Azərbaycanlı sənətçilər dünyanın ən nüfuzlu səhnələrində çıxış etməyə hazırlaşırlar
27.01.2018 [10:14]
“Məhəbbət əfsanəsi” baleti isə Başqırdıstanda və Sankt-Peterburqda nümayiş etdiriləcək
Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ölkə xaricində tamaşaçıların qarşısına çıxmağı planlaşdırırlar. Verilən məlumata görə, həmyerlilərimiz dünyanın bir sıra nüfuzlu mədəniyyət ocaqlarında çıxış edəcək, müsabiqələrə qatılaraq ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, ölkəmizdən kənarda gənc ifaçıların çıxışları ilə yanaşı, şah əsərlərimizin nüfuzlu səhnələrdə nümayişi də gözlənilir.
Həmyerlimiz Sankt-Peterburq səhnəsində çıxış edəcək
Beləliklə, yanvarın 31-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində balet axşamı keçiriləcək. Qurumun mariinsky.ru saytının verdiyi məlumata görə, gecədə təqdim ediləcək Karen Le Frakın “Pavlovsk” adlı birpərdəli baletinin ifaçıları sırasında həmvətənimiz Fuad Məmmədov da yer alıb.
Bundan başqa, sənətçinin fevralın 13-də nümayiş olunacaq “Bağçasaray fontanı” baletində də rol alacağı gözlənilir. Həmin baletdə Fuad gənc knyaz Vatslav obrazını canlandıracaq. Tearın 235-ci mövsümündə nümayiş olunacaq səhnə əsərinin müəllifi Boris Asafyevdir.
Məlumat üçün bildirək ki, F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Mariya Teatrında çalışır.
Yeri gəlmişkən, görkəmli bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Arif Məlikovun 26 yaşında ikən yazdığı “Məhəbbət əfsanəsi” baletinin istər ölkə daxilində, istərsə də xaricdə böyük coşqu ilə qarşılandığı məlumdur. Onu da qeyd edək ki, bu günə kimi dünyanın 60-dan çox ölkəsinin səhnəsində tamaşaçılara təqdim olunan “Məhəbbət əfsanəsi” baleti fevralın 14-də Rusiya Federasiyası Başqırdıstan Dövlət Opera və Balet Teatrında nümayiş etdiriləcək. Səhnə əsərinin quruluşçu dirijoru Başqırdıstanın Əməkdar incəsənət xadimi German Kimdir.
Məlumat üçün bildirək ki, “Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Şah əsər daha sonra 15-16 fevral tarixlərində Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında səhnələşdiriləcək.
Gənc vokalist Emil Qədirov Tümen Filarmoniyasında və “Vegas City Hall” zalında solo konsert verəcək
Moskvada yaşayan həmvətənimiz, Rusiya Televiziyasının Birinci kanalının “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı gənc vokalçı və gitaraçı Emil Qədirov (bariton) fevralın 27-də Tümen Filarmoniyasında solo konsert proqramı ilə çıxış edəcək. Konsert dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq.
Emil həmçinin martın 2-də şəhərin “Vegas City Hall” konsert zalında “Qəlbimin səsi” adı solo proqramla çıxış etməyə hazırlaşır. Sənətçini Rusiyanın Əməkdar artisti Andrey Kapralovun dirijorluğu ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin mərkəzi sərhəd orkestri müşayiət edəcək. Verilən məlumata görə, soydaşımız konsertin birinci hissəsində Müslüm Maqomayevin, Andrea Boçellinin repertuarından əsərlər ifa edəcək, opera ulduzları ilə duetlər oxuyacaq. İkinci hissədə isə E.Qədirov müəllif mahnılarını və “FlameBand” qrupunun müşayiəti ilə Latın Amerikası kompozisiyalarını səsləndirəcək.
Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva Musiqi Evində, Mərkəzi Alimlər Evində, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edən E.Qədirov hazırda “Qradski Holl” teatrının solistidir. Həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
Əməkdar artist Yusif Eyvazov Kral Opera Teatrının səhnəsində çıxış edəcək
“Dünyanın ən yaxşı tenorları” kitabına adını yazdıran Azərbaycanın Əməkdar artisti Yusif Eyvazov (tenor) da növbəti uğura imza atmağa hazırlaşır. Belə ki, London Kral Opera Teatrında nümayiş olunacaq C.Verdinin “Maqbet” operasında həmyerlimiz də rol alacaq. Sənətçi martın 25-dən aprelin 10-dək operada Makdufun partiyasını ifa edəcək.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlamış Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Qeyd etdiyimiz kimi, Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
Azərbaycanı “Riga Jazz Stage 2018” müsabiqəsində Nərmin Məmmədli təmsil edəcək
Bu yaz mövsümünün ən parlaq caz tədbiri sayılan “Riga Jazz Stage 2018” müsabiqəsində Azərbaycanı gənc ifaçı Nərmin Məmmədli təmsil edəcək. 2004-cü ildən fəaliyyət göstərən dünyaca məşhur müsabiqədə bu günə qədər 31 ölkədən 200-dən çox gənc ifaçı iştirak edib. Müsabiqənin növbəti mövsümü isə aprelin 5-7-də Riqanın “Splendid Palace” kinoteatrında baş tutacaq.
Xatırladaq ki, dünyanın 22 ölkəsindən 65 musiqiçinin iştirak edəcəyi bu müsabiqə gənc caz istedadları üçün nüfuz qazanmaq və özünü beynəlxalq səviyyədə nümayiş etdirmək üçün səmərəli fürsətdir. Müsabiqə “Caz vokalı” və “Caz bası” adlı iki kateqoriyada təşkil olunacaq. Beynəlxalq münsiflər heyəti Litva, Estoniya, Türkiyə, Böyük Britaniya, Finlandiya, Almaniya, İtaliya, ABŞ, Çin, Braziliya və digər ölkələrin peşəkar musiqiçilərindən ibarət olacaq.
Məlumat üçün bildirək ki, Nərmin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir. O, həmçinin 2016-cı və 2017-ci illərdə keçirilən Bakı Caz Festivalının iştirakçısıdır.
Rusiya teatrında azərbaycanlı musiqiçilərin iştirakı ilə “İolanta” operası oynanılacaq
Aprelin 28-29-da Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “İolanta” operası təqdim olunacaq.
Aprelin 29-da səhnə əsərində İolantanı Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva (soprano), Mavritaniya həkimi İbn Hakia obrazını isə Əməkdar artist Elçin Əzizov canlandıracaq. Elçin Əzizov həmçinin aprelin 28-də İbn Hakianın partiyasını ifa edəcək.
Məlumat üçün bildirək ki, Dinara Əliyeva 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “Qala Verdi” adlı solo konsertləri böyük uğurla keçib.
2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov isə P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

