq ki, görüşdə qazilərimiz özlərinin keçdiyi döyüş yolu ilə yanaşı, döyüş yoldaşlarının, qəhrəman şəhid qardaşlarının keçdiyi döyüş yollarını, onların qəhrəmanlıqlarını gənclərin diqqətinə çatdırır. Bu baxımdan belə görüşlərin baş tutması, eyni zamanda, qəhrəmanlıq ənənələrinin qorunması, onların gələcək nəsillərə ötürülməsində böyük rol oynayır. Bu görüşlər eyni zamanda, gənclərimizin milli-mənəvi dəyərlərə sadiq, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində böyük əhəmiyyət daşıyır. Bu mənada, görüşlərin silsilə olaraq davam etdirilməsi vacibdir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58

