Mədəniyyətin təbliğində əhəmiyyətli vasitə
19.10.2023 [11:10]
Bakıda “Musiqinin rəngləri” sərgisi açılıb
Günel ABBAS
Bu gün sərgilər getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, iqtisadiyyat, texnologiya və digər sahələrin inkişafı ilə şərtlənir. Belə tədbirlər sənaye təmayülləri, rəqib şirkətlər və uğura nail olmaq üçün nə etmək lazım olduğu barədə aydın təsəvvür yaradır. Sərgilər bu və ya digər məhsul, yaxud xidmət barədə məlumat verməklə yanaşı, istehsalçı ilə istehlakçını birbaşa görüşdürən yeganə reklam üsuludur. Sərgilərin səmərəli cəhəti həm də vaxta qənaətdir, çünki sərgi 3-4 gün ərzində bir platformada sənayenin aparıcı iştirakçıları ilə görüşlər keçirmək, danışıqlar aparmaq və faydalı işgüzar tanışlıqlar qurmaq üçün unikal imkanlar yaradır.
Azərbaycanda ticarət-sənaye sərgiləri yeni müştərilər və satış bazarları axtarmaq, eləcə də satışın coğrafiyasını genişləndirmək üçün effektiv vasitədir və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına, o cümlədən investisiya axınının artmasına kömək edir.
Ancaq sərgilər təkcə iqtisadi yüksəlişə yox, həm də mədəniyyətin təbliğatına və inkişafına yönəlib. Bu mənada xüsusi qeyd etmək lazımdır ki, müstəqillik illərində Azərbaycan təsviri sənətinin tərəqqisi, dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də bir çox məqsədyönlü işlər görülüb. Son illərdə keçirilən respublika və beynəlxalq əhəmiyyətli sərgilərin sayı xeyli artıb. Bu illərdə Azərbaycan rəssamlarının əsərləri Almaniya, ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə, İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan, Braziliya, Çin, Avstriya, Portuqaliya və s. kimi ölkələrin ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilib.
Bununla bərabər multikulturalizm mərkəzi olan ölkəmizdə də xarici incəsənət nümayəndələrinin sərgiləri təşkil edilir.
Yeri gəlmişkən, Bakıda Rus Evinin təsviri incəsənət sərgi zalında Mahru Nortonun “Musiqinin rəngləri” adlı fərdi sərgisi keçirilir. 13 oktyabr tarixində başlayan sərgi oktyabr ayının 31-dək davam edəcək. Mahrunun musiqiyə olan bənzərsiz sevgisi onun rəsm əsərlərində təcəssüm olunur. O, öz əsərlərində izləyicini əsrarəngiz obrazlar və musiqi alətlərinin hisslərlə birləşdiyi dünyaya qovuşdurur.
Mahru Nortonun rəsm əsərləri Azərbaycanla yanaşı, xarici ölkələrdə də təqdim edilib. Rəssamın əsərləri bir sıra qalereyaların sərgi salonlarını bəzəyir və dünyanın müxtəlif nöqtələrində şəxsi kolleksiyaların bir hissəsi kimi yer alır. Bakıdakı Rus Evinin sərgi salonlarında Mahru Nortonun ən yaxşı əsərlərindən seçmələr nümayiş etdirilir. İzləyicilərə qeyri-adi texnikada hazırlanmış və məhz Mahru Nortona xas olan təkrarolunmaz incəliklə dolu musiqili və mistik silsilədən ibarət əsərlər təqdim olunur.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

