Qarabağ Zəfəri dərsliklərdə...
06.02.2024 [10:37]
Bu istiqamətdə işlər necə aparılmalıdır?
İnkişaf etmiş bütün dövlətlərdə hər bir sahəni dəqiq və dolğun əhatə edən təhsil proqramlarının hazırlanması diqqət mərkəzindədir. Bəllidir ki, hər bir ölkənin inkişafı ilk növbədə onun təhsili və elminin inkişafı ilə bağlıdır. Azərbaycanda bu istiqamətdə, yəni təhsilin və elmin inkişafı ilə bağlı işlər görülür. Ancaq bu sahədə fəaliyyət davam etdirilməlidir ki, geriləmə olmasın. Mütəxəssislər Zəfərlə başa çatan 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin antiterror əməliyyatı barədə məlumatların təhsil proqramlarına salınmasını önəmli hesab edirlər.
Maraqlıdır, İkinci Qarabağ müharibəsi ilə bağlı aparılan maarifləndirmə işləri və təhsil proqramları qənaətbəxşdirmi? Bununla bağlı təhsil sahəsində hansı işlər görülməlidir? Mütəxəssislər hesab edir ki, yeni elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına ciddi ehtiyac var.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, postmüharibə zamanında qalib Azərbaycan cəmiyyətinin daha çox maariflənməsinə, yeni bilgilər, informasiyalarla təmin olunmasına böyük ehtiyac var: “Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Cəbhədə qalib gəldiyimiz kimi, informasiya müharibəsində də qələbə qazanmağa davam etməliyik. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı, istər Azərbaycan cəmiyyəti, istərsə də bütövlükdə dünya ictimaiyyəti hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi, hətta yenilərinin belə hazırlanması öz aktuallığını qoruyur.
Bilirik ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları cəmiyyətin həyatında, insanların zövqünün formalaşmasında, bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında mühüm amillərdən biri, bəlkə də birincisidir”.
Ekspertin sözlərinə görə, təhsil proqramların hazırlanmasında mütəxəssis yanaşması, eləcə də rəyi mütləq nəzərə alınmalıdır. Bunun üçün cəmiyyətimiz daha da savadlanmalı və hərtərəfli informasiya ilə əhatələnməlidir: “Əlbəttə ki, bütün bunlara nail olmaq üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, yenilərinin hazırlanmasına böyük ehtiyac var. Düzdür, Vətən müharibəsindən ötən illər ərzində xeyli toplular nəşr olunub. Bu istiqamətdə xeyli tədbirlər keçirilib, bundan sonra da davam edəcək. Təbii ki, müharibənin nəticələri rəsmiləşdirildikdən və sülh müqaviləsi bağlandıqdan sonra bu işlərin sistemli şəkildə davam etdiriləcəyinə şübhə yoxdur. Artıq müharibə ilə bağlı mövzular dərsliklərə salınıb ki, bu da gənclərimizin yeni tarixini öyrənməsində mühüm rol oynayır.
Bundan başqa, bir çox qəhrəmanlarımız haqqında filmlər çəkilir. Təbii ki, bu işləri bir ildə çatdırmaq çox çətin prosesdir. Bütün işləri qısa müddətdə görmək qeyri-mümkündür. Bu gün hər kəs öz üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlir. Güman edirəm ki, bu istiqamətdə işlər yaxın müddətdə daha da sürətlə davam edəcək. Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər artıq proqram şəklində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Bu baxımdan, proqramların hazırlanmasında mütəxəssis yanaşması, eləcə də rəyi mütləq nəzərə alınmalı, alimlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir. Postmünaqişə dövründə və bundan sonra həmrəyliyimizin və birliyimizin daha da güclənməsinə öz ciddi töhhəsini vermiş olacaq”.
N.İsrafilov qeyd edib ki, Zəfər tariximizin müxtəlif əlamətdar günləri ilə bağlı orta məktəblərdə, universitetlərdə müxtəlif dərs saatları da təşkil olunmalıdır: “Xüsusən də, bu istiqamətdə ən böyük yük təhsil sahəsinin üzərinə düşür. Təhsil sistemində yetişən gənc nəsillərə Vətən müharibəsində qazandığımız Böyük Zəfərdən, uğurlu qələbədən, onun hərbi-siyasi və strateji əhəmiyyətinin başa salınması istiqamətində çox ciddi addımlar atılmalıdır. Düzdür, hazırda belə bir kitab hazırdır, məktəblərdə tədris olunur ki, bu da çox təqdirəlayiq addımdır. Eyni zamanda, zəfər tariximizin müxtəlif əlamətdar günləri ilə bağlı orta məktəblərdə, universitetlərdə müxtəlif dərs saatları da təşkil olunmalıdır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

