Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə təlim toplanışı keçirilir

Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə təlim toplanışı keçirilir

22.08.2025 [14:21]

Bu ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, həmçinin təhlükəsizlik qaydaları və dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar çatdırılıb.

Qeyd edək ki, hərbi vəzifəlilərin döyüş hazırlığının artırılması məqsədilə bilik və bacarıqlarının, eləcə də təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün toplanışda müxtəlif tapşırıqların icra edilməsi planlaşdırılıb.

Paylaş:
Baxılıb: 970 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31