Bakı İslam dünyasının regional mərkəzinə çevrilir
01.05.2025 [10:17]
Zəngin tarixi - mədəni irsimizi birlikdə qoruyaq!
Azərbaycan İslam dünyasının bir hissəsi olmaqdan qürur duyur və dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Bu da geniş İslam coğrafiyasında yüksək dəyərləndirilir. Bunun təsdiqi olaraq elə bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə paytaxtımızda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib.
Eləcə də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki aprelin 29-da Qərbi Azərbaycan İcmasını ziyarət edib. Baş direktorun İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərov, Müşahidə Şurasının sədri Misir Mərdanov və icmanın rəhbərliyində təmsil olunan digər şəxslərlə keçirdiyi görüşdə mədəni irsin qorunması, təhsil və elmi araşdırmalar vasitəsilə İslam irsi üzrə həqiqətlərin üzə çıxarılması və mədəniyyətlərarası dialoq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə ICESCO arasında getdikcə genişlənən sıx əməkdaşlıq əlaqələri
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında Azərbaycan ilə ICESCO arasında sıx əməkdaşlıq əlaqələrinin olmasına xüsusi diqqət çəkib. Onun sözlərinə görə ICESCO xətti ilə Azərbaycan elm, təhsil və mədəniyyət sahəsindəki dəyərlərini beynəlxalq ictimaiyyətə çatdıra bilir, onların təbliği və qorunması istiqamətində geniş fəaliyyət göstərir. Həmçinin Azərbaycanın bir çox mədəni dəyərləri, xüsusilə Qız qalası, İçərişəhər, bütövlükdə Şirvanşahlar sarayı, Şəki Xan sarayı, ICESCO-da qeydiyyata alınıb.
Azərbaycan 1991-ci ildən sıralarında 50-dən çox dövləti birləşdirən ICESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəlib. Bu gün Azərbaycanın İCESCO ilə münasibətləri İslam dünyasına gözəl bir nümunədir.
ICESCO-nun regional ofisinin Bakıda açılması İslam dünyasının Azərbaycana və onun Liderinə olan dərin hörmət və inamının daha bir təsdiqidir. Bu regional ofisin Azərbaycana və Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərinə xidmət göstərəcəyini, regionun digər ölkələrinə də öz töhfəsini verməklə yanaşı, əməkdaşlıq və mükəmməllik ruhunu təşviq edəcəyini vurğulayan Salim bin Məhəmməd əl-Maliki deyib ki, bu nailiyyət həqiqi liderliyin, aydın baxışın və daha yaxşı gələcəyə olan davamlı sadiqliyin bəhrəsidir.
Qərbi Azərbaycandan olan soydaşlarımız İslam dünyasının güclü dəstəyinə ümid bəsləyirlər
QAİ-də baş tutan görüşdə icma nümayəndələri azərbaycanlıların indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qalması nəticəsində onların əsas hüquqlarının, o cümlədən mədəni və təhsil hüquqlarının pozulması, oradakı Azərbaycan mədəni irsinin məhv edilməsi barədə ICESCO rəhbərinə məlumat verib, İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il Banjul Zirvə görüşünün qərarlarına və ICESCO-nun mandatına uyğun olaraq təşkilatın bu məsələlər üzrə səylərinə ümid bəslədiklərini bildiriblər.
Azərbaycanlılar zaman-zaman indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalıblar. XX yüzillikdə 4 deportasiyanın nəticəsi olaraq soydaşlarımız əsrlər boyunca yaşadıqları yurd yerlərindən qovulublar. Yeni dünya nizamında onların zorla qovulduqları yurd yerlərinə qayıtmaq istəyi beynəlxalq konvensiyalarda təsbit olunan hüquq normaların əsaslanır. Yurd yerlərinə dönmək arzusu ilə yaşayan on minlərlə soydaşımız onların qayıdış hüquqlarının təmin edilməsində İslam dünyasının, o cümlədən də ICESCO-nun dəstəyinə ümid bəsləyir. “Bu görüşdən sonra hesab edirəm ki, İslam dövlətləri arasında Qərbi Azərbaycan həqiqətlərinin və soydaşlarımızın qayıdış hüququnun geniş ictimaiyyətə çatdırılması xüsusilə mümkün olacaq”, - deyə Ə.Ələkbərli vurğulayıb.
Tarixi abidələrimizin dağıdılması dünya mədəni irsinə qarşı törədilmiş cinayətdir
Ən mühüm məqamlardan biri indiki Ermənistandakı tarixi abidələrimizin taleyi ilə bağlıdır. Ə.Ələkbərlinin bildirdiyi kimi, Qərbi Azərbaycan ərazisindəki mədəni irs nümunələrimiz təkcə Azərbaycan xalqının mədəniyyət nümunələri deyil, eyni zamanda, İslam dünyasının və bütövlükdə dünya mədəni irsinin nümunələridir.
Ancaq həmin abidələr amansız şəkildə erməni vandalizminin ünvanına çevrilib. Nəticə etibarilə, Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası kimi bir çox dini və tarixi abidələri məhv edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi - Hacı İmamverdi məscidi və Göy məscidi isə Ermənistan fars məscidi adlandıraraq taleyin ümidinə buraxıb. Bu gün XVII əsrə aid olan Hacı İmamverdi məscidi tamamilə yox olmaq üzrədir. 2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilib. 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. “Bu abidələrin dağıdılması dünya mədəni irsinə qarşı törədilmiş cinayətdir. Hazırda Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan ərazisindəki mədəniyyət abidələrimizin dəqiq qeydiyyatı var. Biz bu abidələrin mövcud vəziyyəti ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən də ICESCO-ya məlumatlarımızı təqdim edəcəyik. Şübhəsiz, çalışacağıq ki, onların imkanlarından istifadə edərək, indiki Ermənistan ərazisində - Qərbi Azərbaycanda Azərbaycan və müsəlman mədəni irs nümunələrinin dağıdılmasının qarşısı alınsın”, - deyə Ə.Ələkbərli qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11

