Salamlaşmanın da lüğəti olur?
20.04.2023 [11:04]
Nəyə görə insanlar dialoqlarına salamla başlayırlar? Salamlaşmaq insanlar arasındakı münasibətləri möhkəmləndirən, onları bir-birinə sevdirən ədəb qaydalarından biridir. Salamlaşmaqla insan qarşı tərəfə öz diqqətini, hörmətini göstərir. Hər bir ölkənin isə özünəməxsus, fərqli mədəniyyəti var. Bu səbəbdən də insanlar salamlaşarkən əslində, xalqının, mənsub olduğu ölkənin mədəniyyətini, adət-ənənəsini ünsiyyətlərində əks etdirirlər.
Necə, harada yaşadığımızla bağlı olaraq salamlaşma adət-ənənəsi fərqli olur. Elə ölkələr var ki, onlarda adi salamlama üsulu ilə yanaşı, öz tarixi keçmişlərinə aid olan salamlaşma qaydaları hələ də yaşayır. Bəzən danışıq dilindən yox, jest və mimikalarla da salamlaşmaq mümkündür. Əl sallamaq, göz qırpmaq, əyilmək isə salamlaşmanın hərəkətlə olan formalarıdır.
Sadə, fərqli və maraqlı...
Azərbaycanda “salam”, “xoş gəlmisiniz”, “hər vaxtın xeyr” kimi sözlərlə salamlaşırlar. Adət-ənənəmizə görə salamlaşmayan və ya salamı almayan şəxsin hörmətsizlik etdiyi düşünülür. El arasında “Allahın salamıdır” deyimi də var ki, bu da xalqın dininə, ənənələrinə sadiqliyinin göstəricisidir. Hətta Qurani-kərimdə qeyd olunub ki, “Salam” Allahın 99 adından biridir...
Qardaş ölkə Türkiyədə bizdən fərqli olaraq böyüklərin əli öpülərək alnı üzərinə qoyulur. Ancaq digər yaş qrupunun nümayəndələri ilə “mərhaba”, “ selam” kimi sözlər işlədirlər. Qonşu ölkə Rusiyada insanlar rastlaşanda bir-birinə sağlamlıq, dirilik arzulayırlar. Malayziyalılar adətən iki əllə bir-birinin barmaqlarına toxunduqdan sonra ovuclarını ürəklərinin üzərinə qoyurlar. Yunanıstanda insanlar yalnız tanışlarının çiyninə toxunaraq salam verirlər.
Tuvalu, Sakit Okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsidir. Xalqın ənənəvi salamı, yanaqlarını bir-birinə yapışdırıb dərindən nəfəs almaqdır. Botsvanada salam vermək üçün bir neçə sadə jest etməlisiniz. Sol əlinizi sağ dirsəyinizə qoyub, salam vermək üçün sağ qolunuzu uzatın. Səudiyyə Ərəbistanında insanlar adətən salamlaşmaq üçün burunlarını bir-birinə toxundurur və bir əlini digərinin çiyninə qoyurlar. Yeni Zelandiyanın maori xalqı iki nəfərin burnunu və alnını sıxaraq salamlaşma ənənəsinə malikdir. Bu salamlama “Hongi” adlanır. Hindistanda insanlar ‘Namaste’ sözündən istifadə edərək salamlaşırlar. Onlar da bu sözü əllərini yuxarı qaldıraraq, ovuclarını bir araya gətirməklə ifadə edirlər. Taylandlıların “vai” adlandırdıqları salamlamaları əslində hindlilərə bənzəyir. Başınızı əyərək salam verə bilərsiniz ki, baş barmaqlarınız çənəyə, digər barmaqlarınızın ucları alnınıza toxunsun. Yaponlar bir-birlərinə boyun əyərək salam verirlər. Ancaq insanın vəzifəsindən, yaxınlığından aslı olaraq duruşun müddəti arta bilər. Filippinlilərin böyüklərə hörmət göstərmək üçün “mano” adlı salamlama üsulu var. Türk xalqı kimi onlar da yaşca böyük olan insanların əllərini tutub alnına qoyub salam verirlər. Tibetdə dil çıxarsaq, heç kəs bizə mənfi yanaşmaz. Çünki onlarda bu hərəkət kimisə salamlamanın bir növüdür. Onlar salamlaşan zaman sağ əllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər. Bu salamlaşma növünün qədim tarixə gedən çox maraqlı bir kökləri var. Qədim miflərə görə, insanlara qarşı çox zalım və qəddar kral Lanq Darmanın dili etdiyi pisliklərdən qaralmışdı və insanlar bir-birilərinə dil göstərərkən nə dərəcədə xoşniyyətli və təmiz fikirli olduqlarını sübut edirlər. Almanlar öpüşməyi sevməyən bir xalqdır, hətta “soyuq” millət kimi də tanınırlar. Onlar da qaydaya görə saat 12-yə qədər “Sabahın xeyir” 12-dən 17-yə qədər “Günortan xeyir”, sonra isə “Axşamın xeyir” deyirlər, ancaq bəzən adi salamla da kifayətlənə bilirlər. Almanlar həddindən artıq mehriban və sevgi hissi ilə dolu insanlara pis baxırlar, onları “sırtıq” adlandırırlar. Afrikanın bəzi tayfalarında insanlar üzbəüz gəldikləri zaman tüpürürlər, bu onlarda ədəbsizlik yox, hörmət göstəricisi sayılır. Maraqlı bir salamlaşma növündən birini də Konqoda müşahidə etmək mümkündür. Bu ölkədə yaşayan insanlar salamlaşarkən əllərini bir- birinə doğru uzadıb, sonra onlara üfürməyə başlayırlar.
Salamlaşmanın ən ümumi forması isə əl sıxmaqdır. Ən çox rast gəlinən hal olduğuna görə sən heç vaxt insanların nə üçün əl sıxdıqları haqda düşünmürsən. Əl sıxmanın tarixi Yunanıstanla bağlıdır, e.ə 5-ci əsrə gedib çıxır. O sülh rəmzi olub və heç kimin silah gəzdirmədiyi mənasına gəlirmiş. Roma dövründə əl sıxma adətən qol tutma formasında olub. Bir-birinin qolundan tutaraq salamlaşma kiminsə paltarının qolunda bıçaq gizlətmədiyini yoxlamaq məqsədiylə edilib. Bəziləri deyir ki, əl sıxmaq orta əsr Avropasına aiddir. Cəngavərlər gizlədilmiş silahları yerə salmaq məqsədiylə bir-birlərinin əlin sıxırdılar. Əl sıxma dünyada geniş yayılsa da, ABŞ-da ona çox rast gəlinmir.
Son dövrlərə qədər yumruq toxundurmaq adətən atletlər və gənclərin işlətdiyi bir jest idi. İndi isə o böyüklər də daxil olmaqla insanlar arasında daha ümumi bir hal alıb. Aparılan tədqiqatların birinə əsasən Amerikada 49% insan ənənəvi salamlaşma olduğu üçün bu üsuldan istifadə edir.
Qeyd edək ki, 1973-cü ildən başlayaraq hər il 21 noyabr Beynəlxalq Salamlaşma Günü kimi qeyd olunur. “Salam”sözü isə ərəbcədən “sülh olsun” mənasını verir. İslama görə sadəcə ildə bir gün deyil, hər gün salamlaşma günüdür.
Şahanə XANKİŞİYEVA
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

