Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Faciə əlamətdar günə çevrildi...

Faciə əlamətdar günə çevrildi...

17.11.2022 [10:50]

Bu gün Beynəlxalq Tələbə Günüdür

Səidə RƏHİMLİ

Həyatımızın ən şirin xatirələri şagird və tələbə olduğumuz zamanlara aiddir. İndi hər birimiz o günləri xatırlayaraq şirin-şirin gülümsəyirik. Tələbə olanlar universiteti bitirib iş həyatına başlamağa tələsirlər. Halbuki ən gözəl günləri məhz bu günlərdir. Gənclik illərimizin ən dolu çağları... Bu gün Beynəlxalq Tələbələr Günüdür. Hazırda bu gənclik bayramı bilik və həyatı simvolizə edir. Hər bir tələbəni Beynəlxalq Tələbələr Günü münasibətilə təbrik edirik. Sizlərə məsləhətimiz odur ki, universitet illərinizin qədrini bilin və tələbəlik həyatının hər bir dəqiqəsini şirin xatirələrə çevirin.

Beynəlxalq Tələbələr Gününün yaranması isə heç də ürəkaçan hadisə ilə əlaqəli deyil. Bu gün qanlı hadisələrin nəticəsində təsis edilib. Buna görə də əvvəllər yaddaş və matəm günü olaraq qeyd edilirdi. Bəs bu qanlı hadisələr nə ilə bağlıdır və necə baş verdi? Gəlin, bu haqda məlumatlanaq.

İkinci Dünya Müharibəsi dövründə Adolf Hitlerin işğal etdiyi ərazilərdən biri də Çexiya idi. Qəddarlığı ilə məşhurlaşan Adolf Hitleri və nasistləri faşistlikləri ilə çox yaxşı tanıyırıq. Elə buradan da necə dəhşətli hadisə törətdiklərini başa düşmüş olarsınız.

16 noyabr 1939-cu ildə Praqada tələbələr və müəllimlər Respublika gününü qeyd etmək məqsədilə küçələrə axışdılar. Nasistlər bu aksiyanı vəhşicəsinə dağıtdılar və bu zaman tələbələrdən biri öldürüldü. Ölən tələbənin dəfni anti-nasist nümayişə çevrildi. Əsarətdə qalmaq istəməyən xalq və itirilmiş gənc bir həyat... Buna susmaq asan deyildi. Belə güman edirlər ki, aksiyaya çevriləcəyini bilərək Çexiya universitetlərini bağlamaq üçün bəhanələri olsun deyə, dəfn mərasiminə icazə veriblər.

Qarşıdurmaya cavab olaraq almanlar Praqa tələbə yataqxanalarını mühasirəyə aldılar: 1200-dən çox tələbə sürgünə göndərildi, nümayişdə fəal iştirak edən 9 tələbə mühakimə edilmədən edam edildi. Sürgünə göndərilən tələbələrin çoxu sağ qala bilmədi. Nəticədə Adolf Hitler müharibə bitənə qədər Çexiya universitetlərinin fəaliyyətini dayandırdı. Belə dəhşətli hadisədən 2 il sonra 1941-ci ildə Beynəlxalq Tələbə Təşkilatı 17 noyabr tarixinin ölən gənclərin şərəfinə Beynəlxalq Tələbə Günü olaraq qeyd edilməsini qərara aldı.

Bu gün Praqada həm milli şüur və ali təhsil hüququ uğrunda mübarizə aparan minlərlə tələbənin şücaətinin xatırlandığı, həm də gənclik illlərinin ən gözəl dövrləri olan tələbəlik həyatının qeyd olunduğu gündür.

Ali təhsil ocaqlarının məqsədi gənclərimizi ixtisaslı mütəxəssislər kimi hazırlamaq və cəmiyyətə hərtərəfli formalaşmış fərdlər qazandırmaqdır. Təhsil bütün tələbələr üçün əlçatan olmalıdır. Azərbaycan bu sahədə xeyli inkişaf edib. Hazırda ölkəmiz bir çox dünya universitetləri ilə əməkdaşlıq edir. Bizim universitetlərimizdə oxumağa gələn əcnəbi tələbələrin sayı hər il daha da artır. Bütün bunlar təhsilimizin inkişafının göstəriciləridir.

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30