Salam, əziz Müslüm...
27.10.2022 [11:48]
Salam, əziz Müslüm. Özünə əziz bildiyin, anam dediyin Azərbaycanın övladları bu gün səninlə görüşə gəlib. Əminəm, indi səhnədə pianonun önündə ağ işıqlar düşən oturacaqda əyləşib salamlayırsan bizi.
Buna heç şübhəm yoxdur. Yəqin özünü xoşbəxt hiss edirsən, bizim xoşbəxtliyimizi, sevgimizi duyursan. Bilirsən ki, bu gün bizim üçün əsl bayramdır.
Açığı, çox tədbirlərdə iştirak etmişəm, ancaq Heydər Əliyev Sarayının zalı ilk dəfə bu qədər böyük görünür gözümə. Yəqin bu özəl günün qəhrəmanının öz böyüklüyü, əzəməti ilə zalda bizimlə əyləşdiyinə görə belədir. Adamı yalnız bir məqam kövrəldir, Müslüm Maqomayevin 80 illik yubileyini onu yola salandan sonra qeyd edirik. Onu sevənlər istərdi ki, nəinki 80-ni, həm də 100 yaşını Müslüm Maqomayevlə bir yerdə qeyd edək. Məncə, 100 yaş insan ömrünün zirvəsidir. Müslüm ömür zirvəsinə çata bilməsə də, sənətinin zirvəsinə çoxdan çatmışdı. Neyləmək olar, həyatın bəzi qanunları var. İnsanları əlindən tutub bu dünyada saxlamaq olmur, ancaq bilməyini istəyirəm, elə bir imkan olsaydı, biz hamımız tutardıq əlindən...
Hamı Müslüm Maqomayevi dahi adlandırır. Məncə, Müslüm hər şeydən əvvəl vurğunu olduğu Azərbaycan təbiətinin bizim üçün yetişdirdiyi dəyərdir. İllər əvvəl 60 illik yubileyini qeyd edərkən, Heydər Əliyevin də dediyi kimi, dünyada görkəmli müğənnilər çoxdur, amma belə səs heç kimdə yoxdur. Bu gün həm də Ulu Öndərin Müslüm Maqomayevin sənəti ilə bağlı arzusuna çatdığını görürük. Müslümün sənəti gələcək nəsillərə ötürülür, davam etdirilir. Müslüm Maqomayev yaradıcılığının ən gözəl nümunələrini ifa edən sənət adamları bunu bir daha sübut edirlər.
Qayıt əzizim...
Günəşsiz qaldı sənsiz günlər... Müslümün repertuarından səslənən bu ifa adamı bir az da kövrəldir. Sanki bu mahnını həm də özü üçün ifa edib. Hər misrada bunu hiss edirsən, məhəbbətin göylərdən böyük sənin, əziz Müslüm... Biz hamımız Azərbaycana olan məhəbbətini bilirik, şahidik. Səninlə bir yerdə “Qayıt əzizim” deyirik. Amma gedəni, də zamanı da geri qaytarmaq olmur, özünün də dediyin kimi, indi səndən qalan xatirə mavi dənizdir. Və ötən günlər nəinki kölgəni, səni də yaşadır, əziz Müslüm...
Səhnədə Müslümün “Əlvida Bakı” mahnısı səslənir. “Əlvida, Bakı” mahnısı vəfatından az öncə onun tərəfindən yazılıb. Çox sevdiyi Bakı ilə vidalaşmağın ona necə çətin olduğunu, hansı hisslər keçirdiyini yalnız təxmin etmək olar. İndi əziz Müslümün şəhərimizin ən gözəl yerlərindən birində - bulvarda abidəsi var. Bu günə qədər bulvarda heç bir abidənin olmaması da Azərbaycanın ona sevgisinin bir tərənnümüdür.
Müslüm həqiqətən xoşbəxt adamdır. Həyatda böyük sevgilərin qarşılıqsız olduğu məqamlar çoxdur. Onun Azərbaycana olan böyük eşqi heç vaxt qarşılıqsız olmayıb. Anası bildiyi bu yerlər ona hər zaman qucaq açıb, təbiət isə onu seçməklə Müslümə ən böyük hədiyyəsini edib. Bu mənada birinci abidənin Müslümün şərəfinə qoyulması təbiidir. Bulvar şəhərimizin, Müslüm də mədəniyyətimizin gözüdür. Həm də Bulvar Müslümün ən sevimli yeri idi. Bulvarda ucalan abidə onu göstərir ki, Bakı onunla heç vaxt vidalaşmayıb və heç bir zaman vidalaşmayacaq. Bu gün bu tədbirdə olduğu kimi, Müslüm həmişə bizimlədir...
Müslümün unudulmaz siması təkrar-təkrar gözümün önündən keçdikcə uşaqlıqdan səsinə, şəxsinə qarşı olan rəğbətim bir daha xəyalımda canlanır. Tədbirin keçirildiyi məkan dənizə yaxındır. Ona görə əminəm ki, o burada bizimlədir. Elə bu yerdə “Mavi əbədiyyət” mahnısı səslənir. Ekranda onun tərənnüm etdiyi Xəzər dənizi fonunda görüntüləri əks olunur. Duyğular bir-birinə qarışır.
Mədəniyyətləri birləşdirən Müslüm...
Bu gün çox ifalar səsləndi, xarici ifaçılar da öz sevgilərini, Müslümə ifadə etdilər. Müxtəlif xalqların nümayəndələrindən olan sənətçilərin bu rəğbəti bir daha göstərir ki, Müslüm Maqomayev, həm də xalqları, mədəniyyətləri birləşdirir. Onun yaradıcılığı genişdir, çoxşaxəlidir. Bu, bizim fəxrimizdir. Müslümün yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır. Biz Müslümlə onun bütün həyatı boyu fəxr etdiyimiz kimi, bugünkü gözəl ifaçılarımızla da fəxr edirik. Səhnəyə atılan addımlardan tutmuş, gülüşlərə, nəğmələrə qədər çıxış edən bütün ifaçılarımız heç şübhəsiz Müslüm obrazından ruhlanıb.
P.S. Oktyabrın 25-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin də təşkilatçılığı ilə Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutub.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53

