Mədəniyyətimizin şah əsəri!
27.12.2024 [08:11]
BMM-nin fəaliyyətə başlamasından 16 il ötür...
Mədəniyyət hər bir xalqın formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biridir. Bir sözlə, mədəniyyət insanın öz fəaliyyəti prosesində nail olduğu dəyərlər toplusudur. Məhz bu dəyərlər nəsildən-nəsilə ötürülərək daha da inkişaf etdirilir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi olduqca mühüm amildir.
Bu gün Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətə başlamasından 16 il ötür. 2008-ci il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin (BMM) açılışı baş tutdu. Həmin gün Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mərkəzin açılışını bildirən lenti kəsdilər.
“Muğam milli sərvətimiz və dəyərimizdir”
Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından BMM-nin müstəsna xidmətləri var. 16 il ərzində görülən işlər, reallaşdırılan layihələrdən mədəniyyətimizin inkişafı və dünyada tanınmasında mühüm əhəmiyyətə malikdir. 16 il öncə Mərkəzin açılışında iştirak edən Prezident İlham Əliyev demişdi: “Bu bina Azərbaycan xalqına xidmət edəcək. Bu binada gözəl tədbirlər keçiriləcək, gözəl konsertlər, muğam gecələri baş tutacaq. Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşadıb və bu gün çox vacibdir ki, bu gözəl sənət Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir”.
Bu gün muğamımız bütün dünyada sevilir
Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir. Bu gün muğamımız bütün dünyada maraqla qəbul olunur və sevilir. Demək olar ki, Heydər Əliyev Fondu yaranandan muğamımızın yeni inkişaf dövrü başlayıb. 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən muğam televiziya müsabiqələrinə start verilib. Bunun nəticəsində onlarla gənc muğam ifaçısı yetişib, artıq onlardan bir çoxunun fəxri adları var. Operada, ana televiziyamızda çalışır, ustadlarla bərabər Azərbaycan muğamını bütün dünyada təbliğ edirlər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beynəlxalq Muğam Festivalı keçirilir. Bundan başqa, “Qarabağ xanəndələri” Muğam toplusu çap olunub. UNESCO xətti ilə hazırlanmış bu alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlib. Eyni zamanda, Azərbaycan muğamının Avropada, Qərb ölkələrində təbliği ilə bağlı çox böyük işlər görülüb.
Məlumdur ki, Müzəffər Ordumuz 44 gün ərzində Qarabağda bir tarix yazdı. Qələbəmizdən 6 ay sonra Heydər Əliyev Fondu tərəfindən Şuşada möhtəşəm “Xarıbülbül” Festivalı keçirildi. Bununla da dünyaya mesaj verildi ki, torpağın sahibləri qayıdıb, artıq Şuşamızda, Qarabağımızda Azərbaycan muğamı daim səslənəcək!
Sevindirici haldır ki, tez-tez Beynəlxalq Muğam Mərkəzində korifey sənətkarlarımızın yubileylərini keçirir, gənc ifaçıların konsertlərini dinləyirik. Bizə qürur verən bu işlər muğam irsimizin əbədiyaşarlığını bir daha təsdiqləyir. Beynəlxalq Muğam Mərkəzi istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə, inkişafına öz töhfəsini verməkdədir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 14:57
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58

