Pakistanın Baş nazirinin xanımı “Sehrli ilmələr” qalereyasında olub
15.10.2016 [10:56]
Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri çərçivəsində onun xanımı Kalsum Nəvaz Şərif oktyabrın 14-də “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətin “Sehrli ilmələr” qalereyasında olub.
AZƏRTAC xəbər verir ki, “Azərilmə”də xanım Kalsum Nəvaz Şərifə Azərbaycan xalqının ən qədim sənətlərindən biri olan xalçaçılıq haqqında məlumat verilib.
Qonaq xalçaçı qızların işini izləyib, orijinal kompozisiyalı xalçaya ilmələrin vurulmasına baxıb.
Xanım Kalsum Nəvaz Şərifə məlumat verilib ki, rəngbərəng ilmələrdən toxunan zərif, bənzərsiz naxışlarla bəzədilən xalçalar əsrlər boyu dünya miqyasında ulu keçmişimizi, təkrarsız mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil edib. Bakı ilə yanaşı, regionlarda sexləri olan bu müəssisənin məhsulları bir çox ölkələrdə keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. “Azərilmə”nin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini dirçəltmək və inkişaf etdirməkdir. Bu, həm istehsal, həm də elmi-tədqiqat müəssisəsidir.
Qonaq toxunan xalçaya ilmə də vurub.
Pakistanın Baş nazirinin xanımı, həmçinin Xalçaçılıq Tədris Mərkəzində olub.
2013-cü ildə yaradılan bu mərkəzdə müxtəlif yaşlı tələbələr xalçaçılığın sirlərinə yiyələnir, sonradan isə “Azərilmə”nin sexində öz biliklərini reallaşdıra bilirlər. Burada qonaq xatirə kitabına ürək sözlərini yazıb.
Xanım Kalsum Nəvaz Şərif “Azərilmə”nin qədim xalçalar qalereyasına da baş çəkib.
Burada Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə - Bakı, Şirvan, Quba, Qazax-Borçalı, Gəncə, Naxçıvan, Qarabağ, Təbriz və İrəvan məktəblərinə aid xalçalar saxlanılır. Bu xalçalar XVIII əsrin əvvəlindən XX əsrin əvvəlinədək olan dövrü əhatə edir.
Pakistanın Baş nazirinin xanımı çay süfrəsinə qonaq olub.
Xanım Kalsum Nəvaz Şərifə xatirə hədiyyəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

