Yadplanetlilərlə niyə əlaqə qurmalıyıq?
03.08.2024 [11:30]
Astrofiziklərin son qənaətləri
Təxminən 70 il bundan əvvəl italyan əsilli amerikalı asrtofizik, sonralar Nobel mükafatı laureatına layiq görülmüş Enriko Fermi bir gecə səmaya baxaraq belə bir sual verir: “Bəs onlar haradadırlar?”
Əlbəttə, Fermi yadplanetliləri nəzərdə tuturdu. Alim bu mövzunu üç həmkarı ilə birgə qəhvə masası arxasında müzakirə edirdi. Məlumdur ki, kainatda milyardlarla ulduz var. NASA ən son texnoloji vasitələrlə Günəş sisteminə yaxın bütün ulduzları izləyir. Hələlik qalaktikamızda Yer planetindən başqa inkişaf etmiş həyatın əlamətləri tapılmayıb. Lakin bizim indiyədək yaxın ulduzlarda həyat əlaməti aşkar etməməyimiz başqa ulduz sistemlərində, yaxud daha uzaq ulduzlarda hər hansı canlı orqanizmin mövcud olmaması demək deyil.
Tanınmış astrofiziklər belə söyləyirlər.
“Doğrudanmı “Homo sapiens” kainatda texnoloji baxımdan inkişaf etmiş yeganə sivilizasiyadır?” - deyə Enriko Fermi ağlabatan bir sual verir. Dostları dərhal cavab verirlər ki, Yer unikal planetdir, çox güman, kainatda həyat üçün ideal şəraitə malik başqa bir planet yoxdur.
Ferminin dövründə kosmosu müşahidə etmək üçün ultra modern cihazlar yox idi. O vaxtdan bəri yeni teleskop növləri icad edilib. İndi neyroşəbəkələr vasitəsilə kosmos barəsində daha çox informasiya almaq mümkündür. Artıq hər kəsə məlumdur ki, fiziki və kimyəvi quruluşuna görə Yerə bənzər bir neçə planet var. Bundan əlavə, təkcə bizim qalaktikamızda bioloji həyatın mövcud ola biləcəyi milyonlarla, bəlkə də milyardlarla potenisal planet var.
“Yerdən kənarda sivilizasiya yoxdur”, “Yer unikal planetdir və yeganədir” üslubunda əsassız fərziyyələr artıq rədd edilir. Birincisi, bu kimi iddiaların elmi sübutu yoxdur. İkincisi, bu cür fərziyyələr elmi axtarışlara mane olur.
Beləliklə, Fermi paradoksunun həllinə dair alimlərin müxtəlif dövrlərdə irəli sürdükləri əsas fərziyyələri nəzərdən keçirək.
Zoopark hipotezi
“Zoopark hipotezi” fərziyyəsi ilk dəfə 1930-cu illərdə rus alimi Konstantin Tsiolkovski tərəfindən irəli sürülüb.
Onun nəzəriyyəsi belədir: “Kainatda bizdən başqa ağıllı planetar varlıqların olmamasını necə əsaslandıra bilərsiniz? Cavab verirlər ki, əgər onlar olsaydılar, Yer kürəsini ziyarət edərdilər. Mən isə deyirəm: bəlkə də onlar Yeri ziyarət edəcəklər, amma bunun vaxtı hələ çatmayıb”.
Məşhur alimin fərziyyəsi 1973-cü ildə amerikalı astronom Con Ball tərəfindən nəzəriyyə kimi sistemləşdirilib. Bu nəzəriyyəyə görə, yerdənkənar sivilizasiyalar artıq bizim varlığımız barədə məlumatlıdır. Lakin onlar əlaqə qurmağa tələsmirlər. Üstəlik, onların texnologiyaları o qədər inkişaf edib ki, bizim kosmik axtarış sistemlərimizdə görünmürlər.
