Simfonik təfəkkürlü bəstəkar...
18.06.2025 [08:37]
Cövdət Hacıyevin doğum günüdür
Dahiləri zaman, dövr özü yetişdirir, özü seçir. Musiqi mədəniyyətimiz tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdən biri də Cövdət Hacıyevdir. Cövdət Hacıyevin ötən əsrin 30-cu illərində, Azərbaycan musiqisinin yeni yüksək zirvələr fəth etdiyi bir dövrdə musiqiyə gəlişi bir çox məqamlarda unudulmaz amillərlə yadda qaldı - Cövdət Hacıyev imzası Azərbaycan musiqisində xüsusi bir yer qazandı...
Bu gün SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor, bəstəkar Cövdət Hacıyevin anadan olmasından 108 il ötür. Cövdət Hacıyev 1917-ci il iyunun 18-də Şəkidə anadan olub.
Cövdət Hacıyev XX əsrdə Azərbaycanda təməli Üzeyir bəy tərəfindən qoyulan möhtəşəm musiqi sarayını inşa edənlərdən, ucaldanlardan biri idi. O, yeni formada intibah dövrünə qədəm qiyan Azərbaycan musiqisinin təşəkkülündə öz sözünü demiş, öz təkrarolunmaz üslubunu yaratmışdı. İlk növbədə isə Cövdət Hacıyev bütün ömrü boyu ali, yüksək ideallara sədaqətlə xidmət edib, vətəndaşlıq qayəsini hər şeydən üstün tutan və buna görə də bizlərə daim örnək olan əsl ziyalılıq mücəssəməsi idi.
Cövdət Hacıyevin iki dahi müəllimi olub - Üzeyir Hacıbəyov və Dmitri Şostakoviç. Bu dahilərin hər birindən C.Hacıyev ən qiymətli ənənələri əxz edib, bəstəkarlığın müxtəlif sirlərinə yiyələnib. Xalq musiqisinə böyük sevgi və ehtiram, onun qanunauyğunluqlarına tam yiyələnmək istəyini onda məhz Ü.Hacıbəyov formalaşdırmışdı. Bəstəkarın özünün dediyi kimi xalq ruhunu kamil, klassik formalarda canlandıran Üzeyir musiqisi onun üçün həmişə nümunə olmuşdu. 1937-ci ildə dahi Bülbülün rəhbərliyi altında elmi-tədqiqat musiqi kabinetində fəaliyyət göstərməyə başlayan C.Hacıyev tələbə dostları-Qara Qarayev, Zakir Bağırov və başqaları ilə birgə Azərbaycanın rayonlarına folklor ekspedisiyalarına getdi. Bu səfərlər onun qarşısında milli musiqinin dərin, açılmamış qatlarını açır. 1938-ci ildə Qara Qarayevlə birgə Moskvaya, dünyanın mötəbər və ən nüfuzlu musiqi mərkəzlərindən birinə oxumağa yollanan Cövdət Hacıyev tamamilə Qərb, Avropa mühitinə düşməsinə baxmayaraq aldığı savadı, biliyi, yiyələndiyi texnikanı milliliyin, xəlqiliyin təcəssümünə yönəldir. Müasir musiqi dili bəstəkar üçün məhz milli ruhun, milli xüsusiyyətlərin açılması üçün bir vasitəyə çevrilir. Şostakoviçin sinfində C.Hacıyevin şəxsiyyət kimi formalaşması başa çatır. Şostakoviç məktəbinin təsiri Hacıyevin bütün yaradıcılığında - istər monumental simfonik konsepsiyalarda, istərsə də kamera - instrumental əsərlərdə özünü büruzə verir. C.Hacıyevin yazdığı kimi “hamımız üçün nümunə, zirvə təkcə Şostakoviçin partituraları deyildi. Onun özü ilə ünsiyyətin əhəmiyyəti daha güclü və təsirli idi - bu ünsiyyətdən yaradıcılıq alovu ilə yanırdıq, olduğumuzdan da yaxşı görünməyə, bacardığımızdan da çox etməyə can atırdıq”. Öz növbəsində D.Şostakoviç də daim yetirmələri Q.Qarayev və C.Hacıyevin yaradıcılığı ilə maraqlanır, onlara sanki himayədarlıq edirdi.
Cövdət Hacıyev simfonik təfəkkürlü bəstəkar idi. Yüksək ideyaları, təzadlı mövzuları iri planda şərh etmək meyli onun yaradıcılıq təxəyyülündə simfonik başlanğıcın üstün mövqe tutmasını şərtləndirmişdi. C.Hacıyev yaratdığı simfoniyalarda, “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi “Vətən” operası, kamera-instrumental və fortepiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı simli kvartet və sair əsərlərini bəstələyib. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. Bəstəkar ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. O, bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. Cövdət Hacıyev, həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.
Dahi bəstəkar Cövdət Hacıyev 2002-ci il yanvarın 18-də ömrünün 85-ci ilində vəfat edib. Prezident İlham Əliyevin 2017-ci il fevralın
7-də imzaladığı sərəncama əsasən, Cövdət Hacıyevin 100 illik yubileyi ölkəmizdə geniş qeyd olunub.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24

