/ / Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən “Miras” bədii-sənədli filminin təqdimatı olub
Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən “Miras” bədii-sənədli filminin təqdimatı olub
22.12.2018 [10:51]
Qafqaz-XIX əsrin sonu. İsveçli sahibkar və kimyaçı Robert Nobel Bakıya gəlir. Burada o, heç kəsin gözləmədiyi dəyərli sərvəti - “qara qızıl”ı kəşf edir. Ancaq onun işinə əngəl olan nəhəng bir rəqib var - Con Rokfellerin “Standart Oil” şirkəti. Bakı nefti uğurunda mübarizə dünyanın diqqət mərkəzinə çevrilir. Bu mübarizədə qalib gəlmək üçün Nobel qardaşları bütün səylərini birləşdirməlidir...
Bu epizodlar Bakı Media Mərkəzinin ekranlaşdırdığı, Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən “Miras” adlı bədii-sənədli filmdə yer alır.
AZƏRTAC xəbər verir ki, filmin dekabrın 21-də Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Nobel Oil” şirkətinin sponsorluğu ilə ərsəyə gələn filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.
“Miras” bədii-sənədli filminin prodüseri Orman Əliyev, ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşçu operatoru Vladimir Artemyev, quruluşçu rəssamı isə Şahin Həsənlidir.
Mərasimdə, həmçinin Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənovun “Nobellər neft, milyonçular və qoçular şəhərində” adlı kitabının təqdimatı da olub. Bakı, Moskva və Sankt-Peterburq arxivlərində saxlanılan sənədlər, o dövrün mətbuat materialları əsasında yazılan kitab Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edir.
Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, “Son iclas” və digər sənədli filmlər yer alır.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

