“Mənim Teatrım”a ayaq açan Ovod..
15.06.2024 [11:25]
Mən “Ovod”la tanış olanda Artur Bertondan cəmi bir yaş kiçik idim. Onun çılğın ruhunda baş verən təlatümlər, gələcək büsata olan sonsuz inamı, heç sönməyən, öləziməyən ümidləri, anbaan artan, bir-birini əvəz edən arzuları, həyata, insanlara sevgisi o qədər tanış, o qədər doğma idi ki... Onun ruhunu ələ alan gənclik duyğuları kitabın səhifəsindəcə mənim gənc ruhumu da ələ almağı bacarmışdı.
Səhifələri çevirdikcə mən yenə 18 yaşımda qalsam da, Artur qəfil dəyişdi, düz 13 il “qocaldı”. Öldü deyilən yerdən doğuldu. Bu dəfə bambaşqa insan kimi- inqilabçı Feliçe Rivaris olaraq... “Ovod” təxəllüslü bu adam isə nə qədər doğma olsa da, bir o qədər qəribə, ürküdücü idi. Amma bütün hallarda saf, sevgi dolu Artur da, inqilabçı Rivaris də, ən çox sevdikləri tərəfindən uğradığı haqsızlıq nəticəsində insanlara inamını itirmiş, mənfilikləri, haqsızlıqları qorxmadan, çəkinmədən ən qatı dillə ifadə edən Ovod da unudulmaz idi...
Qəribədir ki, Artur aid olduğu yerə- sevdiyi Cemmanın, atası kordinal Montanellinin yanına 13 ildən sonra başqa adda, başqa biçimdə geri döndüyü kimi, mənim də həyatıma düz 13 ildən sonra başqa biçimdə geri qayıtdı. Bu dəfə səhnə əsəri kimi...
Müstəqil M.Teatr - “Mənim Teatrım”ın səhnəsində məşhur ingilis yazıçısı Etel Lilian Voyniçin eyniadlı romanı əsasında səhnələşdirilmiş “Ovod” tamaşasının oynanılacağını biləndə çox sevindim. Səhifələrdən tanıyıb sevdiyim, illərdir unutmadığım və “ən sevdiyim əsər” adlandırdığım “Ovod”u bu dəfə “canlı” görmək şansı həyəcanlandırmışdı.
Qısaca qeyd edək ki, irland yazıçısı Etil Lillian Voyniçin “Ovod” romanı 1897-ci ildə ABŞ-da çap olunub. Əsər XIX əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı azadlıq mücadiləsinin fəal iştirakçılarından olan, Gənclər Hərəkatının üzvü Artur Berton adlı qəhrəmanın, əsasən, atası kordinal Montanelli və dostu Cemmayla münasibətləri ətrafında baş verən faciəvi hadisələri əks etdirir. “Ovod” təxəllüsü ilə kəskin yazılar yazan bu gənc sonda xalqının istiqlalı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivarisə çevrilir. Haqqında çıxarılan ölüm hökmünün dəyişdirilməsi qərarı da onu mübarizəsindən döndərə bilmir.
Kifayət qədər qalın həcmə malik roman çox böyük ustalıqla səhnə əsəri kimi işlənmişdi. Əsərin əsas ideyası, hadisələrin əsas məğzi özünü çox yaxşı şəkildə göstərirdi. Ovod-Montanelli, Ovod-Cemma xətti aydın və dəqiq ştirxlərlə əks olunmuşdu.
Səhnə əsəri xristianlığın əsasını təşkil edən “Ata-oğul-müqəddəs” ruh tandemini daha çox ön plana çıxarmışdı. Allahın öz oğlu İsanı insanların, dünyanın rifahı üçün qurban verdiyi kimi Montanelli də özünün tək oğlu Arturu (Rivaris və ya Ovod) ürəkdən inandığı, sitayiş etdiyi Allah və İsa yolunda qurban verir. Ürəkdən sevdiyi, üzdə nifrət etdiyini zənn etsə belə, qəlbinin dərinliklərində heç zaman nifrət edə bilmədiyi atasını İsaya belə qısqanan, təkcə onu sevməsini istəyən, arzulayan Artur isə bu fədakarlığı heç zaman anlamır. O, atasına “axı İsa sənin üçün nə edib, hansı əzabları çəkib ki, sən onu bu qədər sevirsən” deyəndə nə inqilabçıdır, nə də din düşməni ateist, o sadəcə atasından sevgi gözləyən balaca bir uşaqdır.
“Ovod” romanı yazıldığı ilk gündən təzadlı fikirlərə səbəb olub. Qərb tənqidçiləri iddia edirdilər ki, müəllifin məqsədi heç də qəhrəmanlıq salnaməsi yaratmaq deyil. Çünki roman İtaliyada XIX əsrdə baş vermiş inqilabi hərəkatdan bəhs etsə də, həmin dövrün inqilabi ruhunu, şəraitini, xalqın etirazını, silahlı çaxnaşmanı, tarixi motivləri əks etdirmir. İnqilab əsərdə yalnız fon xarakteri daşıyır. Tənqidçilərin fikrincə, “Ovod” romanı sırf antixristianlıq, hətta bu dinə qarşı fobiya, ikrah yaratmaq məqsədi daşıyır. Qəhrəmanın Tanrıya olan nifrətinin bu qədər qabardılması bir çox tənqidçini hiddətləndirirdi. Lakin məhz bu yönünə görə roman Sovet hakimiyyəti tərəfindən çox böyük rəğbətlə qarşılanmışdı.
Ancaq əslində Voyniç bir insanın mənəvi sarsıntılarını, əzablarını, cəsarətini, qorxmazlığını, möhkəm və yenilməz xarakterini qabardır. İnqilab, din, kilsə, valideyn münasibəti, dostluq, sevgi... bunlar hamısı məhz baş qəhrəmanın xarakterinin bütün yönləri ilə açılmasına xidmət edir.
“M.Teatr” tərəfindən təqdim olunan tamaşa da müəllifin bu məqsədinə sadiq qalır. Səhnə əsəri də nə qədər “ata-oğul-müqəddəs ruh” üçlüyünü əks etdirsə də, hər detalı, hər ştrixti ilə baş qəhrəmanın-Ovodun daxili dünyasının tam çılpaqlığı ilə açılmasına hesablanıb. Fikrimcə, əsərin əsas uğuru da məhz bundadır.
Yeni hazırlanan tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, səs rejissoru Fəyyaz Ələkbərov, geyim üzrə rəssamı Oksana Rəsulovadır.
Səhnə əsərində rolları Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və Ramiz Qəmbər ifa edirlər.
Təbii ki, bütün tamaşaların əsas uğurunun təminatçısı rejissor işi ilə yanaşı, həm də peşəkar aktyor oyunudur. “Ovod” əsəri də fərqli, özünəməxsus və düşündürücü aktyor oyunu ilə yadda qaldı. Oksana Rəsulovanın canlandırdığı Cemmanın təəccübü, daxili iztirabları sözlərdən öncə aktrisanın gözlərində, mimikalarında, jestlərində həyat qazanırdı.
Xalq artisti Vidadi Həsənovun “Montanellisi” xüsusən son monoloqunda övladının edamına əmr vermiş bir atanın sonsuz əzablarını, ağrılarını o qədər gözəl çatdırır ki, romanda ürəktutmasından ölən Montanelli səhnədə də gözümüzün önündə “ölür”.
Polis rəisini canlandıran Şamil İbrahimov özünün komik ifası ilə sanki bu qədər ağır, mənəvi yüklü əsərdə nəfəslik rolunu oynayırdı.
Əsərin baş qəhrəmanı “Ovod” rolunu canlandıran aktyor Ziya Ağa bir saatın içərisində dəfələrlə cild dəyişdirdi, biçimdən-biçimə düşdü. Onun bu ani dəyişiklikləri ustalıqla ifa etməsi teatrımızın gələcəyinə olan ümidləri çox yüksək dərəcədə artırdı. Bəli, Azərbaycan teatr səhnəsində Ziya Ağa kimi istedadlar var, yetişməkdədirlər!
Azərbaycan teatrına qazandırdıqları bu möhtəşəm tamaşa münasibəti ilə bütün kollektivi ürəkdən təbrik edir, daha böyük uğurlar arzu edirik!
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
18 Fevral 23:48

