Atom bombası qədər ziyanlı...
22.05.2024 [11:18]
Ölümə aparan mətbəx əşyası - mikrodalğalı sobalar...
Müasir dövrdə texniki inkişaf insanların rahat yaşam standartlarının ayrılmaz hissəsidir. Hətta məişətdə işlədilən texniki vasitələrin ildən-ilə daha da təkmilləşməsi, mükəmmələşməsi işimizi asanlaşdırır. Bu gün elə bir ev yoxdur ki, orada paltaryuyan maşın, tozsoran kimi əşyalardan istifadə edilməsin. Qabyuyan maşınların da alıcılarının sayı günü-gündən artmaqdadır. Məişət əşyalarından danışmışkən, bu gün əksər evlərə ayaq açan, xüsusilə gənc ailələrin mətbəxində yer alan mikrodalğalı sobalardan istifadə də kütləvi hal alıb. Bu soba bəzi hallarda işimizi asanlaşdıran, əlimizdən tutan vasitə kimi nəzərə çarpır - amma əslində...
Həmin sobalar mətbəxdə və həyatımızda özünə yer etmiş ən zərərli texnikadır. Təbii ki, mikrodalğalı sobada yemək isitmək daha tez başa gəldiyi üçün insanlar bu əşyaya üstünlük verirlər. Lakin insanların əksəriyyəti qısa zamanda xörəkləri tez isidən sobanın zərərli və sağlamlığa ziyan vurmasından bəlkə də xəbərsizdir. Bəziləri isə səsləndirilən iddiaların əsassız olduğunu düşünərək bu sobadan istifadənin əks təsirə malik olmadığı düşüncəsindədir.
Mikrodalğalı sobanın kəşfi...
Mikrodalğalı soba 1946-cı ildə icad edilib. Persi Spenser adlı amerikalı alim ultra yüksək tezlikli radarlar üzərində işləyirdi. Bir gün o, maqnetronla təcrübə apararkən cibindəki şokoladın əriməsinin şahidi olur. O, maqnetronun üzərinə sendviç qoyaraq yeməklə təcrübəni təkrarlayıb. Bununla da məhsul isinir və 1947-ci ildə Persi Spenser öz ixtirasını patentləşdirir. Beləliklə, elektromaqnit şüalanmasının o dövr üçün faydalı hesab edilən, amma əslində insanlığa böyük zərəri olan bir xüsusiyyəti - yeməyin sürətli qızdırılması kəşf edildi.
Mikrodalğalı sobalar necə işləyir?
Radioaktiv dalğalar sayəsində qidaları qızdıran mikrodalğalar yeməyin molekullarında qarşılıqlı əlaqəyə səbəb olur, buna görə yeməyin DNT quruluşu dəyişir və zədələnir. Mikrodalğalı sobalarda qızdırılan yemək mikrodalğalı sobadan çıxdıqda molekulyar quruluşu pozulan bir yeməyə çevrilir. Yayılan radioaktiv dalğalar səbəbindən qidaların sağlamlıq dəyəri azalır.
Qanın tərkibinə təsir edir...
Mikrodalğalı soba işləyərkən elektromaqnit dalğaları 500 metr radiusda olan insan orqanizminə də ciddi təsir göstərir. Onlar qanın tərkibini dəyişir, hemoqlobini azaldır və ağ qan hüceyrələrinin sayını artırır. Mikrodalğalı radiasiya da qan damarlarında yüksək sıxlıqlı xolesterolun tərkibini dəyişdirir. Araşdırmalar sübut edib ki, mikrodalğalı sobalar onların içində qızdırılan süd məhsullarına daha çox təsir edir. Elektromaqnit titrəyişləri südün tərkibini dəyişir. L-prolin turşuları d-izomerlərə çevrilir. D-izomerlər zəhərlidir, sinir sistemini məhv edir, böyrəklər üçün çox təhlükəlidir. Radiasiya zülalı deformasiya edir və xassələrini dəyişir. Mikrodalğalı sobada isidildikdən sonra ətdə kanserogenlər yaranır. Həmçinin taxıl məhsulları da mikrodalğalı sobada qızdırıldıqda kanserogenlərlə zəngin olur.
Radiasiya bədəndə 15 ilədək toplanır...
Mikrodalğalı sobada yemək qızdırıldıqda, qida parçalarının hüceyrə membranı zəifləyir. Qida asanlıqla viruslar, göbələklər və digər mikroorqanizmlərlə yoluxur. Bu qidannın qəbulu bədən əzalarının tədricən çürüməsinə səbəb ola bilər. İnsanlar mikrodalğalı soba radiasiyasına məruz qaldıqda, radiasiya immunitet sistemini pozaraq, hüceyrə bərpasının təbii mexanizmini boğur. Bir insanın mikrodalğalı sobada isidilən yeməkdən aldığı zərər dərhal hiss edilmir. Bu radiasiya bədəndə on beş ilədək toplanır, sonra isə müxtəlif xəstəliklər şəklində özünü göstərir.
Mikrodalğalı sobada hazırlanmış popkorn yemək sadəcə, intihara cəhd etmək deməkdir. Mikrodalğadan popkorna keçən diasetil adlanan kimyəvi maddə ciyərlərimizə düşərək onu zədələyir.
Mikrodalğalı sənayenin sonu?
2021-ci ildə Yaponiya hökuməti ölkədəki bütün “mikrodalğalı sobaları” ilin sonuna qədər utilizasiya etmək qərarına gəlib. Bu qadağanın səbəbi Xirosima Universitetinin alimlərinin apardığı araşdırma olub. Alimlər mikrodalğalı sobalardan çıxan “radio dalğalarının” son 20 ildə sağlamlığa 1945-ci ilin sentyabrında Xirosima və Naqasakiyə atılan atom bombaları qədər zərər verdiyini müəyyən ediblər. Mütəxəssislər müəyyən ediblər ki, mikrodalğalı sobalarda qızdırılan yeməklərdə sağlam olmayan vibrasiya və radiasiya var. Yaponiyada bütün mikrodalğalı soba fabriklərinin tədricən bağlanacağı barədə sosial şəbəkələrdə və mətbuatda məlumatlar yayıldı. Tələblərə əməl etməyən və bu sobalardan istifadə edən bütün vətəndaşları və təşkilatları cinayətin ağırlığından asılı olaraq 5 ildən 15 ilədək həbs cəzası gözləməsi barədə məlumatlar dərc edildi. Xatırladaq ki, həmin vaxt Cənubi Koreya bütün mikrodalğalı soba fabriklərini 2021-ci ilə, Çin isə 2023-cü ilə qədər bağlamaq planlarını açıqlamışdı.
Erkən doğuş riski...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan tibb üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, qərb mütəxəssislərinin son 15 il ərzində apardığı tədqiqatların nəticəsi olaraq aşkarlanıb ki, bu məişət texnikası hamilə qadınların özlərinə və onların doğulacaq körpələrinin gələcəyinə mənfi təsir edir: “Eyni zamanda, mikrodalğalı sobada isidilmiş yeməklərlə qidalanan insanların əksəriyyətinin mədə-bağırsaq xərçəngi xəstəliyinə yoluxduğu təsdiqlənib. Sinir sisteminə, beyin funksiyalarının işinə, limfa sistemlərinin nizamlı quruluşuna, qadın və kişilərdə hormonların tamamilə mənfi istiqamətdə dəyişməsinə təsir edərək, zamanla fizioloji tarazlığın pozulmasına səbəb olur”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

