Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Yaponiya elan etdi: “Omikron”a qarşı dərman hazırlanır

Yaponiya elan etdi: “Omikron”a qarşı dərman hazırlanır

21.12.2021 [12:07]

İlkin olaraq Cənubi Afrika Respublikası və Honq-Konqda ortaya çıxan COVID-19-un “Omikron” mutasiyası bütün dünyada sürətlə yayılarkən, Yaponiyada yerləşən dərman şirkətindən ümidverici xəbərlər gəlib. yeniazerbaycan.com Türkiyənin “İhlas” agentliyinə istinadən bildirir ki, Yaponiyanın əczaçılıq şirkəti “Shinogi” COVID-19-un “Omicron” mutasiyasına qarşı hazırlanmaqda olan dərmanının effektivliyinə dair ilkin laboratoriya tədqiqatlarının başa çatdığını açıqlayıb.

Əczaçılıq şirkətindən verilən açıqlamada qeyd edilib ki, ilkin laboratoriya araşdırmaları dərmanın “Omikron” mutasiyasına qarşı effektivliyini təsdiqləyib.

Yaponiya İnfeksion Xəstəliklər İnstitutu məsələ ilə bağlı verdiyi açıqlamada, infeksiyanın ilkin mərhələsində xəstələrdə qızdırma və öskürək kimi simptomları azaltmaq üçün nəzərdə tutulan dərmanın virusun funksiyasını maneə törətməklə yanaşı, yayılmasını yavaşlatdığını bildirib. Dərmanı Yaponiyada 1 milyon insana çatdırmağı hədəfləyən əczaçılıq şirkəti tezliklə Səhiyyə Nazirliyinə təsdiq üçün müraciət edəcək.

Paylaş:
Baxılıb: 1107 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31