Kinonun ocağı və ya muzeyləşən otaq...
23.11.2018 [08:40]
Görkəmli kinorejissor Rasim Ocaqovun iş otağının təmirdən sonra açılışı olub
Gördüyünüz bu yer görkəmli kinorejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Rasim Ocaqovun iş otağı olub. Burada onun bəzi şəxsi əşyaları, saatı, siqaret qutusu, külqabısı və ekranlaşdırdığı filmlərin fotoları yer alır.
AZƏRTAC xəbər verir ki, bu sözləri C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov görkəmli rejissor Rasim Ocaqovun 85 illiyi münasibətilə kinostudiyada yerləşən iş otağının təmirdən sonrakı açılışında söyləyib.
M.Hətəmov deyib: “C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası bir çox layihələr həyata keçirir. Bunlardan biri də uzun müddət kinostudiyada çalışan görkəmli sənət adamlarının yaradıcı otaqlarını bərpa etmək və hər birini bir gənc rejissora verməkdən ibarətdir. Bu da onlara yeni təmir olunmuş otaqlarda yaradıcılıqla daha ciddi məşğul olmağa imkan yaradacaq. Bir neçə il öncə Moskvada Əlisəttar Atakişiyevin qəbirüstü abidəsini bərpa etdik. Kinostudiyada altı görkəmli kinorejissorumuzun yaradıcılıq otağını bərpa etməyi planlaşdırırıq. İstəyirik ki, bütün bunlar xalqımızın mədəni həyatında kino sənaye parkı və yaradıcılıq mərkəzi kimi qalsın. Bir növ kinostudiya muzey mərkəzi kimi də fəaliyyət göstərməlidir ki, gənc rejissorlar və sənət adamları buraya baş çəkəndə korifey sənətkarlarımızın yaradıcılığı ilə yaxından tanış ola bilsinlər. Bu istiqamətdə davamlı işlər aparacağıq. Bir çox dünya ölkələrində bu praktikadan istifadə edilir. Kinostudiyada bizim çox böyük geyim rekvizitlərimiz var, gələcəkdə onların da yerləşəcəyi muzey statuslu otaqlar yaratmağı düşünürük”.
Rasim Ocaqovun kinostudiyada yerləşən iş otağının təmirdən sonrakı açılışında iştirak edən tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri görkəmli rejissorla bağlı təəssüratlarını bölüşüblər.
Xalq artisti Hacı İsmayılov jurnalistlərə müsahibəsində deyib: “Bu gün görkəmli sənətkar, unudulmaz rejissor Rasim Ocaqovun iş otağının təmirdən sonrakı açılışında iştirak etməyim mənim üçün əsl bayramdır. Rasim Ocaqovun ekranlaşdırdığı filmlərə çəkildiyim zaman xoşbəxtliyi hiss eləmirdim, yaşayırdım. Onun beş filmində rol almışam. O, ömrünü Azərbaycan kinosuna həsr edən sənətkarlardan idi. Bəzən onu qınayırdılar ki, başqa yerlərdən niyə aktyor dəvət edirsən. O da bildirirdi ki, əsas odur, mən Azərbaycan kinosu çəkirəm. Rasim Ocaqov heç zaman aktyoru çəkiliş vaxtı tərifləməzdi. Onun ekranlaşdırdığı filmlərdə artıq heç nə görmək mümkün deyil. Rasim Ocaqova ömrüm boyu minnətdaram, çünki bir aktyor kimi o məni kəşf edib”.
Görkəmli kinorejissorla 10 ildən çox bir yerdə çalışan Nadir Əliyev onun sənət fəaliyyətindən, xidmətlərindən və ekranlaşdırdığı filmlərin böyük rəğbət qazanmasından söz açıb.
“Bu otaq çox unudulmaz hadisələrin şahididir. Bu otaqda Azərbaycanın ən görkəmli elm, mədəniyyət və incəsənət xadimləri Rasim müəllimlə görüşüb, müzakirələr aparıb. Rasim Ocaqovla 15 il birlikdə çalışmışam. Onun son üç filminin “Təhminə”, “Həm ziyarət, həm ticarət” və “Otel otağı”nın icraçı prodüseri olmuşam. Biz 90-cı illərin əvvəllərində “Ocaq” Müstəqil Studiyası yaratdıq. Studiyanın direktorluğu mənə həvalə olunmuşdu. Biz Rasim müəllimlə birlikdə orada çalışdıq. Onun Azərbaycan kinosunun inkişafında, formalaşmasında əməyi olduqca böyükdür. Rasim Ocaqov ən sevilən ekran əsərlərinin yaradıcısı kimi hər zaman mədəniyyət və kino tariximizdə yaşayacaq”, - deyə N.Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20

