Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub
22.10.2026 [08:01]
Oktyabrın 21-də Belçikanın paytaxtı Brüssel şəhərinin Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi mərkəzi “Schuman” meydanında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, bu aksiya ötən gün Brüsseldə - Avropa Parlamentinin qarşısında - “Place du Luxembourg” meydanındakı aksiyanın davamı olub.
Aksiyada vurğulanıb ki, Ermənistan 4010 nəfər azərbaycanlı itkinin taleyinə hələ də aydınlıq gətirməyib, onlar barədə məlumatları gizlətməkdə davam edir. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərlə bağlı informasiyaların xüsusi önəmi diqqətə çatdırılıb.
Azərbaycanlı itkin ailələri Ermənistanı daim müdafiə edən, beynəlxalq münasibətlərdə anaxronizm və atavizm nümunəsi kimi qəbul edilən Avropa Parlamentinin bir dəfə də olsun azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırmadığını bildiriblər.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova itkinlərlə bağlı aksiyaların davamlı olacağını açıqlayıb.
Aksiya çərçivəsində Azərbaycanın itkin düşmüş şəxslərinin fotoşəkilləri, geyimləri və məktub zərflərindən ibarət xüsusi instalyasiya nümayiş etdirilib. Zərflərdə itkinlərin dilindən təsirli sözlər ziyarətçilərdə dərin təəssürat yaradıb. Ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyaraq həmrəylik nümayiş etdiriblər.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycanın QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Yoxluğun sədası” layihəsi üzrə qalibdir.
Xəbər lenti
Hamısına baxDünya
22 Oktyabr 15:19
Siyasət
22 Oktyabr 15:06
YAP xəbərləri
22 Oktyabr 14:46
Sosial
22 Oktyabr 14:33
Sosial
22 Oktyabr 14:32
Sosial
22 Oktyabr 14:31
İqtisadiyyat
22 Oktyabr 14:28
Hadisə
22 Oktyabr 14:28
Dünya
22 Oktyabr 14:22
YAP xəbərləri
22 Oktyabr 14:05
Dünya
22 Oktyabr 13:38
Gündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:57
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49

