/ / Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisdə “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisdə “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur
10.06.2022 [12:06]
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisin mərkəzində Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 33 ölkədən 500-dən çox iştirakçını bir araya gətirən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində ilk dəfə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, “Grand Palais Ephemere”də keçirilən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş Azərbaycan stendinin açılışı olub. Azərbaycan stendində Elvin Nəbizadənin fenomenal “Gündüz və gecə” əsəri nümayiş etdirilir.
İncəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesinin və Fransa İncəsənət Atelyesi Federasiyasının prezidenti Od Taon (Aude Tahon) layihədə Azərbaycanın iştirakından şad olduqlarını bildirib. O qeyd edib ki, “Revelations” Beynəlxalq Biennalesinin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması və tanıdılmasıdır. Od Taon Fransa İncəsənət Atelyesi Federasiyası tərəfindən təşkil olunan dekorativ incəsənətə dair digər salonlar haqqında məlumat verərək, Azərbaycanı bu salonlarda da görmək arzusunu ifadə edib. “İncəsənət peşələri bu narahat dünyada yaxşı bələdçidir. Tam optimist, davamlı həyat və yaradıcılıq məkanları kimi bu peşələr ümid, təxəyyül və şənlik daşıyıcılarıdır”, - deyə O.Taon geniş bədii miqyasa malik belə yaradıcılıq və sənətkarlıq salonlarının beynəlxalq incəsənət dialoqu məkanı olduğunu bildirib.
“Burada nümayiş etdirilən “Gündüz və gecə” əsərinin hələ şəklini görəndə heyran olduq, əsərin özünü görmək və onun hansı materialdan hazırlanması ilə çox maraqlandıq. Bu gün bu əsər salonumuzu şərəfləndirir. Əminəm ki, ziyarətçilər bu əsər vasitəsilə Azərbaycanı daha dərindən kəşf edəcəklər”, - deyə Fransa İncəsənət Atelyesi Federasiyasının prezidenti diqqətə çatdırıb.
Heykəltəraş Elvin Nəbizadə belə bir biennaledə iştirak etməkdən şərəf duyduğunu bildirib. “Müasir dünyada mövcud təlatümlər və mürəkkəb hadisələr, eləcə də pandemiya yaradıcı insanlarda sənət ruhunu müəyyən dərəcədə zəiflətmişdir. Təşəbbüsü və dəstəyi ilə yaradıcı ruhumu canlandırdığı, belə möhtəşəm biennaledə iştirak etməyimə imkan yaratdığı üçün Heydər Əliyev Fonduna, onun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”, - deyə E.Nabizadə qeyd edib.
Əsəri haqqında məlumat verən müəllif “Gündüz və gecə” instalyasiyasının ikili xarakter daşıdığını deyərək, onun interaktiv olduğunu vurğulayıb. Bildirib ki, ziyarətçilər instalyasiyanın ətrafında dolaşaraq, əsərin bir hissəsinə çevrilərək onu daha dərindən hiss edəcəklər.
“Gündüz və gecə” instalyasiyası müasir dövrdə vacib problemlərdən olan təbiətin və ətraf mühitin çirklənməsi, plastik tullantılar ilə mübarizə məsələsinə diqqəti cəlb edir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

