/ / Milli Kitabxanada Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimatı olub
Milli Kitabxanada Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimatı olub
22.12.2018 [10:51]
Dekabrın 21-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanasında görkəmli yazıçı və böyük ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Ədəbi tənqid (1931-1974)” və “Publisistika (1926-1977)” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, hər iki kitab Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunub.
Tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq bu il ərzində ölkəmizdə, bölgələrdə Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini bildirib: “Görkəmli ədib və alimlərimizin yubileylərini qeyd etməklə bir daha şahidi oluruq ki, Azərbaycan ədəbiyyatı, mədəniyyəti nə qədər zəngin və qüdrətlidir. Bu xəzinənin gələcək nəsillərə ötürülməsinin böyük əhəmiyyəti var. Biz həmişə öz ənənələrimizə sadiq qalaraq görkəmli şəxsiyyətlərimizin fəaliyyətini dönə-dönə ictimaiyyətə təqdim etməliyik”.
Yazıçının 100 illiyi ilə bağlı UNESCO-nun baş qərargahında keçirilən möhtəşəm tədbiri xatırladan nazir deyib ki, həmin tədbir nəinki Mir Cəlal Paşayevin yaradıcılığının, eyni zamanda, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə töhfə olub: “Onun əsərlərini oxuyarkən gəldiyim qənaət budur ki, yazıçı mürəkkəb siyasi-ideoloji bir dövrdə yaşasa da, heç vaxt azərbaycançılıqdan, xalqımızın mənəvi aləmindən uzaq düşməyib. Yazıçının əsərlərində düzgünlük, sadəlik, xalqı sevmək, etibar, inam və digər yüksək insani keyfiyyətlər ön plandadır. Buna görə də müəllifin zəngin bədii yaradıcılığı və elmi tədqiqatları hər zaman aktuallığını qoruyub saxlayacaq, yeni nəsillərin mənəvi zənginliyində mühüm rol oynayacaq”.
Nazir qeyd edib ki, təqdimatı keçirilən kitablar çox zəngin məlumatları özündə əks etdirir: “Publisistika” məqalələr toplusunda ədibin 1926-1977-ci illərdə qələmə aldığı məqalələri, “Ədəbi tənqid” kitabında isə alimin 1931-1974-cü illəri əhatə edən araşdırmaları yer alıb.
Təqdimat mərasimində Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən və nəcib insani keyfiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük ədib və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayev müdrik insan, nəcib şəxsiyyət idi. Yazıçının müxtəlif janrlarda qələmə aldığı əsərləri həm mövzu zənginliyi, həm də dil və üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir, böyük maraq doğurur.
Çap olunan kitabların elmi məsləhətçisi, akademik Nizami Cəfərov bildirib ki, Mir Cəlal müəllim sovet rejimi dövründə yaşayıb yaratmış elə müdrik müəlliflər sırasına daxildir ki, bu gün onun ədəbi-tənqidi, publisistik yazılarının altından yazıldığı tarixi götürsək, həmin materialların elə bu gün yazıldığını zənn etmək olar. Bu səbəbdən də kitablarda ədibin bir sözünə də toxunulmayıb və bütün yazılar orijinalda olduğu kimi verilib.
Xalq şairi Nəriman Həsənzadə Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, o, hər zaman oxucularının yanında idi. Bütöv şəxsiyyəti ilə Mir Cəlal müəllim özü bir əsər idi.
“Ədəbi tənqid” kitabının “Ön söz” müəllifi professor Asif Rüstəmli diqqətə çatdırıb ki, milli ədəbiyyatımızın saflığı, duruluğu Mir Cəlal müəllimi həmişə düşündürüb: “Onun bədii yaradıcılığa yeni gələn, gələcəyinə ümidlər bəslənilən gənclərin əsərlərinə tənqidi münasibəti də sabit və birmənalı olaraq xeyirxahlıq səciyyəsi daşıyırdı. Mir Cəlal müəllimin çoxşaxəli yaradıcılığında, həyat yolunda mənəvi bütövlük var. Bu mənəviyyat məcrasında görkəmli müəllim, alim, yazıçı taleyi görünməkdədir”.
Mir Cəlalın “Publisistika” kitabının “Ön söz” müəllifi Elnur İmanbəyli çıxışında nəşrin gənc tədqiqatçılar üçün dəyərli mənbə olacağını vurğulayıb, məqalələrdəki fəlsəfi düşüncələrin əhəmiyyətini qeyd edib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitablarda nəşr olunan materialların Milli Kitabxananın arxiv fondundan, dövri mətbu nəşrlərdən, Salman Mümtaz adına Dövlət Mədəniyyət və İncəsənət Arxivinin fondlarından toplandığını qeyd edib.
Tədbirdə professorlar Şirindil Alışanlı, Buludxan Xəlilov və başqaları çıxış edərək kitabın elmi məziyyətlərindən, görkəmli yazıçının alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, yaradıcılığının özünəməxsusluğundan danışıblar.
Bildirilib ki, Mir Cəlalın ədəbi-tənqidi və publisistik məqalələrinin ayrıca kitab halında indiyədək nəşr olunmadığını nəzərə alsaq, bu nəşrlər görkəmli alimin bu mövzuda oxucular və mütəxəssislərlə ilk görüşü hesab oluna bilər.
Mir Cəlalın ailəsi adından çıxış edən oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. O, növbəti tədbirlərdən birinin məhz “Mir Cəlal və müasirləri” mövzusuna həsr olunmasını təklif edib. Diqqətə çatdırıb ki, ədəbiyyatımızda layiqli yeri olan insanlar çoxdur və onlar haqqında bu cür tədbirlər təşkil edilməlidir.
Atası ilə bağlı xatirələri bölüşən Hafiz Paşayev ixtisasca ədəbiyyatçı olmasa da, Mir Cəlalın bədii irsi sayəsində ədəbiyyata böyük maraq göstərdiyini deyib. Kitabların gənclərə tariximizin öyrənilməsində yardımçı olacağına ümid etdiyini diqqətə çatdırıb: “Mir Cəlalı çox zaman işıqlı adam adlandırırlar. Çox istərdim ki, onun yaradıcılığından, yaratdığı əsərlərdən gənc nəsil də bəhrələnsin və ölkəmizin işıqlı gələcəyinə öz töhfələrini versinlər”.
Qeyd edək ki, yeni nəşrlərin layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, elmi məsləhətçisi, akademik Nizami Cəfərov, tərtibçi və elmi redaktoru, professor Kərim Tahirov, redaktoru, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova və filologiya üzrə fəlsəfə doktoru Validə Həsənovadır.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

