Paytaxt sakinlərini və qonaqları bir-birindən maraqlı filmlər gözləyir
13.01.2018 [01:03]
Kinoteatrların yanvar repertuarına premyeralarla yanaşı, mövzuca bir-birindən fərqli ekran işləri də daxil edilib
Məlum olduğu kimi ölkəmizdə mədəniyyət ocaqları və konsert salonları ilə yanaşı, kinoteatrlar da bir-birindən maraqlı repertuar hazırlayıb. Belə ki, paytaxtımızın yerli sakinlərinin və qonaqlarının öz asudə vaxtlarını səmərəli keçirmələri üçün repertuarlara mövzuca bir-birindən fərqli ekran işləri daxil edilib. Kino həvəskarları bir-birindən maraqlı filmləri Nizami Kino Mərkəzi ilə yanaşı, “28 Mall”, “Aygün Mall”, “Gənclik Mall”, “Amburan Mall” ticarət mərkəzlərində və “CinemaPlus Azerbaijan” kinoteatrında izləyə bilərlər.
Ayüzlü qızla ay-ulduzlu əsgərin 65 illik hekayəsi - Ayla
Yeri gəlmişkən, bu günlərdə paytaxtımızın kinoteatrlarında daha çox maraqla baxılan filmlərdən biri Türkiyə istehsalı olan “Ayla”dır. Məlumat üçün bildirək ki, rejissor Can Ulkayın ekranlaşdırdığı və Yiğit Güralpın qələmə aldığı “Ayla” filmi Oskar Mükafatına namizəd seçilib. Baş rollarda Çetin Tekindor, İsmayıl Hacıoğlu, Kim Seol, Ali Atay və Li Kunq Jinin yer aldığı filmdə Koreya savaşında yaşanan dramatik bir hekayədən bəhs edilir.
Belə ki, 1950-ci ildə Koreya müharibəsində baş verən real və dramatik hekayəni əks etdirən bu filmdə savaş meydanında zabit Süleyman koreyalı qızcığazla qarşılaşır. Haraya gedəcəyini bilməyən bu 5 yaşlı qızı zabit öz himayəsinə götürür və ayüzlü olduğu üçün ona Ayla adını qoyur. Qısa zamanda Ayla ilə Süleyman bir-birinə ata-bala kimi bağlanırlar. Lakin 15 aydan sonra ordunun Türkiyəyə qayıtması tələb olunur. Aylasız getmək istəməyən Süleyman onu övladlığa götürmək üçün əlindən gələni etsə də, uğursuzluqla nəticələnir. Əfsuslar olsun ki, Koreya qanunlarını poza bilməyən ata-bala ayrılığa düçar olurlar. Kimsəsizlər evinə yerləşdirilən Ayla ilə Süleyman illər sonra bir-birini tapacağına söz verirlər. Görəsən, illər sonra ata-bala yenidən görüşəcəkmi?
Qeyd etdiyimiz kimi, bu film real hadisələri özündə əks etdirib. Yəni bu taleyin əsas qəhrəmanları illər sonra görüşüblər. Bu hadisə Türkiyə və dünya mediasında da böyük ajiotaja səbəb olub. Filmin ərsəyə gəlməsindən və böyük görüşdən bir müddət sonra isə zabit Süleyman vəfat edib.
Türk filmlərinə marağı olanlar üçün rəngarəng repertuar hazırlanıb
Əgər bu soyuq havada paytaxtımızın kinoteatrlarında ruhunuzu isidəcək bir film izləmək istəyirsinizsə, o zaman “Mutluluk zamanı”nı seçin. Türkiyə istehsalı olan bu filmdə ölkəmizdə də çox tanınan Barış Arduç və Elçin Sanqu cütlüyü, o cümlədən “Leyla ile Mecnun” serialının Erdal bakkalı Çingiz Bozqurd rol alıblar. Romantik komediya janrında olan 107 dəqiqəlik filmin rejissoru Şenol Sönməz, ssenari müəllifləri isə Buğra Gülsoy və Ali Erkan Elsezerdir.
Ekstrimdən zövq alanlar üçün bir göz qırpımında keçəcək növbəti film isə “Öteki taraf”dır. Triller və dram janrında olan filmin baş rollarını Özcan Dəniz, Aslı Enver və Məryəm Uzerli bölüşüblər. Qəfil yoxa çıxan və sevgilisinə qorxu dolu anlar yaşadan Ecenin həyatı filmin ana xəttini təşkil edir. Özcan Dənizin qələmə aldığı və ekranlaşdırdığı “Öteki taraf” filminin Azərbacanda premyerası isə ötənil dekrabrın 28-də baş tutub.
Kinoteatrlarda azyaşlı tamaşaçıların marağı da nəzərə alınıb
Onu da bildirək ki, kinoteatrlarda yeni il ab-havası davam etməkdədir. Belə ki, azyaşlı kinosevərlər üçün repertuara bir-birindən maraqlı filmlər daxil edilib. Bunlardan biri “Santa və dəstəsi” (Santa & Cie) adlanan film 2017-ci ildə fransız rejissor və ssenarist Alen Şaba tərəfindən ərsəyə gətirilib. Belçika və Fransa istehsalı olan filmin aktyor heyətində isə rejissor ilə yanaşı, Qolşifte Farahani, Pio Marmay, Bruno Sançez, Luiz Şaba və digərləri yer alıblar.
