“Azərbaycan Respublikası Xatirə Kitabı”nın xüsusi buraxılışının təqdimatı olub
04.12.2018 [10:30]
Ermənilər tərəfindən xalqımıza qarşı dəfələrlə qanlı cinayətlər törədilib. Ermənistanın əsassız ərazi iddiaları, torpaqlarımızın işğal edilməsi soydaşlarımızın doğma ata-baba torpaqlarından didərgin düşməsinə səbəb olub. Rəsmi sənədlərə əsasən, Dağlıq Qarabağda elan olunmamış müharibə nəticəsində 3 mindən çox soydaşımız itkin düşüb, əsir və girov götürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev “Azərbaycan Respublikası Xatirə Kitabı”nın xüsusi buraxılışının təqdimat mərasimində danışıb.
“Əsir və girov götürülmüş vətəndaşlarımıza ermənilər tərəfindən insanlıqla bir araya sığmayan işgəncələr verilib, görünməmiş vəhşiliklər törədilib. Bu insanların xatirəsinin əbədiləşdirilməsi və beynəlxalq ictimaiyyət üçün mühüm tarixi sənəd funksiyasını yerinə yetirəcək faktlara istinadla nəşrlərin hazırlanması məqsədilə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Respublika Xatirə Kitabı redaksiyası fəaliyyətə başlayıb. Ötən müddətdə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılar, 20 Yanvar və Xocalı faciəsində, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında çoxcildlik ensiklopediya hazırlanıb. Xatirə kitabının 16 cildi çap olunub, 17-ci cildi nəşrə hazırlanır”, - deyə mədəniyyət nazirinin birinci müavini qeyd edib.
Kitabın əhəmiyyətini yüksək qiymətləndirən Vaqif Əliyev bildirib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə Xatirə Kitabı dörd cildlik olmaqla xüsusi nəşrə hazırlanır. Bu gün həmin kitabın birinci cildinin təqdimat mərasimi keçirilir. Xüsusi buraxılışlarda Qarabağ münaqişəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş 3 mindən çox vətəndaşımız haqqında Azərbaycan və ingilis dillərində ensiklopedik məlumatlar yer alacaq. Birinci cilddə 921 nəfər barədə məlumatlar əksini tapıb.
Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi cinayətlərin həmişə öz xüsusi amansızlığı ilə seçildiyini diqqətə çatdıran kitabın baş redaktoru Nəzakət Məmmədova deyib: “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə aparılan araşdırmalar zamanı erməni vandallarının soydaşlarımıza qarşı törətdiyi cinayətlər, ağır işgəncələr və məqsədyönlü şəkildə aparılan soyqırımı siyasəti bütün detalları ilə araşdırılıb. Erməni millətçilərinin əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması hər birimizin mənəvi borcudur. Məhz bu məqsədlə hazırladığımız 3 min 875 nəfərin taleyindən bəhs edən Respublika Xatirə Kitabının dörd cildlik xüsusi buraxılışının birinci cildi oxuculara təqdim olunur”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı humanitar problem, əsir düşmüş və girov götürülmüş insanlarla bağlı məlumat verib. O bildirib ki, kitabın nəşrə hazırlanması zamanı itkin düşmüş şəxslərin siyahısının dəqiqləşdirilməsi Komissiya sədrinin şəxsi nəzarəti ilə aparılıb. Kitab Vətən torpaqları uğrunda həlak olmuş, itkin düşmüş insanların xatirəsinə dövlətimizin başçısı tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Bu günə olan məlumata əsasən, Dövlət Komissiyasında 3 min 888 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdan keçib.
Yeni nəşrin ölkəmizin ictimai-siyasi və mədəni həyatında xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Xatirə kitabı redaksiyasının çox nəcib və müqəddəs bir missiyanı yerinə yetirdiyini söyləyib.
Redaksiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində həlak olmuş, itkin düşmüş və girov götürülmüş vətəndaşlarımızla bağlı materialların toplanıb dərc edilməsi ilə bağlı böyük missiyanı üzərinə götürdüyünü qeyd edən Ə.Mehdiyev deyib: “Bu, olduqca vacib və əhəmiyyətli işdir. Azərbaycan torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi bizim ən ağrılı problemimizdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün fəaliyyəti bu problemin həllinə yönəlib. Burada həm maddi ziyan, həm mənəvi məhrumiyyətlər, bütün itkilər ən vacib məsələlər kimi gündəlikdə dayanır, bütün qüvvələrimiz bu məsələlərin həlli istiqamətində səfərbər olunub. Dövlətimiz bu gün ordu quruculuğuna, münaqişə ilə bağlı meydana çıxan problemlərin həllinə böyük diqqət göstərir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində şəhid ailələri və müharibə əlilləri yeni mənzillərlə təmin edilir. İndiyədək bu kateqoriyadan olan insanlara 5 min 500-dən çox fərdi ev və mənzil paylanılıb, ilin sonunadək də təxminən 500 mənzilin verilməsi nəzərdə tutulur”.
Ə.Mehdiyev vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə başlanmış bu işlər Ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin tapşırığına əsasən, son 15 ildə şəhid ailələrinə və müharibə əlillərinə 6 minə yaxın minik avtomobili verilib, onlar hərtərəfli qayğı ilə əhatə olunub.
“Xatirə kitabının nəşr edilməsi dövlətimizin başçısının bu məsələlərə daha bir qayğısı kimi qiymətləndirilməlidir. Bu, ilk nəşrdir ki, Qarabağ münaqişəsi dövründə itkin düşmüş, həlak olmuş insanlar haqqında məlumatları ictimaiyyətə çatdırır. Belə bir nəşrin ərsəyə gəlməsi bizim həm mənəvi borcumuzdur, həm də şəhidlərimizin və itkin düşmüş vətəndaşlarımızın xatirəsinə ehtiramın ifadəsidir. Kitabın digər mühüm əhəmiyyəti ondadır ki, burada hər bir insan haqqında toplanmış məlumatlar gələcək tədqiqatlar üçün baza yaradır. Nəşrdə yer alan məlumatlar hər hansı əsərin və filmin mövzusu ola bilər” deyən Ə.Mehdiyev kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Əməkdar Elm Xadimi Qəzənfər Paşayev və başqaları kitabla bağlı fikirlərini bölüşüb, yeni nəşrin əhəmiyyətini vurğulayıblar.
Çıxış edənlər Xatirə kitabının nəşrinə göstərdiyi böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 12:42
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58

