“Türkün dastanı” kitabının təqdimatı olub
15.11.2019 [10:14]
Noyabrın 14-də Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsisçiləri olan “91-lər”dən biri, Qaradağ Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Birinci dərəcəli dövlət qulluqçusu Minus Bayramovun “Türkün dastanı (poemalar toplusu)” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov rəhbərlik etdiyi qurumun türk dünyasının birliyi və yaxınlaşması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, son illər türk dünyasının birliyinə həsr olunmuş silsilə kitablar çap olunur, tədbirlər keçirilir. Akademik bu baxımdan Minus Bayramovun “Türkün dastanı” kitabının böyük əhəmiyyət daşıdığını söyləyib. Qeyd edib ki, kitabda müəllif çox böyük zəhmət hesabına türk xalqlarının mənşəyinə, keçdiyi tarixi yollara ətraflı nəzər salıb. Türk dünyasının tarixinin nəzmə çəkildiyi bu əsərdə zərrə qədərə də olsun uydurma, fantastik baxış yoxdur. Müəllif hər bir şeyi çox böyük tədqiqatçı kimi, tarixi faktların dili ilə oxucuya çatdırıb. Bu baxımdan da Minus Bayramov bədii cəhətdən oxunaqlı və orijinal bir poema ortaya qoyub.
Nizami Cəfərov bildirib ki, Minus Bayramov xalqımızın ləyaqətli ziyalılarından biri kimi hər zaman dövlətə və dövlətçiliyə sadiqliyi ilə seçilib, fərqlənir.
Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, kitabın redaktoru Tahir Taisoğlu “Türkün dastanı” kitabında yer alan poemaların bədii-fəlsəfi məziyyətlərindən söz açıb. Deyib ki, tarixi faktlarla zəngin olan bu poetik nümunələrdə türk xalqlarının keçdiyi yola yenidən nəzər salan şair tarixi həqiqətləri çox böyük ustalıqla nəzmə çəkib.
Çıxışını kitabdan gətirdiyi şeir nümunələri ilə davam etdirən T. Taisoğlu əminliklə vurğulayıb ki, belə əsərlər türk xalqlarının birliyinə və bir-birini daha da yaxından tanımasına xidmət edir.
Tədbirdə Milli Məclisin deputatları Aydın Hüseynov, Hikmət Babaoğlu, professorlar Əsədulla Qurbanov, Sabir Tağıyev, İsgəndər Quliyev, Əsədulla Cəfərov və başqaları çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində nəfis tərtibatda işıq üzü görən kitabda şairin türk dünyasına sevgisindən yoğurulmuş poemaları yer alıb. Müəllif bu poemalarla türklərin, ümumilikdə türklüyün tarixinə işıq tutmaqla yanaşı, həm də tarixi baxımdan türkdilli xalqların keçdiyi yola poetik dillə və obrazlı şəkildə nəzər yetirir.
Vurğulanıb ki, kitabda müəllif türk imperatorluqları, dövlətləri, bəylikləri, atabəylikləri, xanlıqları, cümhuriyyətləri, bir sözlə türk adına yaradılmış bütün türkdilli dövlətlər haqqında məlumat verir.
Çıxışlarda birmənalı olaraq vurğulanıb ki, “Türkün dastanı” kitabını əslində bütövlükdə türk dünyasının nəzmə çəkilmiş tarixi də adlandırmaq olar.
Kitabda yer alan “Alp Əl Tunqa dastanı”, “Oğuz Kağan dastanı”, “Atilla”, “Ağ hunlar”, “Göytürklər”, “Boz qurd haqqında” və digər poetik nümunələrin hər birinin ayrıca bitkin bir əsər olduğunu söyləyən natiqlər müəllifə gələcək işlərində uğurlar arzulayıblar.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən müəllif bu istiqamətdə işlərini bundan sonra da davam etdirəcəyini söyləyib.
Tədbirə sözləri Munis Bayramova, musiqisi Baba Mirzəyevə məxsus “Fateh Sultan Məhəmməd” mahnısının səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25

