Okeana qərq olan “şəhərcik”
02.09.2023 [14:00]
38 il əvvəl qalıqları tapılmışdı...
“Titanik” “Star Line”şirkətinə məxsus buxar gəmisi idi. Transatlantik səyahətlər üçün nəzərdə tutulmuş, dövrünün ən böyük sərnişin gəmilərindən biri idi. Elə ilk səyahəti zamanı - 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdı. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdu. Ötən 110-ildən çox müddətdə Titanikin batması nəticəsində insan itkisinin çoxluğu ilə bağlı müxtəlif səbəblər göstərilir. Müzakirələr, mülahizələr bu gün də davam edir...
Batan bu möhtəşəm gəminin qalıqları Magellan adlı bir şirkət tərəfindən rəqəmsal skan üsulu ilə çəkilib. Atlantik okeanının 3,800 metr dərinliyindəki dağıntının rəqəmsal skan edilmiş şəkilləri ən xırda təfərrüatlara belə aydınlıq gətirir. 1985-ci ilin bu günü “Titanik”dən qalmış parçalar ilk dəfə olaraq aşkarlanıb. Yeni bir sənədli film hazırlayan “Atlantic Productions” üçün Magellan şirkətinin rəqəmsal skan vasitəsilə gəmi ilk dəfə müşahidə edildi. Qalıqların hər birini araşdıran dalğıc ekspedisiyaya 200 saatdan çox vaxt ayırmışdılar. Bu müddətdə gəminin bütün bucaqlarından çəkilmiş 700.000-dən çox şəkli 3D animasiyası ilə işlənmişdi. Magellan şirkətinin əməkdaşları bu layihəni indiyə qədər həyata keçirilmiş ən böyük sualtı dəqiqləşdirmə layihəsi kimi qiymətləndirilər. Qeyd edək ki, “Titanik” gəmisinin qalıqları Atlantik okeanın 3 min 750 metr dərinliyində, Nyufaundlend adası yaxınlığında aşkar edilib. Suyun dibindən çıxarılan minlərlə qalıq UNESCO-nun sualtı mədəni mirasın qorunması üzrə Konvensiyasının himayəsinə verilib.
Halamona Titanik
Son vaxtlar bu möhtəşəm gəmi ilə bağlı daha bir üzücü xəbər dolaşmaqdadır. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə Titanikdən geriyə heç nə qalmayacaq. Gəminin qalıqları üzərində aparılan araşdırmalar onun 20 il ərzində əriyərək yox olacağını ortaya çıxarıb. Aşınma prosesi qalıqlar üzərindəki mikroblar sayəsində sürətlə davam edir. Maraqlısı odur ki, bu bakteriyalarla yanaşı, qalıqları çürüməkdən qoruyan bakteriyalar da mövcuddur. Titanikin qalıqları 1985-ci ildə okean araşdırmaçısı Robert Ballard tərəfindən tapılıb. Həmin dövrdə dəniz səviyyəsindən 3.8 km aşağıda olan gəmi olduqca yaxşı vəziyyətdə idi. Çünki Günəş işığı həmin dərinliyə qədər gedib çıxa bilmir və yüksək təzyiq canlıların yaşamağına mane olurdu. Lakin aradan 38 il keçib və bu müddətdə bəzi “vəhşi” bakteriyalar gəminin dəmirlərini aşındırıb. Bu bakteriyanın biri “Halomano Titanik” adlı canlı olub. Onun adı gəmiyə uyğunlaşdırılıb. Çünki bu canlı növü ilk dəfə məhz Titanikin qalıqları üzərində aşkar edilib. Sözügedən bakteriya başqa canlıların yaşamayacağı qaranlıq, təzyiqli, hətta duzlu mühitdə yaşaya bilir. Çürümə prosesini sürətləndirən sadəcə, bakteriyalar deyil. 2010-cu ildə Meksika körfəzinə yayılan minlərlə barel neft xammalının böyük qismi Atlantik okeanının dərinliklərinə enib. Yayılan neftin də çürümə prosesində böyük təsiri olub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31

