Milli Musiqimizin möhtəşəm Günü
20.09.2021 [14:04]
Heydər Əliyev: Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir
Həyatımızı müsiqisiz təsəvvür etmək mümkün deyil. Sanki, musiqi insanla bərabər doğulub, yaşadığı ömrünün hər saatında onu müşayiət edir. Musiqini insan yaradır, insan öləndə isə yaratdığı musiqi onu yaşadır, mənsub olduğu xalqın milli mədəniyyətinin tərkib hissəsinə çevrilir. Onu da deyək ki, nota köçürülən hər melodiya da mükəmməl, əsrlərlə unudulmayacaq musiqi olmur. Bu gün bayağı, bir-iki günlük ömrü olan melodiyadan deyil, xalqımızın ən zəngin dəyərlərindən olan professional musiqidən söz açacağıq. Çünki bu gün Milli Musiqimizin Günüdür.
Hər bir xalqın tarixində müqəddəs sayılan dəyərlərlə yanaşı, dahi şəxsiyyətlərdə var. Adları nəsildən-nəslə ötürülür və xalqın yaddaşında əbədi qalır. Azərbaycan xalqının qəlbində yaşayan belə müqəddəs adlardan biri bu gün 136 illiyi qeyd olunan dahi Üzeyir Hacıbəyovdur. Bu rəqəm həm də professional musiqi mədəniyyətimizin yaşını göstərir.
18 sentyabr – Musiqiyə çevrilən gün
Hər il sentyabrın 18-i Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub.
Azərbaycanın mədəniyyəti və incəsənətinə dərindən bələd olan Ümummilli Lider ötən əsrin 70-ci illərindən başlayaraq, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə göstəriş vermişdi.
1949-cu ildə hökumət tərəfindən Üzeyir Hacıbəyovun Şuşada və Bakıda ev-muzeylərinin açılması haqqında qərar var. 1959-cu ildə Şuşada bəstəkarın ev-muzeyinin açılmasına baxmayaraq, Bakıda bu məsələ düz 26 il həyata keçməmişdi. Üzeyir bəyin Bakıdakı evində muzey yaratmaq kimi şərəfli bir iş məhz Heydər Əliyevin göstərişi və köməkliyi ilə həyata keçdi - bəstəkarın Bakıda 27 il yaşadığı ev “Üzeyir məbədi” nə çevrildi. 1975-ci il noyabrın 20-də açılış mərasimində şəxsən iştirak etmiş Heydər Əliyev muzeylə tanışlıqdan sonra demişdi ki, muzey Üzeyir Hacıbəyov kimi dahi sənətkar üçün çox darısqaldır, onu qonşu evlərin hesabına genişləndirmək lazımdır. Ulu Öndərin bu fikirləri dahi bəstəkarın 110 illik yubileyində gerçəkləşdi. Heydər Əliyevin milli musiqi sənətimizin banisinin 110 illik yubileyindəki nitqi bu gün də yaddaşlarda yaşayır: “...Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişaf etməsinə, Azərbaycan xalqının özünü tanımasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir”.
Ümummilli Lider Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərdiyi qayğının davamı kimi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı da göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəyovun yubileyi UNESCO səviyyəsində qeyd edilib.
Festivalın ilk konserti Şuşada keçiriləcək
“Üzeyir Hacıbəyov Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir” - bu qiymətli fikir isə Prezident İlham Əliyevə məxsusdur. Dahi bəstəkara böyük dəyər verən Prezident İlham Əliyev Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Üzeyir bəyin yubileyi dövlət səviyyəsində qeyd edilib.
Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Sentyabrın 18-dən 24-dək Üzeyir Hacıbəyov XIII Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bu səbəblə builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək.
Bir Büstün 28 illik həsrəti...
Sonda qürurla demək olar ki, bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəstəkarın boya-başa çatdığı, xalqımızın qürur rəmzi olan Şuşanı düşmən tapdağından azad etdi.
Daha sonra dahi şəxsiyyətlərimizin, o cümlədən Üzeyir Hacıbəyovun da büstü İncəsənət Muzeyinin həyətindən doğma Vətəninə - Şuşaya gətirildi. Görkəmli şəxsiyyətlərin büstlərinin Şuşa şəhərinə gətirilməsi ilə əlaqədar keçirilən tədbirdə Prezident İlham Əliyev bildirib: “Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!”.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Üzeyir Hacıbəyovun Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə də tanış olublar.
Xatırladaq ki, Üzeyir Hacıbəyovun ev-muzeyi Şuşa şəhərində Ermənistanın işğalınadək fəaliyyət göstərib. Erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanlar isə məhv edilib.
Özü üçün doğulmayan İNSAN
Dahi Üzeyir bəy Hacıbəyov hələ 1910-cu ildə özünün nəşr etdiyi “Həqiqət” qəzetində yazırdı: “Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər”.
Həqiqətən də, elə şəxsiyyətlər var ki, sağlığında olduğu kimi, əbədiyyətə qovuşduqdan sonra da müqəddəs əməlləri, yaradıcılıqları ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət edirlər. Üzeyir Hacıbəyov yaradıcılığa başladığı ilk gündən sübut etdi ki, bütün Türk dünyasının böyük oğludur. 136 illik yubileyini qeyd etdiyimiz dünya şöhrətli bəstəkarın əzəmətli və möhtəşəm əsərləri Azərbaycan musiqi mədəniyyətinin inkişafına bu gün də öz töhfəsini verir, düşünür və düşündürür. Ü.Hacıbəyovun musiqisi xalqımızın zəngin xəzinəsi, mənəvi sərvətidir. Bu əbədi və tükənməz sərvət məşəl kimi yanır və milli musiqi mədəniyyətimizin yolunu daim işıqlandırır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

