Vətən sərhəddən başlayır!
14.12.2023 [11:11]
Sərhədçi əsgərin böyük arzusu
Bu gün suverenliyini bərpa etmiş Azərbaycan Respublikasına qürurla xidmət edirəm
Günel ABBASOVA
44 günlük Vətən müharibəsinin başlandığı qızıl payız fəsli, sentyabr ayı 2020-ci ildə olduğu kimi, 2023-cü ildə də Azərbaycan dövləti və xalqı üçün çox düşərli, sayalı oldu. Böyük sevinc və fərəh hissi ilə hər birimiz Azərbaycan Ordusunun növbəti uğuru ilə Zəfər salnaməmizin yeni şanlı səhifəsinin yazıldığı tarixə şahidlik etdik. Bu günləri bir də hərbi xidmətdə qeyd edən əsgərlərimiz var.
Bu günlərdə əsgərlik məzuniyyətində olan Cəfərbəyli Yusif son aylarda ölkəmizdə yazılan yeni tarix barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşdü. Hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edən Yusif bildirir ki, kiçik yaşlarından hər zaman ailədə valideynlərindən, məktəbdə müəllimlərindən Vətənə, dövlətə böyük sevgi, məhəbbət və sədaqət ruhunda tərbiyə alıb: “Həmçinin doğma ata-baba yurdumuz olan Laçın rayonunun Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində uzun illər düşmən işğalı altında qalması da bu Vətən sevdamıza həm də bir od, alov qataraq bu sevgini bizə yanğılı bir həsrətlə yaşadırdı.
Məktəb illərimi (eyni zamanda musiqi məktəbinin xanəndəlik sinifində təhsil aldığım illəri) uğurla başa vurduqdan sonra ali məktəbə daxil olaraq, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyat”ı ixtisası üzrə bakalavr təhsili aldım. Ali təhsil aldığım illərdə hər vaxt ölkəmizin, gənclər sektorunun və universitetimizin ictimai-siyasi və sosial-mədəni həyatında da yaxından iştirak etmişəm. 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və UNEC-in birgə təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının təşkilində, keçirilməsində, Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdiyimiz xidmətlərə görə “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamə”nin 5.7.7-ci və 5.7.9-cu yarımbəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə bir qrup universitet əməkdaşları sırasında tək tələbə olaraq mən də mükafatlandırılmışam.
Ali təhsilin bakalavr pilləsini başa vurduqdan sonra, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Menecment (musiqi)” ixtisası üzrə magistr pilləsində təhsilimi davam etdirdim. “Azərbaycan milli musiqi potensialının tanınmasında müasir menecment metodlarından istifadə” mövzusunda dissertasiya işimi müdafiə edərək iki illik magistratura təhsilimi də müvəffəqiyyətlə bitirdim”.
O bildirib ki, bütün bunlardan sonra qarşısında daha şərəfli və daha məsuliyyətli bir mərhələ gəlib yetişdi, hərbi xidmətə yollanmaq vaxtı, vədəsi gəlib çatdı: “Bu gün artıq mən də sərhədçi əsgər olaraq qalib bir ölkənin, yenilməz bir xalqın, şanlı Azərbaycan Ordusunun və ən əsası da Sərhəd Qoşunlarının sıralarında xidmətdən qürurluyam. Uşaqlıqdan mənim ən böyük arzum əzəli yurdlarımızı, tarixi Qarabağ torpaqlarını, ulularımın, babalarımın uyuduğu və valideynlərimin doğulub boya-başa çatdığı Laçını düşmən işğalından azad görmək və o yerləri ziyarət etmək olub. Bu illər ərzində mənfur düşmən dərk etmədi ki, torpaq müvəqqəti itirilə, yadelli tapdağı altında qala bilər, fəqət xalq ruhunu itirməyibsə, onu yenə geri qaytaracaqdır.
Həmin gün hərbi hissələrimizdə də təntənə ilə qeyd olundu
2023-cü ilin sentyabr ayında 23 saat ərzində davam edən lokal antiterror tədbirləri nəticəsində düşmən tərəfi ağ bayraq qaldıraraq geri çəkilərək, təslim olmağa məcbur oldu və ərazi bütövlüyümüz tam bərpa edildi. Hər bir səhifəsi xalqın iradəsi və milli birliyi, müqəddəs şəhidlərimizin qanı ilə yazılan tarixi Zəfər salnaməmizin müəllifi isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevdir. O daha bir tarixi günü xalqımıza yaşatdı. Bu tarix 15 oktyabr 2023-cü ildir. Ölkəmizə rəhbər seçilməyinin 20-ci ilində Prezident İlham Əliyev Azərbaycanın ayrılmaz, əzəli, əbədi və tarixi yurd yerləri olan Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəranda və Sərsəng su anbarı ərazisində unudulmaz şairimiz B.Vahabzadənin təbirincə desək, Zəfərdən doğulan, Göytürkdən qalan üçrəngli bayrağımızı dalğalandırdı. Və bu tarixi anlar xalqımıza yenidən şərəf, qürur və sevinc bəxş etdi. Bu əlamətdar hadisə ilə əlaqədar olaraq bizim hərbi hissəmizdə də təntənəli tədbirlər baş tutdu”.
Y.Cəfərbəyli bildirib ki, əhəmiyyətli tarixi hadisələrin cərəyan etdiyi 2023-cü il müasir Azərbaycan dövlətinin qurucusu, bu dövlətin müstəqilliyini əbədi və dönməz edən, öz xalqını çox çətin və mürəkkəb vəziyyətlərdən qurtararaq inkişaf və tərəqqi yoluna çıxaran, bizə çiçəklənən bir ölkəni əmanət qoyan dahi şəxsiyyət, ?lu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Özümü çox xoşbəxt hesab edirəm ki, mən də məhz bu ildə, 2023-cü ildə, yəni “Heydər Əliyev İli”ndə hərbi xidmətə çağırılmışam. Bu da mənim həyatımda hər zaman önəmli bir yer tutacaq. Müstəqil Azərbaycan Respublikası Sərhəd Qoşunlarının təşəkkülü, formalaşması və qüdrətlənməsi ilə adı birbaşa bağlı olan xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Məşhur bir ifadə var ki, Vətən sərhəddən başlayır. Bu, həqiqətdir. Ona görə də sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir”.
Ulu öndərimizin sərhədçilərə zamanında belə böyük dəyər verməsi gənc bir sərhədçi kimi məni də çox fərəhləndirir və eyni zamanda məsuliyyətimizi artırır. Mən böyük qürurla deyirəm ki, öz suverenliyini tam şəkildə bərpa etmiş Azərbaycan Respublikasına xidmət edirəm!”
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

