"İstanbul Fashion Show"-Bakıda
23.01.2010 [02:57]
Türk modasının ən keyfiyyətli nümunələri Bakıda sərgilənəcək. Türkiyənin 40-dan çox geyim şirkətinin məhsullarından ibarət sərgi yanvarın 28-dən 30-a qədər Heydər Əliyev adına İdman Konsert Kompleksində gerçəkləşəcək. “İstanbul Fashion Show” adı altında keçiriləcək sərgi həm də tanışlıq xarakteri daşıyacaq. Belə ki, Türkiyənin ən məşhur tekstil şirkətlərinin məhsulu olan qadın, kişi və uşaq geyimləri, ayaqqabılar, müxtəlif aksessuarlar iş adamlarına, Azərbaycanın moda dünyasının nümayəndələrinə və bütün moda həvəskarlarına təqdim ediləcək. Ən əsası, bu sərgi başlanğıc olacaq. Sərgi istər Türkiyə məhsullarının Azərbaycanda satışı, istərsə də, əməkdaşlığın başqa növlərində inkişafın bünövrəsini qoyacaq. Bu, “Meridyen”in Azərbaycanda təşkil edəcəyi yeganə sərgi olmayacaq. Belə ki, şirkət bu ilin sonuna kimi ölkəmizdə daha bir neçə moda sərgisi təşkil etməyi nəzərdə tutub. Növbəti sərginin isə iyunda təşkil edilməsi planlaşdırılıb. Bu barədə dünən keçirilən mətbuat konfransında layihənin Azərbaycan üzrə koordinatorları Alper çekic və Anıl Seçerin məlumat verib. Təşkilat komitəsinin sədri Ruhiyyə Kaçan və “Meridyen” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Anar Əlyaroğlunun da qatıldığı mətbuat konfransında media nümayəndələrinə sərginin məqsədləri və azərbaycanlı iş adamları ilə qurmaq istədikləri iş birlikləri barədə də danışılıb.
“Gözəl geyimi, modanın ən son yeniliklərini, bəzən isə hətta ən ağlasığmaz və cəsur tendensiyaları milli geyim adətləri və şərq ənənələri ilə birləşdirmək bacarığı yəqin ki, azərbaycanlı xanımlar və bəylər qədər çox az xalqa məxsusdur. ümumiyyətlə, moda və geyim məfhumlarının azərbaycanlılar üçün hər zaman xüsusi önəmi olub. Məhz bu amili nəzərə alan “Meridyen” Beynəlxalq Sərgi şirkəti və OTİAD (Osmanbəy Türk İş Adamları Dərnəyi) dünya şöhrətli brendləri və yüksək keyfiyyətli geyim markaları ilə dünya modasının əsas mərkəzlərindən birinə çevrilməkdə olan Türkiyənin 40-dan çox geyim şirkətinin məhsullarından ibarət sərgi təşkil etməklə Azərbaycan xalqına maraqlı anlarla dolu üç gün yaşatmaq niyyətindədir” - deyən Ruhiyyə Kaçanın sözlərinə görə, sərgi çox maraqlı olacaq.
Ukrayna, Qazaxıstan və özbəkistanda da bu cür sərgilərin keçirildiyini vurğulayan Alper çekic isə bu fikirdədir ki, onlar Azərbaycan bazarına daxil olmaqda gecikiblər: “Son bir neçə ilin hesablamaları göstərib ki, Azərbaycan bazarında Türkiyə məhsullarına böyük maraq var. İlbəil artan maraq Türkiyə geyim firmaların Azərbaycanda professional satış təşkil etməsi zərurətini ortaya çıxarıb. İndiyədək Azərbaycan bazarında Türkiyə məhsulları təmsil olunsa da, bu, pərakəndə şəkildə həyata keçirilib. Azərbaycanlı iş adamları bu firmalarının məhsullarını gətirərək fərdi qaydada onların satışını həyata keçirib. Türkiyə firmaları müştəri məmnuniyyəti amilini, həmçinin, birbaşa əlaqəni önəmli hesab etdiyindən burada satış mərkəzlərini açmaq, alıcılarla birbaşa əlaqə yaratmaq niyyətindədir”.
Sonuncu faktorun qiymətlərin də ucuzlaş
masına gətirib çıxaracağını söyləyən təşkilatçılar hesab edir ki, geyimləri sərgilənəcək firmaların məhsulları qiymətlidir. Buna baxmayaraq, bu firmalar alıcılarına daha keyfiyyətli və Avropa məkanından nisbətən ucuz məhsullar təklif edir.
Türkiyə məhsullarının ən böyük idxalçısı isə hələlik Rusiyadır.
Qeyd edək ki, üçgünlük sərgiyə giriş pulsuzdur. Moda həvəskarları hər gün saat 10.00-dan axşam 18.00-dək sərgiyə qatıla bilər. Xatırladaq ki, sərgidə Azərbaycan modasının tanınan simaları da iştirak edəcək.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34

