/ / “Pekin Ekspo 2019” Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib
“Pekin Ekspo 2019” Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib
28.05.2019 [09:40]
Çin Xalq Respublikasının paytaxtında keçirilən “Pekin Ekspo 2019” Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib.
AZƏRTAC xəbər verir ki, sərginin iştirakçıları olan ölkələrin təmsilçilərinin, diplomatların, Pekin ictimaiyyətinin nümayəndələrinin qatıldıqları tədbirdə çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı belə bir beynəlxalq tədbirin Çində təşkil edilməsinin və Azərbaycanın Çin ilə əlaqələrə verdiyi önəmin göstəricisi kimi, bu sərgidə öz milli pavilyonu ilə iştirak etməsinin çox əlamətdar olduğunu deyib. O, hazırda Azərbaycanda təbiətin və ətraf mühitin mühafizəsi, yaşıllıqların, qoruqların və meşə massivlərinin salınması, flora və faunanın qorunması istiqamətində geniş fəaliyyətin həyata keçirildiyini, bu işlərin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi də ətraf mühitin mühafizəsi ilə bağlı çoxsaylı layihələr həyata keçirir.
“Pekin Ekspo 2019” Botanika Sərgisi baş komissarının müavini Can İnçao Çinin Avrasiyanın mərkəzində, mühüm nəqliyyat və ticarət yollarının üzərində yerləşən Azərbaycan ilə hələ tarixi İpək Yolu dövründən dostluq münasibətlərinin yarandığını bildirib. O, sərginin dünya ictimaiyyətinin diqqətini ətraf mühitin mühafizəsinə, təbiətin qorunmasına yönəltmək məqsədi daşıdığını vurğulayaraq, Azərbaycanın da bu sərgidə iştirakının ölkəmizin bu sahədə qazandığı uğurların nümayişi ilə yanaşı, xalqımızın zəngin mədəni irisinin tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.
Bir aydır davam edən sərginin ən maraqlı pavilyonlarından birinin məhz Azərbaycana aid olduğunu qeyd edən Can İnçao Azərbaycanın bu sərgidə iştirakının ölkələrimiz və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə də töhfələr verdiyini vurğulayıb.
Sonra Azərbaycandan dəvət olunan incəsənət ustalarının çıxışları olub. Milli musiqimiz, muğamlarımız, xalq mahnıları, rəqslərimiz, eləcə də Əməkdar artist Sahib Paşazadənin tarda ifa etdiyi Çin xalq musiqisi Azərbaycan milli gününə toplaşanların marağına və alqışlarına səbəb olub.
Qeyd edək ki, “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda keçirilən botanika sərgisində Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə hazırlanıb. “Azərbaycan: təbiət və incəsənətin harmoniyası” adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir. Pavilyonun interyer dizaynı ölkəmizin adət-ənənələrini nümayiş etdirir. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılır, ətraf mühitin qorunmasının vacibliyi vurğulanır. Pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim edilir.
“Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda keçirilən “Pekin Ekspo 2019” sərgisi 503 hektar ərazini əhatə edir. Oktyabrın 7-dək davam edəcək sərgini 16 milyon nəfərin ziyarət edəcəyi gözlənilir.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 11:25
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36

