/ / “Ədibin evi”ndə Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə ədəbi-musiqili mərasim keçirilib
“Ədibin evi”ndə Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə ədəbi-musiqili mərasim keçirilib
17.05.2018 [09:36]
Mayın 16-da İçərişəhərdə “Ədibin evi”ndə Azərbaycan xalqının Ümummilli lideri, müasir dövrün görkəmli ictimai-siyasi xadimi Heydər Əliyevin 95 illiyinə həsr edilən ədəbi-musiqili yubiley mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Ulu öndərin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Tədbiri açan Əməkdar artist Nərgiz Cəlilova Azərbaycan söz sənətinin parlaq nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin 20 il bu evdə yaşayıb-yaratdığını diqqətə çatdırıb. Vurğulayıb ki, poeziya, yaradıcılıq ruhu ilə zəngin olan bu evin hər bir guşəsi bu gün Ulu öndərin şərəfli ömür yolunun nuru ilə yenidən işıqlanıb. O, hamının adından Mir Cəlalın ailə üzvlərinə bu evin qapılarını tədbir iştirakçılarının üzünə açdıqları üçün təşəkkürünü bildirib.
Qeyd olunub ki, ilk bəşər övladının yarandığı gündən saysız-hesabsız insan dünya pəncərəsindən boylanıb keçir. Yalnız Heydər Əliyev kimi son dərəcə əzmkar, mübariz insanlar bütün çətinliklərdən mərd-mərdanə, qələbə çalaraq çıxır və adı ilə tarix yazır.
Mərasimdə Ulu öndərin zəngin və şərəfli həyat yoluna həsr olunmuş “Heydər Əliyev və incəsənət” adlı film nümayiş etdirilib. Filmdə Ümummilli liderin Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüşünə, Azərbaycan musiqisinə, ədəbiyyatına həssas münasibətini əks etdirən kadrlar yer alıb.
Filmin nümayişindən sonra Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” fikrini xatırladan aparıcı qeyd edib ki, bu ifadə Ümummilli liderin körpələrimizin sağlamlığı, təhsili, sosial və mənəvi baxımdan təminatı, inkişafı yolunda gördüyü geniş miqyaslı işlərdə dəfələrlə öz təsdiqini tapıb. Onun uşaqlar və gənclərlə bağlı siyasətindəki bu qayğı və diqqət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və zənginləşdirilir.
Daha sonra musiqili-ədəbi proqram təqdim edilib. Respublika İncəsənət Gimnaziyasının, Müslüm Maqomayev adına musiqi məktəbinin istedadlı şagirdlərinin ifasında Azərbaycan şairlərinin şeirləri, bəstəkar və xalq mahnıları səsləndirilib.
Tədbirdə Leyla Bəşirova “Zərifə sevgisi - Heydər sevinci” (Zəlimxan Yaqub), beynəlxalq müsabiqələr laureatı Kənan Babazadə “Ana” (Sevil Əliyeva) və “Elegiya” (Müslüm Maqomayev), Ayla Qafqazlı “Sevgili canan” və “Sənsiz” (Nizami Gəncəvi), respublika və beynəlxalq müsabiqələr laureatı Səma Həmzəyeva “Sənə də qalmaz” (Tofiq Quliyev), Fikrət Əliyev “Küçələrə su səpmişəm” (xalq mahnısı) və “Leyla” (Rauf Hacıyev), Canəli Canəliyev “Ayağa dur, Azərbaycan” (Məmməd Araz) əsərlərini səsləndiriblər.
Mərasimin maraqlı məqamlarından biri isə Leyla Əliyevanın babasına həsr etdiyi şeirlərini söyləməsi olub. Tamaşaçılar bu ifada Heydər Əliyev ziyasını bir daha duyublar.
Tədbir Süleyman Mahmudovun ifasında “Azərbaycan” mahnısı (Müslüm Maqomayev) ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

