Musiqili Teatrın aktrisası beynəlxalq yarışmada Qran-Pri qazanıb
15.01.2020 [14:17]
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti Mələk Səfərova Türkiyədə dünyanın müxtəlif ölkələrinin qatıldığı “Caspi art 9” Beynəlxalq Sanat Yarışmasının Qran-Pri diplomuna layiq görülüb.
Teatrın mətbuat xidmətindən “Yeni Azərbaycan”a bildirilib ki, aktrisa bu müsabiqəyə qatılmaq üçün hazırladığı “Vəsf” balet-kompozisiyasından çəkilmiş foto və video materialları bir neçə ay öncə həmin təşkilatın ünvanına göndərib və bu yaxınlarda aldığı nəticələr onu çox sevindirib.
“Mükafata layiq görüldüyüm üçün özümü çox xoşbəxt sayıram. Bu, təkcə mənim uğurum deyil. Məşq prosesinə yaradılan şəraitə görə teatrın rəhbərliyinə, baş dirijorumuz, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevə, quruluşçu baletmeysterimiz, Əməkdar artist Yelena Ağayevaya, çəkilişdə göstərdiyi köməyə görə rejissor Samir Qulamova, teatrın geyim sexinin əməkdaşlarından tutmuş səhnə maşinistlərinə qədər, əziyyəti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm”, – deyə Mələk Səfərova sevincini bölüşüb.
Qeyd edək ki, Mələk Səfərova Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. İndiyə qədər bir çox müsabiqələrdə iştirak edib.
Teatrda işlədiyi qısa müddət ərzində “Baladadaşın toy hamamı” (“Qəribə gülüş”), “Qızıl toy” (“Ukrayna rəqsi”), “Fərzəlikefcom” (“Yuxu” səhnəsi), “Fransızsayağı qarnir” (duet) “Paris Notr-Dama ithaf”(duet), “Mənim günahım” (solo) və demək olar ki, teatrın repertuarında olan bir çox tamaşalarda fəal iştirak edib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Mələk Səfərova ötən il Akademik Musiqili Teatrın 109-cu mövsümünün “Ən yaxşı balet artisti” mükafatına da layiq görülüb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17