Yerdənkənar varlıqlar Yerdəki həyata müdaxilə etməməyi üstün tuturlar. Kobud çıxsa da, deməliyik ki, biz zooparkda heyvanları müşahidə etdiyimiz kimi onlar da bizim Yerdəki yaşamımızı müşahidə etməklə kifayətlənirlər. Onlara lazım olan inkişaf səviyyəsinə çatdıqda bizimlə əlaqə saxlayacaqlar. Hələlik biz belə bir təmas üçün lazımi qədər gəlişməmişik.
Yeri gəlmişkən, populyar “Zoopark fərziyyəsi” elmi-fantastik ədəbiyyatın və kinonun sevimli mövzularındandır.
Okeanların sirri
Yadplanetlilərlə bağlı ikinci məşhur nəzəriyyə onların su olan planetlərdə mövcud olma ehtimalına əsaslanır.
Kainatda maye suyun ola biləcəyi bir çox planet var. Buzlaqlarla örtülmüş planetləri bir kənara qoyaq, Günəş sisteminə daxil planetlərin peyklərində maye sudan ibarət okeanlara intensiv rast gəlinir. Çox güman, suyun mövcudluğu qalaktikamızda adi bir hadisədir.
NASA fiziki Alan Stern əmindir ki, sulu planetlərdə həyatın çiçəklənməsi tamamilə mümkündür. Baxmayaraq ki, ilk baxışdan bu planetlər canlı həyat üçün əlverişsiz görünə bilər. Məsələn, belə planetlərdə zəhərli atmosfer və ya kosmik radiasiyanın ötürülməsinə imkan verən maqnit sahəsi, yaxud yandırıcı şüalar ola bilər. Bununla belə, buz və ya torpaq qatının altında hər hansı həyatın mövcudluğu da gözləniləndir. Ən maraqlı yanaşma isə odur ki, həmin canlılar nə qədər ağıllı olsalar da, üzə - kosmosa çıxma imkanına malik deyillər. Həm də o səbəbdən ki, onlar atmosfer və kosmos haqqında ümumiyyətlə heç nə bilmirlər. Bizsə nə vaxtsa teleskop vasitəsilə planetlərinə baxmaqla onları aşkar edə bilməyəcəyik.
Kosmik həbsxanalar
Ekzoplanetlər arasında “Super-Yer” adlanan çoxlu sayda göy cismi var. Bu, ümumi kütləsi Yerin kütləsindən çox, qaz nəhənglərinin kütləsindən isə xeyli dərəcədə az olan planetlər sinfidir. “Super-Yer”lər bizim Yerdən 5-10 dəfə böyük olur. Bu planetlərdə maye suyun mövcudluğu üçün uyğun şərtlər var. Ancaq belə bir planeti tərk etmək çox çətindir. Məsələn, kütləsi Yerin kütləsindən 10 qat ağır olan bir planetin hərəkət sürəti Yerdən təxminən 2,4 dəfə artıq olacaq. Bu halda planetin cazibə qüvvəsini dəf etmək də çətinləşir, odur ki, onun sakinlərinin kosmosa raket buraxması da, demək olar, mümkün olmayan bir təşəbbüsdür.
Onlar robotdur?
İnsan sivilizasiyası böyük sürətlə inkişafdadır. Alimlərin radionu icad etdikləri bir əsrdən bir az çoxdur. Radionun ixtirasından 50 il sonra - 1945-ci ildə ilk kompüter ərsəyə gətirilib. Həmin kompüter lent və plyonka ilə işləyirdi. İndi isə milyonlarla qat daha təkmil, daha məhsuldar mobil qurğularımız var. Artıq dünyamızı süni intellektlə bölüşməyə hazırlaşırıq. Ola bilsin, oxşar aqibət bizdən əvvəlki sivilizasiyaların da başına gəlib. Robot orqanizmlər başqa planetlərə köçmüş ola bilərlər. Həm də onların toksik atmosfer, yüksək temperatur və maye su ilə bağlı bizim kimi ciddi məhdudiyyətləri yoxdur.
Futuroloq Set Şostakın fikrincə, belə robotlar nəhəng enerji toplanan yerləri, məsələn, qalaktikaların nüvəsini seçə bilərlər: “Ola bilsin, biz onları artıq kəşf eləmişik, amma fərqinə varmamışıq”.
