Faydası çox, zərəri...
22.10.2024 [08:43]
Limon nəyə və niyə xeyirlidir?
Limon sitrus meyvələri arasında unikallığı ilə seçilir. Bu sitrus meyvəsi soyuqdəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. İmmuniteti möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü biruzə verir. Bir sözlə, bu meyvə insan orqanizmi üçün olduqca faydalı və zəruridir.
C vitamini ilə bol olan meyvə maqnezium və lif cəhətdən zəngindir. Bağırsaqların fəaliyyətini stimullaşdırır, mikroflorasını yaxşılaşdırır. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə də malikdir, eyni zamanda, mikrobları öldürür.
Matroslara gündə 30 qram...
Limonun vətəni qədim Hindistandır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal vasitə sayırdılar. Onların dediklərinə görə, hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, “limon” sözü malay dilində bu meyvəni adlandıran “lerno” sözündən əmələ gəlib. Çində isə bu bitkini “limunq” adlandırırlar və tərcümədə bu “analar üçün xeyirli” deməkdir. XVIII əsrdə ingilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 qram limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu. Keçən əsrdə limonu taun xəstəliyindən qoruyan və ilan zəhəri əleyhinə vasitə hesab edirdilər. Qafqazda belə bir qədim əfsanə var ki, hökmdarın sevimlisi ağılsız hərəkət edərək qəzəbə düçar olur və həbsxanaya düşür. Ona həbsxanada yemək üçün dadına görə yemək seçməyi təklif edirlər. Məhbus limon seçir və hamının təəccübünə səbəb olur. O deyir ki, limonun qoxusu şadlandırır, qabığı və toxumları ürəyə faydalıdır, limonun ləti qidadır, şirəsi isə susuzluğu yatırır.
Limonun tərkibi...
Limonun lətində limon turşusu var ki, bu da meyvənin əsasını təşkil edir. Limonun qabığı isə flavonoidlər, efir yağları, pektin birləşmələri, qida lifləri ilə zəngindir. Təbii ki, bu maddələr əsasən meyvə lətində toplaşır. Limonun tərkibində bir çox vitamin var. Onlar arasında foli və C vitamini, pantoten turşusu, D vitamini, tokoferol, tiamin, retionl, piridoksin, riboflavin, PP vitaminləri xüsusi yer tutur.
İçərisinə duz səpilmiş limon
Mütəxəssislər insanın yatarkən yaxınlığında dörd hissəyə bölünmüş və içərisinə duz səpilmiş limon qoymasının onun sağlamlığı üçün faydalı olduğunu bildirirlər. Belə ki, limon gərginlik vəziyyətində yuxusuzluq problemi yaşayan insanın beynini sakitləşdirir. Psixoloqlar davamlı olaraq yuxusuzluq problemi olan insana özünü həmişə müsbət fikirlərə cəmləşdirməyi məsləhət görürlər. Bu işdə limon qoxusu əvəzsiz rol oynayır.
Ağcaqanadlara qarşı...
Limon həm də ağcaqanadların, böcəklərin sevmədiyi və həmişə ondan uzaq durduğu sitrus meyvəsidir. Limonun daha bir faydalı xüsusiyyəti isə səhər tezdən oyanmaqda çətinlik çəkən insanlara kömək etməsidir. Limon qoxusu beyindəki serotonin səviyyəsini artırır. Ətrafa xoş qoxu verən limon, həmçinin havanı təmizləyir. Hətta otaqdan boya qoxusunu tez çıxarmaq üçün limondan istifadə etmək olar.
Bir sözlə, mütəxəssislər hər bir insana yatarkən yaxınlığında olan stulun üzərinə dörd hissəyə bölünmüş və içərisi duzlanmış limon qoymağı məsləhət görürlər.
Təzyiqi tənzimləyir
Ətri belə insandakı qan təzyiqini azaldan limon iştah açır, həzmi asanlaşdırır. Limon həm də damar sərtliyininin qarşını alır, soyuqdəymə, qrip və öskürək hallarını azaldır, mikrobları öldürür, qida zəhərlənmələri zamanı faydalıdır. Ürək-damar problemləri olan insanlar üçün də faydalı olan limon rahatlaşdırıcı təsiri ilə bədəndəki ağrıları yüngülləşdirir.
Pas ləkələrinin “düşməni”
Limonun digər faydası pas ləkələrini təmizləməyidir. Kimyəvi təmizlik vasitələrinə xeyli pul xərcləmək əvəzinə, problemi adi limonla həll etmək olar. Paslı əşyanı limon suyunda bir qədər saxlamaq, sonra isə təmiz su ilə durulamaq kifayətdir.
Çox qəbul edilərsə...
Limonun çoxaylı faydalarını qeyd etsək ki, bu sitrus meyvəsinin çox qəbul edildiyi halda zərərləri da ola bilər. Belə ki, çiy limonu yemək və şirəsini içmək diş emalını aparır, çürüdür, kariyesi artırır və ağız boşluğunun selikli qişasının zədələnməsinə səbəb olur. Limon turşusu mədə girəcəyindəki əzələni, klapanı zəiflədir, nəticədə mədə turşuluğu geri qayıdır, reflüks yaranır. İnsanın həzm sistemi çox miqdarda limon turşusunu həll etməyə qadir deyil. Ona görə limon turşusu qarında spazm, mədədə yanğı, xora, böyrəklərdə daş, sidikdə pozulma və bağırsaqlarda problem yarada bilir.
Çox limon yemək dəmirin də sovrulmasını gücləndirir, bu zaman hemoromatoz əmələ gəlir, dəmir uyğun olmayan orqanlarda yığlıb qalır. Gündəlik limon norması 2 dilimdən artıq olmamalıdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34

