20 Yanvar şəhidlərinin əziz xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
11.01.2019 [09:44]
Faciənin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar tamaşaların göstərilməsi, sərgi-tədbirlərin keçirilməsi, o cümlədən bədii və sənədli filmlərin nümayiş etdirilməsi planlaşdırılır
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsinin 29-cu ildönümü tamam olur. Məlum olduğu kimi, hər il ölkəmizdə, eləcə də Azərbaycanın sərhədlərindən kənarda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir, bu faciədə şəhid olmuş qəhrəmanların xatirələri anılır. Yeri gəlmişkən, yanvarın 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Məlumat üçün bildirək ki, sözügedən sənəddə respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.
Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.
Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.
“Qarabağnamə” 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf olunacaq
Onu da qeyd edək ki, sözügedən sənədə uyğun olaraq bir sıra teatr və mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş geniş anım mərasimlərinin keçirilməsi planlaşdırılır. Eyni zamanda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun “Xəcalət” adlı tamaşası təqdim olunacaq. Teatrdan verilən məlumata görə, yanvarın 19-da Milli Dram Teatrında nümayiş olunacaq pyes Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. Pyesdə həmçinin müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurduğu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsirli boyalarla təsvir edə bilib. “Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən ikihissəli dramdır.
Qeyd edək ki, səhnə əsəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda təqdim ediləcək. Tamaşanın quruluşçu rəssamı, Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq artisti Siyavuş Kərimidir. Tamaşada əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov ifa edəcəklər.
Teatrın təqdim edəcəyi və 20 Yanvar faciəsinə həsr olunmuş növbəti səhnə əsəri isə “Qarabağnamə” adlı tamaşadır. Tamaşa Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Yanvarın 20-də tamaşaçılara təqdim olunacaq səhnə əsərinə Xalq artisti, uzun illər İlyas Əfəndiyevlə birlikdə işləyib, onun yaradıcılığına yaxından bələd olan rejissor Mərahim Fərzəlibəyov quruluş verəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, teatrın tarixinə silinməz sətirlərlə yazılmış “Qarabağnamə” tamaşası XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Güclü milli ruh aşılayan səhnə əsərinin başlıca mövzusu isə xanlıqları birləşdirib vahid dövlət yaratmaqdır. Bildirilib ki, erməni fitnəkarlığının qurbanı olan İbrahim xan və şücaəti ilə ürəkləri riqqətə gətirən Cavad xan obrazları izləyənlərin yaddaşından silinməyəcək.
Tamaşaçılar tərəfindən hər dəfə maraq və çoşqu ilə qarşılanan sözügedən səhnə əsərində rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev və başqaları ifa edəcəklər.
“Əlincə qalası” Gənc Tamaşaçılar Teatrının səhnəsində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) isə yanvarın 19-da yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı nümayiş etdirəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Lalə Azəri bildirib ki, tamaşanın süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub. Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar şəhidlərinə həsr olunmuş səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı isə Vladimir Neverovdur.
Bundan başqa, yanvarın 19-da sözügedən mədəniyyət ocağında yazıçı Dilsuz Mustafayevin Azərbaycan xalq nağılı “Əlincə qalası” əsasında qələmə aldığı eyniadlı tamaşa nümayiş etdiriləcək. Qeyd edək ki, Azərbaycan qadınının vətənimizin qorunması yolunda qəhrəmanlığından və qeyri-adi cəsarətindən bəhs edən bu tamaşa yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunub.
Birhissəli əfsanəvi nağıl-tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimovdur. Əsərdə rəqslərin quruluşu Əməkdar artist Sənan Hüseynliyə məxsusdur. Tamaşada rolları Xalq artisti Yasin Qarayev, Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Simuzər Ağakişiyeva, Rəzzaq Məmmədov, Qədirhüseyn İsmayılov və Rövşən Abbasov ifa edəcəklər.
Yuğ Teatrında “Məhşər günü” olacaq
Öz növbəsində, Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi yanvarın 18-də tamaşaçıların qarşısına yazıçı-dramaturq Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşası ilə gəlməyi planlaşdırır. Teatrın mətbuat katibi Könül Cəfərovanın verdiyi məlumata görə, səhnə əsəri uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. Nəriman Əliyevin Azərbaycan dilinə tərcümə etdiyi birhissəli səhnə əsəri Gümrah Ömərin quruluşunda təqdim olunacaq.
Tamaşada əsas rolları Əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə ifa edəcəklər. Səhnə əsərinin musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı isə Mikayıl Mikayılovdur.
Filarmoniyada da anım tədbiri təşkil olunacaq
Verilən məlumata görə, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında da 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri baş tutacaq. Yanvarın 19-da keçiriləcək tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq reallaşdırılacaq. Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı və Filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə faciə zamanı ölkəmizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi anılacaq, onların keçdiyi ömür və qəhrəmanlıq yolunu əks etdirən fotosərgi nümayiş etdiriləcək. Anım tədbiri vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı ilə davam edəcək. Konsertdə Xalq artistləri Rauf Abdullayev və Gülbacı İmanovanın bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.
20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçiriləcək
O cümlədən paytaxtın bir çox muzey və sərgi salonlarında da 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş anım tədbirlərinin keçirilməsi planlaşdırılıb. Məsələn, yanvarın 18-də Bakı Xətai Sənət Mərkəzində Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm sərgisi gerçəkləşəcək. Eyni zamanda, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə Abşeron Rəsm Qalereyasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edilmiş sərgi baş tutacaq. Qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən 50-dən çox rəsm əsəri yanvarın 19-da nümayiş olunacaq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

