Yadplanetlilərə təklif!
17.01.2024 [10:44]
2063-cü ilə qədər...
A.ABBASOVA
Tarixin müxtəlif dönəmlərindən yadplanetlilərin planetimizi ziyarət etdikləri ilə bağlı bir çox fərziyyələr irəli sürülüb, hətta bəzi hallarda bunların doğruluğu barədə sübutlar da ortaya çıxıb. Bu mənada Yer kürəsini ziyarət edən yadplanetlilər haqqında artıq müəyyən fikrə gəlməyin bəlkə də vaxtı çatıb. Çünki bəzən yadplanetlilər haqqında danışanda, ya da onların araşdırılmasının vacibliyini vurğulayanda insanlar düşünür ki, bu bir qədər mənasızdır. Ancaq elə deyil. Fakt ondan ibarətdir ki, biz nə qədər onları uzaq tutmağa çalışsaq da, yadplanetlilərin mövcudluğu təəccüblü deyil və bunu sübut edən faktları aydınlaşdırmaq hamı üçün maraqlıdır. UFO-lar haqqında müxtəlif filmlər çəkilsə də, sənədli araşdırmalar aparılsa da, hələ də onların kimliyi və texnologiyası haqqında dəqiq fikir deyən yoxdur. Amma mütəmadi olaraq elm adamları yadplanetlilərlə əlaqə yaratmağa çalışırlar.
Yeri gəlmişkən, ABŞ-da Kentukki ştatının Leksinqton şəhərindən olan bir qrup alim və dilçi planetimizi, xüsusən də Leksinqtona səfər etmək çağırışı ilə kosmosa siqnal göndərib.
“Space.com” portalının yaydığı məlumatda Kentukki ştatının dağlıq mənzərəsinin kodlaşdırılmış təsviri, insan fiqurları və atlar, həmçinin su, etil spirti və xoşbəxtlik hormonu dopamin molekullarının diaqramları var. Siqnal Yerdən 40 işıq ili və ya 378 trilyon kilometr məsafədə yerləşən TRAPPIST-1 ulduz sisteminə infraqırmızı lazer vasitəsilə göndərilib. Mütəxəssislər bilərəkdən TRAPPIST-1-i seçiblər. Çünki onun tərkibində çoxlu sayda potensial yaşayış olan planet var. Çağırış 2063-cü ilə qədər təyinat yerinə çatacaq.
Yer kürəsi onların layihəsidir?
Yadplanetlilərin harada olduğu, nə etdikləri barədə araşdırma apararkən bir çox maraqlı faktlara rast gəlmək mümkündür. Məsələn, ötən il Stanford Universitetinin professoru Harri Nolan yerdənkənar həyatla bağlı dinləmələrdə çıxış edərkən yadplanetlilərin Yer kürəsini ziyarət etdiyini və hələ də burada olduqlarını söyləmişdi. O, tamamilə əmindir ki, yadplanetlilər Yer kürəsində olublar və insanlar hətta onları gördüyünü etiraf edirlər.
Ümumiyyətlə, ufoloqlar günümüzdə insanın belə yadplanetlilər tərəfindən yaradıldığını iddia edirlər. Bu günə qədər də ufoloqlar arasında insanın yadplanetlilər tərəfindən hansı məqsədlə yaradıldığı barədə mübahisə gedir. Bəzi tədqiqatçıların fikrinə görə, Yer yadplanetlilər üçün əyləncə parkıdır. Bəzilərinin fikrinə görə isə insan yadplanetlilər üçün qiymətli bioloji material kimi lazım olur.
Ufoloq Bob Lazar isə 5 il əvvəl məsələ ilə bağlı yeni iddia səsləndirmişdi. Onun fikrinə əsasən, insanlar yadplanetlilər üçün çox rahat informasiya daşıyıcılarıdırlar. Məsələ burasındadır ki, DNA ən optimal informasiya daşıyıcısıdır. Yadplanetlilərin sahib olduğu kvant texnologiyasına əsasən insanın DNA-sına 3 trilyon qiqabayt informasiya yaza bilərlər. İlk baxışdan bu absurd görünsə də, elmi əsaslar mövcuddur.
Yadplanetlilərə insan DNA-sı lazımdır
Belə ki, insan DNA-sı digər heyvanların DNA-sından fərqli olaraq 95 faiz lazımsız məlumatlarla doludur. Bu məlumatlar insan həyatında heç bir rol oynamır.
