“Azərbaycan Mədəniyyəti - 2040”
20.01.2026 [08:25]
Mədəniyyətimizin gələcəyini müəyyən edən strateji yol xəritəsi...
Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sənəd ölkənin mədəni inkişaf tarixində mühüm mərhələdir. Konsepsiya təkcə mədəniyyət sahəsinin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmir, eyni zamanda milli kimliyin qorunması, qloballaşma şəraitində Azərbaycan mədəniyyətinin rəqabətqabiliyyətinin artırılması və gələcək nəsillərə ötürülməsi baxımından fundamental əhəmiyyət daşıyır.
Konsepsiyada mədəniyyətin yalnız estetik və mənəvi dəyər kimi deyil, həm də sosial-iqtisadi inkişafın mühüm komponenti kimi nəzərdən keçirilməsi xüsusi diqqət çəkir. Bu yanaşma mədəniyyətin məşğulluq, turizm, kreativ iqtisadiyyat və ölkənin beynəlxalq imici ilə birbaşa əlaqələndirildiyini göstərir.
Azərbaycan dili ilə bağlı çağırışlar da yer alıb
Konsepsiyada Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsinə, onun mahiyyətcə inkişafına, həmçinin beynəlxalq səviyyədə təbliğinə və təşviqinə ehtiyac olduğu diqqətə çatdırılır. Bu istiqamətdə görüləcək tədbirlərə Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər daxildir. Qeyd edilir ki, görülən işlər nəticəsində Azərbaycan ədəbi dili inkişaf edəcək, ana dilində yeni əsərlər yaradılacaq və Azərbaycan dilindən rəqəmsal platformalarda daha geniş istifadə olunacaq.
Konsepsiyada Azərbaycan dilinin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, ana dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının və keyfiyyətinin artırılması, Azərbaycan dilinin yayılma coğrafiyasının genişləndirilməsi və beynəlxalq ünsiyyətdəki rolunun artırılması məqsədilə tədbirlərin görülməsi də öz əksini tapıb.
Mədəni təhsilin gücləndirilməsi
Sözügedən sənəd barədə “Yeni Azərbaycan”a açıqlama verən mədəniyyətşünas-alim Timuçin Əfəndiyev bildirib ki, “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkəmizin mədəni siyasətinin gələcək onilliklər üzrə strateji istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir: “Konsepsiya milli-mədəni irsimizin qorunması və yaşadılması ilə yanaşı, mədəniyyət və incəsənət sahəsinin müasir çağırışlara uyğun şəkildə inkişafını təmin etməyə xidmət edir. Sənəddə mədəniyyətin cəmiyyətin inkişafında aparıcı rolunun xüsusi vurğulanması, yaradıcı potensialın üzə çıxarılması, innovativ yanaşmaların təşviqi və mədəni təhsilin gücləndirilməsi məsələlərinin ön plana çəkilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası yalnız bu günü deyil, gələcək nəsillərin mədəni düşüncə və estetik zövqünün formalaşmasını da hədəfləyən uzaqgörən bir baxışın ifadəsidir”.
Milli mədəniyyətimizin beynəlxalq miqyasda təbliği üçün...
Mədəniyyətşünas qeyd edib ki, konsepsiyanın hazırlanması prosesində Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin nümayəndələri, yaradıcı şəxslərlə keçirilən çoxsaylı görüşlər, forumlar və geniş müzakirələr sənədin əhatəli, praktik və real ehtiyaclara uyğun məzmunda formalaşmasına mühüm töhfə verib: “Bu yanaşma mədəniyyət sahəsində açıq dialoqun, yaradıcı mühitlə dövlət strukturları arasında səmərəli əməkdaşlığın bariz nümunəsidir. Bu mühüm strateji sənədin mədəniyyət və incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsinə, yaradıcı gənclərin yetişdirilməsinə, milli mədəniyyətimizin beynəlxalq miqyasda daha geniş təbliğinə ciddi töhfələr verəcəyinə inanırıq. Əminik ki, “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ölkəmizin mədəni həyatında yeni bir inkişaf mərhələsinin başlanğıcı olacaq”.
Mədəniyyət sahəsi üzrə mütəxəssislərin də vurğuladığı kimi, konsepsiya Azərbaycan mədəniyyətinə yalnız dövlət səviyyəsində qayğı kimi baxılmasını deyil, həm də milli dəyərlərin inkişaf etdirilməsi, mühafizəsi və gələcək nəsillərə ötürülməsi üçün konkret mexanizmlər gətirir. Sənədin həyata keçirilməsi milli mədəniyyətimizin yüksəlişinə və dünya mədəni mühitində layiqli rol almasına xidmət edəcək.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

