Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
07.02.2019 [09:28]
Teatrlarımızın fevral repertuarına premyeralar və bir-birindən zəngin səhnə əsərləri də daxil edilib
Azərbaycan teatrı son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoyub. Hər dəfə yeni repertuar və premyeralarla tamaşaçılarını sevindirən mədəniyyət ocaqları fevral ayında da mədəni-kütləvi tədbirlər baxımından zəngin olacaq. Bir sözlə, Bakı teatrlarının həftəsonu afişası zəngindir...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti şəhərimizin sakinlərinə və qonaqlara bir-birindən maraqlı və zəngin proqram vəd edir. Qurumun mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının sözlərinə görə, günümüzün aktual məsələlərinə cavab aramaq, müasirlərimizin ruhunu, duyğusunu, zövqünü, nəfəsini səhnəyə gətirmək niyyətilə qocaman kollektiv repertuar tərtibi zamanı dəyərli sənət əsərlərinə müraciət edib. Belə ki, fevral ayının 10-da C.Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa növbəti dəfə nümayiş ediləcək. Əməkdar artist Firudin Məhərrəmovun quruluşunda təqdim olunacaq iki hissəli tragikomediyanın quruluşçu rəssamı Ülviyyə Zərbalıyeva, musiqi tərtibatçısı isə Həmid Kazımzadədir. Səhnə əsərində əsas rolları Əməkdar artistlər Səidə Quliyeva, İradə Həsənova, Ayşad Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, aktyorlar Anar Heybətov, Hikmət Rəhimov, Ramin Şıxəliyev və başqaları ifa edəcəklər.
1920-ci ildə qələmə alınmış pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.
Fevralın 14-də isə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşası növbəti dəfə təqdim olunacaq. Yeri gəlmişkən xatırladaq ki, uğurlu çıxışı ilə yadda qalan səhnə əsərinin sorağı ötən il Qırğızıstan mətbuatından gəlmişdi. Belə ki, teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində hazırlanan “Manqurt” tamaşası Qırğızıstan mətbuatında geniş işıqlandırılmış, yazılarda sənət ocağının dünya şöhrətli yazıçı Çingiz Aytmatov yaradıcılığına müraciət etməsi müsbət hal kimi dəyərləndirilmişdi. Həmçinin fevralın 15-də məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan “Sinif yoldaşları” tamaşası nümayiş olunacaq. Məlumat üçün bildirək ki, tamaşa sinif yoldaşlarının 20 il sonrakı görüşü, yaxud insan mənəviyyatının deqradasiyası haqqındadır.
“Qarabağnamə” Xocalı faciəsi qurbanlarının xatirəsinə ithaf olunacaq
Onu da qeyd edək ki, bir sıra teatr və mədəniyyət ocaqlarında Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş geniş anım mərasimlərinin keçirilməsi planlaşdırılır. Eyni zamanda, Milli Dram Teatrı da ənənəvi olaraq “Qarabağnamə” tamaşası ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Tamaşa Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Fevralın 26-da tamaşaçılara təqdim olunacaq səhnə əsərinə Xalq artisti, uzun illər İlyas Əfəndiyevlə birlikdə işləyib, onun yaradıcılığına yaxından bələd olan rejissor Mərahim Fərzəlibəyov quruluş verəcək. Verilən məlumata görə, teatrın tarixinə silinməz sətirlərlə yazılmış “Qarabağnamə” tamaşası XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.
110-cu yubiley mövsümünü uğurla davam etdirən Opera və Balet Teatrının repertuarında bir-birindən maraqlı sənət inciləri yer alıb
Öz növbəsində, aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı fevral ayının repertuarına klassik əsərlərin ən parlaq nümunələrini daxil edib. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevadan aldığımız məlumata görə, həftəsonlarını səmərəli keçirmək istəyən tamaşaçılar üçün “Traviata” və “Qoyya” adlı səhnə əsərləri təqdim olunacaq. Mübaliğəsiz demək olar ki, 110-cu yubiley mövsümünü uğurla davam etdirən mədəniyyət ocağında bu gün də sağlam yaradıcılıq ab-havası hökm sürməkdədir. Belə ki, illərdir teatrın repertuarında özünəməxsus yer almış “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” kimi operalar bu ay da operasevərlərin ixtiyarına veriləcək. Bununla yanaşı, repertuarda fevralın 16-da “Jizel”, fevralın 23-də isə “Kənd namusu” adlı sənət inciləri də yer alıb.
Ana dilimizdə səslənəcək ilk müziklin vaxtı açıqlanıb
Fevralın 21-də Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında eyniadlı tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, beynəlxalq layihə kimi təqdim ediləcək ikihissəli bu şou-tamaşa ana dilimizdə səslənəcək ilk müzikldir. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.
Səhnə əsəri Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsərinə Musiqili Teatrın fərqli baxışıdır. Balaca şahzadə obrazını isə Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədov canlandıracaq.
Bununla yanaşı, sənət ocağında ənənəvi olaraq “O olmasın, bu olsun”, “Qızıl toy”, “Mən dəyərəm min cavana”, “999-cu gecə”, “Baladadaşın toy hamamı” və başqaları nümayiş olunacaq.
Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Arzu və Murad” tamaşası nümayiş etdiriləcək
Vurğuladığımız kimi, bir sıra sənət ocaqları Xocalı şəhidlərinin xatirəsinin yad olunması, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və təbliği məqsədi ilə repertuarlarına bu mövzuda əsərləri daxil ediblər. Onlardan biri də fevralın 24-də Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq “Arzu və Murad” tamaşasıdır. S.Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış səhnə əsərinin əsas ideyasını Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu təşkil edir.
İrəvan teatrı Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” tamaşası ilə çıxış edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi fevralın 2-də Gəncə şəhərində qastrol səfərində olub. Qəzetimizə bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. Bildirib ki, səfərdə teatrın kollektivi yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” tamaşası ilə çıxış edib. Tamaşada müəllifin baş verənlərə orijinal münasibətinin əks olunduğunu söyləyən T.Bayramov deyib: “Əsərdə faciənin dəhşətlərini tamaşaçıya çatdırmaq üçün həm maraqlı səhnə tərtibatı, həm də fərqli süjet xətti var. Tamaşa başlayan andan hər bir izləyici özünü baş verən hadisələrin içində hiss edir. Səhnədə baş verənləri təkcə aktyorlar yaşamır, sanki hər bir izləyici o hissə köklənir. Bu həm müəllifin, həm də rejissorun böyük uğurudur. Belə səhnə əsərləri tariximizin unudulmamasına, gənclərin xalqımızın başına gətirilən müsibətlərdən xəbər tutmasına və insanlarda işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına böyük inam hissi yaradır”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

