Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Çində təkrar istifadə oluna bilən raketin sınağı keçirilib

Çində təkrar istifadə oluna bilən raketin sınağı keçirilib

24.06.2024 [13:53]

Çinli mühəndislərin hazırladığı təkrar istifadə oluna bilən daşıyıcı raketin şaquli qalxma-enmə sınağı uğurla icra edilib.

Raket 12 kilometr hündürlüyə qalxdıqdan sonra yerə enib. Bu, daşıyıcı raketin ən hündür qalxma-enmə uçuşu olub.

“Çin kosmos elmləri və texnologiyaları” korporasiyasının nəzdindəki “Şanxay kosmos uçuşu texnologiyası akademiyası”nın hazırladığı raketin sınağı iyunun 23-də Ciüçüən kosmodromunda keçirilib. Maye oksigen-metan ilə çalışan və diametri 3,8 metr olan raketin ümumi uçuş müddəti 6 dəqiqə çəkib.

Çinli mütəxəssislər növbəti mərhələdə raketin 70 kilometr hündürlüyə qalxıb-enmə sınağını həyata keçirməyi planlaşdırıblar.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30