Azərbaycanla Misir arasında mədəni əlaqələr daha da inkişaf edir
03.03.2017 [09:45]
Xalq yazıçısı Çingiz Abdullayev Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonağa Azərbaycanda fəaliyyət göstərən ilk və yeganə ərəb mədəniyyət mərkəzi olan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaranma tarixi və həyata keçirdiyi işlər barədə məlumat verib. Misir və Azərbaycan arasında mədəni əməkdaşlıq əlaqələri barədə söhbət açan diplomat bildirib ki, 2009-cu ildə Misirin geniş oxucu auditoriyası olan ən nüfuzlu jurnallarından birində “Çingiz Abdullayev və detektiv roman” adlı böyük bir məqalə dərc olunub: “Bundan əlavə, gələn il Misirdə keçiriləcək “Qahirə Beynəlxalq kitab sərgisi”ndə sizin ərəb dilinə tərcümə olunacaq əsərlərinizin təqdimatının və yaradıcılığınıza həsr olunmuş tədbirin keçirilməsini məqsədəuyğun hesab edirəm”.
Dəvət üçün öz təşəkkürünü bildirən Ç.Abdullayev mərkəzin fəaliyyətini yaxından izlədiyini söyləyib: “19 il əvvəl bu mərkəzin açılış mərasimində şəxsən iştirak etmişəm. Misir və Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsində rolunuz böyükdür və bu sahədə sizə uğurlar arzulayıram”.
Söhbət zamanı yazıçının kitablarının ərəb dilinə tərcümə olunmasının vacibliyi vurğulanıb. Yaxın zamanlarda yazıçının əsərlərinin ərəb dilinə tərcümə olunaraq geniş ərəbdilli auditoriyaya çatdırılması istiqamətində işlərin aparılacağı bildirilib.
Sonda Xalq yazıçısı Çingiz Abdullayevə Misir Ali Təhsil Nazirliyinin mədəni fəaliyyətin qiymətləndirilməsi üzrə mükafatı təqdim edilib.
Müşfiqə
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58

