Bakıda “Jara-2018” festivalı başlayıb
27.07.2018 [09:55]
İyulun 26-da Bakıda “Jara-2018” festivalı başlayıb.
AZƏRTAC xəbər verir ki, festivalın birinci günündə əvvəlcə Alekseev, Zara, Emil Qədirov, Saşa Orlov, Elina Çaqa və Andrey Qrizli dueti, Natan, Sofi Kalçeva, Ruslan Sultan və başqalarının ifaları təqdim edilib. Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını bölüşüb, burada çıxış etməkdən məmnun qaldıqlarını bildiriblər.
Festivalın ilk günü tamaşaçılara xoş anlar yaşadıb. Azərbaycanın Xalq Artisti Emin Ağalarovun “Neveroyatnaya”, “Azərbaycan” mahnılarını ifa etməsi, eləcə də onun Stiven Siqalla birgə “Boogie man” ifası alqışlarla qarşılanıb.
Alessandro Safinanın Müslüm Maqomayevin repertuarından “Əbədi mavilik” mahnısını səsləndirməsi, Mariya Novikova ilə dueti tamaşaçıların alqışlarına səbəb olub.
Sonra tanınmış ifaçılar Tomas Nevergreen, İn Grid, habelə MOZGİ qrupunun çıxışları olub.
Filip Kirkorovun onu müşayiət edən musiqiçilərlə birgə səhnəyə çıxışı “Jara-2018”in hərarətini daha da artırıb. Dünya şöhrətli ifaçı Bakıya yenidən gəlməkdən, buradakı dostlarını görməkdən çox şad olduğunu bildirib. Qeyd edib ki, “Jara” Beynəlxalq Musiqi Festivalının ömrü uzun olacaq və onun üçün “Jara”nın bir parçası olmaq şərəfdir.
Festivalın ilk günündə, həmçinin MOT, Artik & Asti, A`Studio, Brandon Stone, DoReDos, LOBODA, Artyom Pivovarov, Yuliya Kovalçuk, Slava, Lyibov Uspenskayanın Nastya Kamenskix ilə dueti, Artur Pirojkov, Timati, Yeqor Krid, Valeriya və başqalarının çıxışları olub.
Festival çərçivəsində səslənən fikirlərdən biri də “Jara”nın miqyasına görə “Eurovision”dan heç də geri qalmadığı barədə olub. Hər bir tamaşaçı bu festivalda öz ifaçısını və mahnısını tapa bilər.
Festivalın birinci günündə Yana Çurikova və Nikolay Baskov aparıcılıq ediblər.
Festival çərçivəsində növbəti günlərdə yaradıcılıq gecələri də keçiriləcək.
Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17