Dünya
18 Fevral 23:30

Sosial
18 Fevral 23:19

İqtisadiyyat
18 Fevral 22:57

Dünya
18 Fevral 22:38

İdman
18 Fevral 22:16

Dünya
18 Fevral 21:55

Elm
18 Fevral 21:31

Dünya
18 Fevral 21:17

Sosial
18 Fevral 20:53

Dünya
18 Fevral 20:36

İqtisadiyyat
18 Fevral 20:12

Elm
18 Fevral 19:51

Hadisə
18 Fevral 19:30

Dünya
18 Fevral 19:15

İqtisadiyyat
18 Fevral 18:36

Siyasət
18 Fevral 18:34

İqtisadiyyat
18 Fevral 18:33

Dünya
18 Fevral 18:18

Siyasət
18 Fevral 17:48

Gündəm
18 Fevral 17:41

Dünya
18 Fevral 17:37

YAP xəbərləri
18 Fevral 17:12

YAP xəbərləri
18 Fevral 17:07

YAP xəbərləri
18 Fevral 17:06

YAP xəbərləri
18 Fevral 17:05

YAP xəbərləri
18 Fevral 17:04

YAP xəbərləri
18 Fevral 17:04
YAP xəbərləri
18 Fevral 17:02

YAP xəbərləri
18 Fevral 17:02

YAP xəbərləri
18 Fevral 16:58

YAP xəbərləri
18 Fevral 16:57

Gündəm
18 Fevral 16:52

Gündəm
18 Fevral 16:47

YAP xəbərləri
18 Fevral 16:23

Gündəm
18 Fevral 16:09

Gündəm
18 Fevral 15:59

Siyasət
18 Fevral 15:54

Xəbər lenti
18 Fevral 15:30

Sosial
18 Fevral 15:29

Xəbər lenti
18 Fevral 15:24

Gündəm
18 Fevral 15:19

Müsahibə
18 Fevral 15:16

Müsahibə
18 Fevral 15:13

Din
18 Fevral 14:53

Siyasət
18 Fevral 14:41

Gündəm
18 Fevral 14:33

Dünya
18 Fevral 14:21

Gündəm
18 Fevral 13:53

Dünya
18 Fevral 13:52

İdman
18 Fevral 13:48

İdman
18 Fevral 13:48

Sosial
18 Fevral 12:54

Dünya
18 Fevral 12:39

İdman
18 Fevral 12:35

İqtisadiyyat
18 Fevral 12:32

İqtisadiyyat
18 Fevral 12:29

Gündəm
18 Fevral 12:05

Dünya
18 Fevral 11:45

Dünya
18 Fevral 11:44

Dünya
18 Fevral 11:42

Siyasət
18 Fevral 11:38

Mədəniyyət
18 Fevral 11:29

Hadisə
18 Fevral 11:24

MEDİA
18 Fevral 11:23

Gündəm
18 Fevral 11:21

İqtisadiyyat
18 Fevral 11:13

Sosial
18 Fevral 11:11

İqtisadiyyat
18 Fevral 10:58

Sosial
18 Fevral 10:49