İnsan ən etibarlı informasiya daşıyıcısına nisbətən zamanla dünyasını dəyişir. Amma öz məlumatını “kopyalayır” və növbəti nəsillərə ötürür. İnsan informasiya daşıyıcısı kimi onun qorunmağında maraqlıdır və itməməsi üçün hər şeyi edir.
Bob Lazarın açıqlamaları bir qədər qəribə səslənsə də, ortada müəyyən faktlar var. Həqiqətən də DNA-mızdakı məlumatların 95 faizi bizə aid deyil. Beynimizin isə 98 faizi əlavə hüceyrələrlə doludur. Hətta əzələ toxumasından da insan ən yaxşı halda 25 faiz istifadə edə bilir.
Onlar haqqında nə bilirik?
Gecənin qaranlığında işıq saçan kürələri, yaxud gümüşü rəngli boşqabları görmək belə onlar haqqında hansısa fikir söyləməyimizə əsas vermir. Biz ancaq maraq doğuran UFO-lar haqqında bir çox fərziyyə və fikirləri araşdırıb, təqdim edə bilirik. Məsələn...
Bizim yadplanetlilər adlandırdığımız canlılar bəlkə də elə bizimlə eyni planeti paylaşır, ancaq onlar paralel dünyadan gəlir və orada zaman fərqlidir. Özlərini gizlətmələrinin səbəbi də bizim paralel dünyalararası keçiş texnikasını öyrənməyimizi istəməmələridir.
Bu mənada onların Yer kürəsinə gəlmələrinin səbəbi də dünyanın taleyindən narahat olmaları ilə bağlı ola bilər. Bu fikir İsaaq Asimovun “Tanrılar - altın kitablar” əsərində əsas xətt kimi götürülür.
İkinci bir versiya ondan ibarətdir ki, UFO-ların və içindəki varlıqların bizim gələcəkdəki versiyamız olduğudur. Yəni onlar gələcəkdə zamanda səyahəti kəşf etmiş insanlardır. Bizim heyvanlar üzərində apardığımız təcrübələr kimi, onlar da bizlərdən bəzilərini aparıb üzərində təcrübə aparır, sonra onları işarələyərək nəzarətdə saxlayırlar. Tam olaraq üzə çıxmamalarının səbəbi də tarixi dəyişib ona təsir göstərmək istəməmələridir. Çünki biz onların keçmişiyik.
Üçüncü versiya... Onlar dünya xaricindən, başqa bir ulduz sistemindən gələnlər də ola bilər. Lakin o zaman da inanılmaz bir sualla üzbəüz qalırıq. Bu da kainatda səyahət edə bilmənin imkansızlığıdır.
Biz elə bir ucsuz-bucaqsız bir kainatdayıq ki, nəzəri və praktik olaraq ən sürətli texniki vasitələrlə bir yerdən başqa bir yerə qısa zamanda getmək mümkün deyil. Ən yaxın Veqa ulduzuna getmək bizim səkkiz ilimizi ala bilər. Bu yerdə ancaq düşünə bilərik ki, onlar işıq sürətinə malik olan texnikaya sahibdir.
Digər tərəfdən psixologiyanın təməl adlarından olan Yunqun düşüncəsinə görə, UFO-lar bizim olmasını istədiyimiz varlıqlardır. Yəni onlar bizim təhtəlşüurumuzun, yaşananlar da insanların düşüncə məhsuludur.
Bir misal gətirək. David Aleksandr adlı fransız səyyah 14 illik Tibet xatirələrində düşüncənin gücü ilə dönüşən rahiblərdən uzun-uzadı danışıb. Başqa bir misalda isə, UFO-lar insanların sosial baxışlarının və dünyanın sanki qurtarıcı varlıqları kimi yaradılan düşüncənin məhsullarıdır. Bura insanların qorxu və ümidləri də daxildir. Amma müəyyən vaxtlarda kadrlara düşən UFO-lar bu düşüncənin inandırıcılığını sual altında saxlayır.
Son ehtimal təbiətin bizimlə oyun oynaması ilə bağlıdır. Belə ki, UFO-lar atmosferin hələ də öyrənə bilmədiyimiz xüsusiyyətləri də ola bilər. Ancaq bütün məlumatlar kimi bu da bir fərziyyədən ibarətdir.
Söylənilən fikirlərin hər biri özündə gerçəklik payı saxladığı qədər, həm də şübhəlidir. Amma ən azından bu sonsuz qalaktikada tək olduğumuzu düşünmək həm qorxulu, həm də absurd olardı...
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

