Qeyri-adi gözəlliyə malik təhlükəli dəniz canlısı
03.11.2022 [11:27]
Yer kürəsinin ən qədim sakinləri
Bu gün Beynəlxalq Meduza Günüdür
Səidə Rəhimli
Planetimizin ucu-bucağı olmayan sirli sularında insanları görünüşləri və özünəməxsus xüsusiyyətləri ilə heyrətə gətirən saysız-hesabsız dəniz canlıları var. Onlardan biri də qeyri-adi gözəlliyi ilə insanı heyran edən, lakin eyni zamanda da son dərəcə təhlükəli olan meduzalardır. Meduzalar dinozavrlardan daha qədimdir, buna görə də onlar Yer kürəsinin ən qədim canlıları hesab olunurlar. Alimlərin meduzaların təxminən, 500 milyon il əvvəl yaranmasına dair mülahizələri 2007-ci ildə ABŞ-ın Utah ştatında mükəmməl qorunmuş 505 milyon illik meduza fosillərinin kəşfi ilə təsdiqlənib.
Meduzalar ilk dəfə kəşf olunan zaman onların fərqli quruluşları, şəffaf bədənləri və orqanlarının olmaması tədqiqatçıları xeyli çaşdırıb. Onlar meduzaları hansı kateqoriyaya daxil edəcəklərini bilməyiblər və onu “natamam” olaraq təsnif ediblər. Daha sonra bu sirli dəniz canlısı ilə bağlı çoxlu sayda tədqiqatlar aparıldı və müxtəlif fikirlər irəli sürüldü.
2014-cü ildən bəri hər il 3 noyabr tarixi Beynəlxalq Meduza Günü olaraq qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd özünəməxsusluqları ilə fərqlənən belə gözəl dəniz canlısı haqqında məlumatlılığı artırmaqdır. Beynəlxalq Meduza Günü münasibətilə bütün dünyada akvariumlar xüsusi meduza sərgilərinə ev sahibliyi edir.
Meduzalar haqqında maraqlı faktlar:
* Çox az oksigenə ehtiyac duyurlar və oksigeni dəriləri vasitəsilə udurlar;
* İstənilən suda sağ qala bilirlər;
* Çox tez çoxalırlar;
* Bəziləri təhlükəlidir;
* Xərçəngkimiləri, balıqları və kiçik bitkiləri yeyir, yeməkləri çox tez həzm edirlər;
* Qida tapa bilmədikdə kiçilir və qidalanan zaman özlərini yenidən canlandırırlar;
* Bəziləri öldükdən sonra belə dişləyə bilir;
* Ürəkləri, sümükləri, qanı, orqanları, mərkəzi sinir sistemi və beyni yoxdur, yalnız sinir şəbəkələri var. Beyninin olmaması onların ağıllı olmalarına və ətraf aləmə uyğunlaşa bilmələrinə mane olmur;
* 95% sudan ibarətdirlər;
* Bəziləri qaranlıqda parlayır və s.
Bunlardan əlavə, meduzalarla bağlı aparılan tədqiqatlarda da diqqətçəkən faktlar nəzərə çarpır:
* 1991-ci ildə NASA bir təcrübə keçirir və 2478 ədəd meduzanı kosmosa göndərir. Təcrübənin sonunda onların sayı 60.000-ə çatır və meduzaların kosmosda uğurla çoxala bilməsi sübut olunur;
* 2003-cü ildə Virginia Tech-dən olan tədqiqatçılar meduzanın heyrətamiz gözəlliyindən və fərqli quruluşundan ilhamlanaraq meduzanın quruluşu və dizaynı əsasında modelləşdirilmiş su robotu yaradırlar. Onlar bu robotdan dənizin sirrini öyrənmək üçün istifadə etməyə başlayıblar;
* 2017-ci ildə meduzalar üzərində aparılan tədqiqatlar zamanı sübut olunub ki, yatmaq üçün beyinə ehtiyac yoxdur. Belə ki, meduzalar beyinləri olmadığı halda yuxuya bənzər bir vəziyyətə keçirlər. Əgər yatmazlarsa, çox ləng hərəkət edirlər...
5 okeanın hər birində rast gəlinən meduzaların 200-dən çox növü var. Bəzi meduza növləri okeanların dərinliklərində yaşadıqları üçün hələ də tam şəkildə tədqiq oluna bilməyib. Meduzalar şəffaf rəngdə və ya çəhrayı, sarı, mavi, bənövşəyi rənglərdə olurlar.
Meduzaların bəziləri yeyilə bilir. Onların yeyilə bilən növlərindən Yaponiya və Çin kimi ölkələrdə qida vasitəsi kimi istifadə edirlər. Çinlilər artıq 1700 ildir ki, meduzaları ovlayırlar. Onlardan Çin təbabətində də istifadə olunur.
Meduzaların sancması insanlar üçün ağrılı və bəzən də çox təhlükəli ola bilər. Lakin meduzalar insanlara qəsdən hücum etmir, əksər sancmalar insanların maraqdan meduzaya toxunması ilə baş verir. Bu, ölümlə də nəticələnə bilər və buna görə də çox təhlükəlidir. Tövsiyə edirik ki, meduza gördüyünüz zaman görünüşünün gözəlliyi ilə kifayətlənəsiniz və onlara toxunmayasınız.
Xəbər lenti
Hamısına baxHadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32