Məsələ burasındadır ki, “yadplanetli” dedikdə ilk baxışda humanoid xüsusiyyətlərə malik canlı nəzərdə tutulur. Lakin kosmik canlının humanoid xüsusiyyətlərə sahib olma ehtimalı, yumşaq desək, sıfıra bərabərdir. Təkamül təbii qəzalar zənciridir. Ona görə də təkamülün bütün planetlərdə qolları, ayaqları və başı olan insanabənzər canlıların meydana çıxmasına səbəb olacağını təsəvvür etmək o qədər də ağlabatan deyil. Bizim beynimiz bu dünyada qazandığımız təcrübələrlə məhdudlaşır. Ona görə də kainatda nə cür canlıların mövcud ola biləcəyini təsəvvürümüzə gətirə bilmirik.
Sivilizasiyamızın sonu
Yadplanetlilər qlobal fəlakətlərə - ölümcül iqlim dəyişikliyi və ya nüvə müharibələrinə səbəb ola bilərlər. Roçester Universitetinin astrofizika professoru Adam Frank yerdənkənar sivilizasiyaların inkişafını, onların yüksəlişini və süqutunu proqnozlaşdıran bir sıra riyazi modellərin müəllifidir. Alimin nəzəriyyəsinə görə, bizim onlarla görüşümüzə qədər onların sivilizasiyası öz süqutunu sürətlə yaşayır və məhv olur.
Bizim sivilizasiya təbii şərait baxımından planetimizin məhsuldar dövrünə düşüb. Lakin hesablamalara görə, təxminən 500 milyon ildən sonra Yerdə canlı həyat başa çatacaq.
Hələ buraya kosmik miqyasda təsadüfləri, proqnozlaşdırılması çətin olan hadisələri, meteorit düşməsini, yaxınlıqda supernova partlayışlarını və s. əlavə etmirik. Bilirik ki, canlı həyat yavaş-yavaş təkamülə uğrayır. Təsəvvür eləyin, təkhüceyrəli həyatdan çoxhüceyrəli həyata sadə keçid bir milyard yarım il çəkib! Bir molekulu hərəkətə gətirmək üçün tələb olunan zaman minimum bir neçə yüz milyon ildir. Bəşəriyyət üçünsə bu müddət 500 milyon ilə bərabərdir. Hesablamalara görə, milyon illər sonra Günəşdəki partlayışlar səbəbindən Yer kürəsində həyat qeyri-mümkün olacaq.
“Qara enerji” hər şeyi udacaq
Kainat sürətlə genişlənir. Qara dəliklər ulduzları udur. Beləliklə, əgər uzaq kosmik sivilizasiyalarda superluminal sürətlə (bizim bildiyimiz fizika qanunları ilə yox) səyahət texnologiyası olmasa, biz onları, onlar da bizi görə bilməyəcəklər. Bəlkə də bizdən 10 milyard işıq ili uzaqda çox güclü inkişaf etmiş sivilizasiya var. Ancaq onunla qarşılaşma ehtimalımız, demək olar, sıfırdır. Bu, təkcə yerdənkənar canlılara yox, uzaq kosmik obyektlərə də aiddir.
Kainatı nə qədər az tədqiq etsək, gələcək üçün imkanlarımız da bir o qədər azalacaq. Bəzi şanslar isə Yer sakinləri üçün həmişəlik itirilə bilər. Fermi Milli Laboratoriyasının astrofiziki Dan Huper öz araşdırmasında yazır: “Ulduzlar sönür... Onları görmək çətin, həm də zaman keçdikcə tamamilə əlçatmaz olur. Bu da o deməkdir ki, yadplanetliləri tapmaq və onlarla görüşmək üçün bəlli bir müddət qarşısındayıq. “Qara enerji”dən bir addım öndə olmaq üçün yadplanetlilərin hamısı “uçub” yox olmazdan əvvəl biz sivilizasiyamızı qalaktikada mümkün qədər sürətlə genişləndirmək məcburiyyətindəyik”.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23