Məlumat üçün bildirək ki, komediya janrında olan 100 dəqiqəlik filmin ana xəttini Yeni ili xilas etməyə çalışan Santanın çətin macərası təşkil edir. Milad bayramı öncəsi uşaqlara hədiyyələr hazırlamaqda Santaya kömək edən bütün elflər bərk xəstələnir. Onun yolunu gözləyən balacaların hədiyyələrini isə necə çatdıracağını bilməyən Santa çıxılmaz vəziyyətdə qalır və çarəni köməkçilərini sağaltmaqda görür. Amma bu düşündüyü qədər də asan olmayacaq. Qəhrəmanımızın başına gələn bir-birindən maraqlı hadisələri izləyərkən vaxtınızın necə keçdiyini belə bilməyəcəksiniz.
“Həşəratların sirli həyatı” nümayiş olunur
Yanvarda repertuarına daxil edilən növbəti film isə “Həşəratların sirli həyatı” (Droles de petites betes) adlı ekran əsəridir. Fransız istehsalı olan və 2017-ci ildə ərsəyə gələn filmin rejissor kreslosunu isə Arno Buron və Antun Krinqs paylaşıblar. Həşəratların başına gələn macəralardan bəhs edən animasiyalı filmi yanvarın 4-dən etibarən yerli tamaşaçıların ixtiyarına verilib. Film qəhrəmanlarının təbirincə desək, “böcəklər dünyasına xoş gəlmisiniz”. Əgər yarpaqların altına baxsanız və ya sadəcə otları aralayıb oradakı həşəratların sirli həyatına nəzər yetirsəniz, planetimizdə yaşayan bu saysız-hesabsız canlıların qaynar həyatının şahidi olacaqsınız. Odur ki, bu animasiyalı filmi izləyərkən bir növ onların dünyasına qonaq olacaqsınız.
“Hər şey indi başlayır”
Bu yaxınlarda macəra və cizgi filmi sevən tamaşaçılar üçün növbəti filmin premyerası olunub. Rusiya istehsalı olan “Nəhəng” adlı filmin rejissoru Artyom Lukiçev, ssenari müəllifi isə Vasili Rovenskidir. Baş rolları Anton Makarskiy, İrina Medvedyeva, Nataliya Medvedyeva, Aleksandr Pojarov, Lyudmila Artyomova, Fyodr Dobronravov və başqaları bölüşüblər. Hər yaşa xitab edən 3D formatlı filmin mövzusu Nəhəng adlı əjdaha ilə döyüşə yollanan Şahzadə İvanın qeyri-adi əhvalatından ibarətdir. Lakin düşünüldüyü kimi, əjdaha üçbaşlı və ya alovlar saçan bədheybət simasında deyil, hətta İvandan belə balaca və çəlimsizdir. Qəhrəmanımız düşmənini məğlub etmək əvəzinə ona inanır və birlikdə qonşu çarlıqda itkin düşən şahzadə Varvaranı xilas etməyə yollanırlar. Nəhayət, gerçək sonda gün işığına çıxır. Həqiqətin nədən ibarət olduğunu isə Nizami Kino Mərkəzinə üz tutaraq öyrənə bilərsiniz.
Bu məqamda vurğulamaq yerinə düşər ki, kinoteatrlarımız eyni zamanda yanvarın 11-də, nə az, nə çox, komediya janrında çəkilmiş 3 film ilə tamaşaçıların görşünə gəlib. ABŞ istehsalı olan “Hər şey indi başlayır” (Just getting started) və “Bizim atamız kimdir?” (Father figures), o cümlədən Türkiyə istehsalı olan “Maidenin altın günü” adlı komediyalar tamaşaçıların ixtiyarına verilib. Yeri gəlmişkən bildirək ki, “Hər şey indi başlayır” filminin ana xəttini ölkənin ən iri kriminal dəstəsinin maraqlarını müdafiə edən hüquqşünasın həyatı təşkil edir. Lüks həyat yaşamaqda olan qəhrəmanımızın həyatı bir göz qırpımında 180 dərəcə dəyişir. Mafiya üzvlərinin də işə qoşulması ilə villadakı rahat günlər artıq geridə qalır.
113 dəqiqəlik “Bizim atamız kimdir?” filmi isə son günlərin ən uğurlu komediyaları sırasında yer almağı bacarıb. Belə ki, Piter və Kayl Reynold qardaşları kiçik yaşlarında olarkən ataları vəfat edir və onlar analarının himayəsində böyüyürlər. Atalarının öldüyünə inandırılan qardaşlar illər sonra həqiqəti öyrənirlər və atalarını axtarmağa başlayırlar. Qardaşların başına gələn komik hadisələri izləyərkən gülməmək qeyri-mümkündür. Odur ki, gülməyə hazır olun!
Sonda bildirək ki, Bakının kinoteatrlarının yanvar repertuarına xarici filmlərə yanaşı yerli istehsalımız olan “Kəklikotu”, “Tayson” və “Qız qaçırtma” kimi filmlər də daxil edilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

