Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Nə üçün yemək yeyərkən bir şeylər izləmək istəyirik?

Nə üçün yemək yeyərkən bir şeylər izləmək istəyirik?

23.11.2023 [14:16]

Bütün diqqətininizi qarşınızdakı yeməyə verməklə qidalandığınız təqdirdə heç bir pəhriz saxlamağınıza ehtiyacınız olmayacaq. Aparılan elmi araşdırmaların nəticəsi belə deməyə əsas verir. Yəni, diqqətlə yemək pəhrizdən daha sağlıqlıdır. Orta hesabla gündə iki saat yarım yemək yeyiriksə, həmin vaxtın yarıdan çoxunu başqa bir işlər görməyə sərf edirik. Məsələn, kiminləsə söhbət etmək, gəzmək, nəyisə izləmək və ya oxumaq kimi...

Harvard Universitetində qidalanma üzrə mütəxəssisi Dr.Lilian Cheungun qənaətinə görə, yemək yeyərkən diqqəti başqa bir şeyə yönəltmək şüursuz yeməyə səbəb olur. O zaman bir sual yaranır: Bəs şüurlu yemək nə deməkdir? Çox sadə. Masada əyləşib diqqəti sadəcə yediyin yeməyə kökləmək. Nə xəyallara qapılmaq, nə hansısa işi görmək, nə də bir şeyləri izləmək lazımdır. Yemək yeyərkən smartfonunuza yapışıb qalmayın! Həm çox yemiş olursunuz, həm də beyin toxluq hissini gec qəbul edir. Bu da piylənmə prosesini sürətləndirir.

Bugünkü materialımızda xüsusilə də yemək yeyərkən bir şeylər izləməyin zərərlərindən söhbət açacağıq. Demək olar ki, əksəriyyətimiz bir şeylər izləyərkən yemək yeməyə üstünlük veririk. Bu, əslində nədən xəbər verir? Psixoloji yalnızlıqdır, yoxsa başqa səbəbləri var?

Psixoloq İlhamə Vəliqızı deyir ki, yemək yeyərkən bir şeylər izləmək istəyi bu gün yox, illər öncəsindən bizdə vərdiş halını alıb. Retro filmlərdə belə səhər yeməyi ətrafında qəzet oxuyan ata fiqurunun olması bu fikri bir daha təsdiq edir. Psixoloqun sözlərinə görə, zamanla oxumaq vərdişini kino və serialllar, ən nəhayət ağıllı telefonlar aldı. Bu vərdiş hazırda təkamül prosesini yaşayır: “Amma informasiya almaq ehtiyacı asılılıq vəziyyətinə gəlib çıxırsa, o zaman təhlükəli sayılır. Belə insanlar hər dəqiqə telefondan asılı olaraq yaşayır, yedikləri yeməkdən tutmuş, getdikləri yerə qədər çəkib paylaşmağa meyilli olurlar. Real həyatdan qopmaq həddinə gəlib çatırlar. Belə şəxslərə faber, xəstəliyə isə fabbinq deyilir. Onlar asılı olduğunun fərqində belə deyillər.

İkinci qrupa isə iş adamları daxildir. Onlar hər an gündəmin içində olmağa, ən son xəbərləri belə qaçırmamağa adət edirlər. Psixoloji olaraq düşünürlər ki, həm yeyib, həm də işimin başında ola bilərəm. Amma unudurlar ki, iki işi də yarımçıq görmüş olurlar. Nə yeməkdən zövq alırlar, nə də işi tamlıqla görə bilirlər.

Digər qrupa isə tənha və yalnız insanlar daxildir. Belə insanlar heç kimlə ünsiyyət qurmamağa və öz başlarına yemək yeməyə çalışırlar. Onlar üçün nəsə izləmək başqaları ilə birgə oturub yemək yeməkdən daha rahatdır.

Başqa qrup insanlar da var ki, onlar isə dərin boşluq içində olurlar. Yemək yeyərkən belə zövq ala bilmirlər. Başını bir şeylərlə qatmağa və ya özlərini əyləndirərək yeməyə çalışırlar”.

İlhamə xanımın sözlərinə görə, izlədiyimiz video çeynəmək funksiyamızın sürətinə belə təsir edir. Belə ki, həzin videoya baxdıqda yavaş-yavaş çeynəməyə, aqressiv və intriqalı görüntü isə tez-tez yeməyimizə gətirib çıxarır. Artıq nə yeyirsənsə, osan yox, nəyi izləyərək yeyirsənsə osan!

Müşfiqə

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30