Mavi, yaşıl, füruzəyi...
23.09.2023 [12:36]
Dəniz Günüdür!
Yeganə BAYRAMOVA
Dünya ticarətinin təxminən 90 faizi dənizlər vasitəsilə həyata keçirilir. Yəni geyimimizdən tutmuş, məişətdə istifadə etdiyimiz elektron əşyalara, hətta çörəyin hazırlanması üçün lazım olan taxıla qədər demək olar ki, əksər zəruri tələbat malları ünvanlarına gəmilərlə daşınır. Təbii ki, təlatümlü dənizləri, okeanları aşan gəmiləri idarə edən dənizçilər də bu mənada böyük zəhmət çəkirlər - vacib bir missiyanı yerinə yetirirlər.
24 sentyabr-Birləşmiş Millətlər Təşkilatında beynəlxalq bayramlardan biri olan Dünya Dəniz Günüdür. 1978-ci ildən etibarən qeyd olunan bu gün Beynəlxalq Dəniz Təşkilatı (IMO)
Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib. Dünya Dəniz Günü 1980-ci ilədək martın 17-də keçirilib. Sonra onun qeyd olunma tarixinin sentyabrın 24-də keçirilməsinə qərar verilib.
Dünya Dəniz Gününün məqsədi qanunsuz balıq ovu, suyun çirklənməsi və qlobal istiləşmə nəticəsində dəniz və okeanlarda meydana gələn bərpa oluna bilməyən dəyişikliklərə beynəlxalq səviyyədə diqqət çəkməkdir. Günün ən mühüm vəzifələri isə dəniz daşımalarında ətraf mühitin təhlükəsizliyini artırmaq, dənizin ətraf mühitini xüsusilə neft çirklənmələrindən qorumaq, bioresursların mühafizəsi və brakonyerliklə mübarizənin qarşısını almaqdır.
Dəniz niyə mavidir?
Yer kürəsinin 2/3 hissəsini okean və dənizlər tutur. Bildiyimiz kimi, dənizin insana xeyri çoxdur və bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayır. Eni və uzunluğu bilinməyən dənizlər sirlərlə doludur.
Dəniz suyu çox yaxından şəffaf görünür və uzaqdan mavi tonlarını özündə əks etdirir. Dəniz suyunun rəngi əsasən su molekullarının işığı udması ilə bağlıdır. Ağ işıq kimi bilinən Günəş işığı bütün rənglərin yaranmasını ehtiva edir. Dəniz suyu molekulları atmosferdə olduğu kimi işıq saçan zaman qırmızı olanları udur və bənövşəyi olanları əks etdirir. Dənizin rəngi bəzi vəziyyətlərə görə dəyişir. Dənizi bəzən mavi, bəzən yaşıl, bəzən də firuzəyi rənglərdə görmək mümkündür. Məlum olduğu kimi dəniz suyu rəngsizdir. Suyun mavi rəngli görünməsi də işıq tezliklərindən və təbəqənin dərinliyindən asılı olaraq dəyişir. Ona görə də dəniz bəzi yerlərdə yaşıl və ya başqa rəngdə görünür.
Qlobal ticarətin 80-90 faizi...
BMT-nin məlumatına görə, son 100 il ərzində tuna, treska, marlin kimi balıq növlərinin 90 faizi ovlanıb. İl ərzində dəniz və okeanlara təxminən 21 milyon barrel neft axır. Böyük su obyektlərinə atılan sintetik tullantılar ildə bir milyon dəniz quşunun və 100 min dəniz məməlisinin ölümünə səbəb olur. Son bir əsr ərzində qlobal istiləşmə nəticəsində planetin əsas su obyektlərinin səviyyəsi 10-25 santimetrə qədər artıb. Qlobal ticarətin 80-90 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Beynəlxalq yükdaşımalar zamanı əksər hallarda dəniz və okeanlardan istifadə edilməsi onların ekosistemlərini pozur. Buna görə də hər il müəyyən bir aktual mövzuya həsr olunmuş Dünya Dəniz Günündə müxtəlif ekoloji tədbirlər, aksiyalar və dünya miqyasında mitinqlər keçirilir.
Öhdəliyimiz davam edir...
Bu günün cari ildəki şüarı “MARPOL 50: - Bizim öhdəliyimiz davam edir” olacaq. Mövzu ətraf mühiti gəmiçiliyin təsirindən qorumaq üzrə uzun tarixi əks etdirir. “MARPOL 50: - Bizim öhdəliyimiz davam edir” mövzusunda bir çox faktlarla bağlı Gəmilərdən Çirklənmənin Qarşısının Alınması üzrə Beynəlxalq Konvensiyaya (MARPOL) istinad olunacaq.
Qeyd edək ki, Azərbaycanda da hər il sentyabrın sonuncu həftəsi “Xəzər həftəsi” kimi qeyd olunur.
Xəbər lenti
Hamısına baxGündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42

