Akademik Musiqili Teatrın kollektivi Prezident İlham Əliyevə təşəkkür edib
09.05.2020 [23:23]
Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinə fərdi təqaüd və mükafatların verilməsi ilə bağlı imzaladığı Sərəncamla mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları da var. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev rəhbərlik etdiyi kollektivin adından dövlət başçısına sənət adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Tanınmış rejissor və teatr rəhbəri Prezident İlham Əliyevə ünvanladığı müraciətdə minnətdarlığını belə ifadə edib:
"Möhtərəm cənab Prezident, Akademik Musiqili Teatrın çoxsaylı kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm. İmzaladığınız Sərəncamla Prezident mükafatına layiq görülənlərin arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı şəxslərinin də olması bizi hədsiz sevindirdi.
Belə çətin və səksəkəli şəraitdə, bəşəriyyətin koronavirus adlı qorxunc düşmənlə üz-üzə qaldığı bir vaxtda Siz ölkənin ən həssas insanlarını - yaradıcı şəxslərini yenə də unutmadınız. Bəşəriyyətin min bir problemlə üzləşdiyi bir vaxtda nə qədər incəsənət xadiminə və onların ailəsinə diqqət və qayğınızı bir daha göstərdiniz.
Biz xarici mətbuatdan da izləyib görürük ki, dünyanın heç bir yerində incəsənət adamlarına bu qədər diqqət və qayğı yoxdur. Məhz ona görə də sevincimiz hədsizdir. Biz ondan qürur duyuruq ki, Azərbaycan adlı bir məmləkətin vətəndaşlarıyıq. Onunla fəxr edirik ki, daim xalqının, millətinin yanında olan, əməlləri ilə dünyanın dörd bir yanında yaşayan hər bir azərbaycanlının Prezidenti ola bilən, yaradıcı əməyə xüsusi dəyər verən Sizin kimi bir ölkə başçımız var.
Ölkəmizdə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində prioritet bir məsələ olaraq həyata keçirilib. Ümummilli Liderimizin bu siyasəti hazırda Sizin tərəfinizdən böyük uğurla davam etdirilir".
Müraciətdə Prezident İlham Əliyevin həmişə xalqın rifahı barədə düşündüyü, xüsusilə də pandemiya dövründə dövlət başçısının rəhbərliyi ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığı qeyd edilib: "Doğma və qayğıkeş münasibətinizlə hər birimiz üçün nə qədər əziyyət çəkirsiniz. İstər Siz, istərsə də ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə xalqın yanındasınız.
Əziz Prezidentimiz! Biz - ölkənin bütün incəsənət xadimləri hər zaman sizin uzaqgörən siyasətinizi dəstəkləyir və təbliğ edirik. Biz inanırıq ki, dünyamız üçün belə çətin sınaq günlərində bu bəladan az itkilərlə və alnıaçıq çıxmaq üçün məqamında verdiyiniz qərarlar, apardığınız islahatlar, ölkəmizin təhlükəsizliyi naminə atdığınız hər bir addım öz bəhrəsini verəcəkdir.
Bir daha sizə minnətdarlığımızı bildirir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq".
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32

