Dünyanın ən böyük rəsədxanalarından biri
17.11.2022 [10:49]
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Səidə RƏHİMLİ
Müasir dövrdə astronomiya sahəsində xeyli irəliləyiş müşahidə olunur. Bəşəriyyət üçün kosmosda sirli qalan məqamlar bir-bir aydınlıq qazanır. Rəsədxanalar vasitəsilə göy cisimlərini rahatlıqla müşahidə etmək, ulduzların və kainatın sirlərini kəşf etmək mümkün olur. Kosmosa getmədən göy cisimlərini müşahidə edə bilmək bəşəriyyətin ən böyük kəşflərindən biridir. Səmanı bütün gözəlliyi ilə yaxından görə bildiyinizi təsəvvür edin. Dünyanın ən böyük rəsədxanalarından biri olan Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında gecə və gündüz təyin edilən vaxtlarda səmanı yaxından izləmək imkanımız var.
Şamaxı Rəsədxanasının dünyanın ən böyük rəsədxanalarından biri olmasına və bir sıra astronomik rəsədxanaları qabaqlamasına səbəb nədir? Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təsis edildiyi bu gündə onun haqqında maraqlı məlumatlara nəzər salaq.
1927-ci ildə yaradılan astronomik ekspedisiyanın məqsədi Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi Kəlbəcər, Laçın, Şamaxı, Xızı və digər bölgələrdə rəsədxana yaradılması üçün əlverişli coğrafi şəraitin seçilməsi idi. Aparılan tədqiqatlar nəticəsində Şuşa və Şamaxıda səmanın aydın görülə biləcəyi əraziləri təyin etdilər. Lakin Şuşaya gedən yol çətin idi və rəsədxanaya göndəriləcək alətlər çox həssas idi. Buna görə də rəsədxananın Şamaxının Pirqulu ərazisində qurulması qərara alındı. 1959-cu ilin 17 noyabrında yaradılan Şamaxı Rəsədxanasında il ərzində 200-ə qədər buludsuz, aydın gecələr olur.
Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana Qafqazın ən böyük astrofizika rəsədxanasıdır. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olan rəsədxananın üstünlüklərindən biri də çətin müşahidə edilən cənub səmasının öyrənilməsindəki roludur. Şamaxı Astrofizika Rəsədxanası teleskoplarının sayına, çeşidinə, gücünə və bir sıra parametrlərə görə dünyanın böyük rəsədxanaları sırasında yer alır.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-2013-cü illərdə rəsədxanada maddi-texniki bazanın möhkəmləndirilməsi və ətraf mühitin sağlamlaşdırılması üçün yenidən qurulma işləri aparıldı. Bunun üçün əvvəlcə 5 milyon manat, daha sonra da əlavə 3 milyon manat vəsait ayrıldı. Prezident İlham Əliyev Şamaxı Rəsədxanasını belə qiymətləndirib:
“Şamaxı Astrofizika Rəsədxanasının çox böyük tarixi vardır. Dünya miqyasında, elm aləmində çox böyük nüfuzu vardır. Bu rəsədxananın yenidən qurulması və burada gözəl şəraitin yaradılması məni çox sevindirir... Əminəm ki, uzun illər, onilliklər bundan sonra da bu rəsədxana Azərbaycan xalqına, Azərbaycan elminə xidmət göstərəcəkdir”.
Hazırda burada azərbaycanlı astrofizik alimlər fəaliyyət göstərir. Rəsədxana gecə və gündüz müəyyən saatlara ziyarətçiləri qəbul edir. Sizlər burada kiçik muzeydə gəzə, regiondakı ən böyük teleskopu görə və hava qaralandan sonra göz qamaşdıran ulduzları seyr edə bilərsiniz. Muzeydə sərgilənən eksponatlar sırasındadır:
* Aydakı Azərbaycanla bağlı krater - fəzada 2698 nömrəli “Azərbaycan” krateri ilə yanaşı, “Hüseyn Cavid”, “Quba”, “Nizami Gəncəvi” adına bir neçə krater də var;
* Azərbaycan ərazisinə düşmüş meteroid - dünya astronomiya elmində “Yardımlı” meteroidi kimi tanınan səma cismi 127 kq ağırlıqdadır. Meteroid 1959-cu ildə Yardımlı rayonunun Aruz kəndinə düşüb;
* Nəsrəddin Tusi ilə bağlı sənədlər - Amerika qitəsi məhz Nəsrəddin Tusinin riyazi hesablamaları və tərtib etdiyi xəritədən sonra kəşf olunub. Əlyazmaları İranda, İngiltərədə, Almaniyada sərgilənir. Azərbaycanda astronomiya elmi 13-cü əsrdə Nəsrəddin Tusi sayəsində Cənubi Azərbaycanda yaradılmış məşhur Marağa Rəsədxanasının hesabına şöhrət tapdı.
Şamaxı Astrofizika Rəsədxanası astronomiya elminə böyük töhfələr verərək Azərbaycanı astronomiya sahəsində də irəli aparır. Biz hər sahədə daim inkişaf edirik.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

