“Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı audiodiskin təqdimatı olub
05.09.2024 [16:43]
Sentyabrın 5-də Azərbaycan Aşıqlar Birliyində (AAB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Birliyin həyata keçirdiyi “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olub.
AAB-dan Yeniazerbaycan.com-a bildirilib ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri açaraq layihənin həyata keçirilməsinin əhəmiyyətindən söz açıb, hazırlanmış audiodiskin aşıq sənətinin tədqiqatçıları və gənc aşıqlar üçün dəyərli bir vəsait olduğunu qeyd edib, Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsinə və təbliğinə bundan sonra da böyük diqqət yetiriləcəyini vurğulayıb. Layihənin həyata keçirilməsində göstərdikləri maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə rəhbərlik etdiyi qurumun adından minnətdarlıq edib.
AAB-ın katibi, layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu qeyd edib ki, layihədə əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra respublikamızın müxtəlif guşələrində məskunlaşmış aşıqlarımızın musiqi repertuarına diqqət yetirilib, onların ifalarından ibarət audiodisk hazırlanıb. Bu zaman Qərbi Azərbaycanda yaradılmış və bu bölgənin aşıq mühitləri ilə bağlı olan havalara, mətn seçimində isə Vətən və vətənpərvərlik, Qərbi Azərbaycandakı yer-yurd yerlərimizlə bağlı şeirlərə üstünlük verilib, Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzər, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi bütün aşıq mühitlərinin əhatə olunmasına xüsusi diqqət yetirilib: “Audiodiskdə 24 müxtəlif aşıq havası yer alıb ki, bunları da əslən Qərbi Azərbaycandan olan Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəlilov, İmran Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı, Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmralı Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadlı aşıqlar ifa ediblər”.
Qeyd olunub ki, hazırlanmış audiodisklər əsasən aşıq sənətinin tədris olunduğu universitet və kolleclərə pulsuz olaraq veriləcək ki, bu da sənətə yeni gələn yeniyetmə və gənclərin Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarına daha yaxından bələd olmalarına imkan yaradacaq. Layihədən eləcə də aşıq sənətinin tədqiqatçıları və musiqişünaslar da bəhrələnə biləcəklər.
Moskvada yaşayıb fəaliyyət göstərən professor, əslən Göyçədən olan Şakir Səmədoğlu, ADMİU-nun dosenti, ustad aşıq Altay Məmmədli və Göyçədən olan digər ziyalı Yusif Ağbulaqlı bu layihənin Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsində və bu mühitlərin sənət ənənəsinin qorunub yaşadılmasında müstəsna rol oynayacağını vurğulayıblar.
Sonra aşıqlardan İmran Xəlilov (“Göyçəgülü”), Toğrul Ataxallı (“Qədim Naxçıvanı”), Urmiyadan qonaq gəlmiş Qurban Əliyar (“İrəvan çuxuru”) və onun oğlu Səhənd Əliyar (“Meydan divanisi”), Ləman Mirzəyeva (“Hüseyni”), Xanlar Alqayıt (“Kərəm gözəlləməsi”), Faxfur İsgəndəroğlu (“Köşəbaşı”), Sumqayıt şəhərindəki Bülbül adına 2 saylı Uşaq incəsənət məktəbinin şagirdləri Nuran Məhərrəmov və Röyal Məmmədov (“Dubeyti”) və Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında (“Gəraylı” və “Cumagülü”) müxtəlif aşıq havaları səsləndirlib.
Sonda iştirakçılara “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı audiodisk hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17

