Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

08.05.2021 [08:39]

Mübariz Abdullayev

Xaricdəki antimilli mərkəzlərin Azərbaycanın uğurlarını həzm edə bilmədikləri hər kəsə bəllidir. Onlar Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlərin üstünə kölgə salmaq, ölkəmiz barədə mənfi rəy formalaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Açıq-aydın görünür ki, “sapı özümüzdən olan baltalar” xaricdəki məlum mərkəzlərdən aldıqları direktivləri yerinə yetirirlər.
Müxtəlif internet resurslarında, ələlxüsus da sosial şəbəkələrdə ölkəmizin müsbət reallıqlarını təhrif edən, bununla da insanları çaşdırmağa çalışan şəxslərdən biri də okeanın o tayında “lövbər salan” Qubad İbadoğludur. O, sosial şəbəkələrdə yalan danışmaqda bütün sərhədləri aşır. Bu şəxs son paylaşımlarının birində ötən 18 ildə respublikamızda guya islahatların aparılmadığını iddia edir. O, görünür, ədalət və reallıq hissini tamam itirib.
Son 18 ildə islahatların aparılması Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edib. Bəhs olunan dövrdə ölkəmizin mənzərəsi davamlı şəkildə və bir-birini tamamlayan islahatların reallaşdırılması ilə səciyyələnib. Respublikamızın potensialı, müasir çağırışlar nəzərə alınmaqla və konseptual yanaşmalarla reallaşdırılan islahatlar müxtəlif istiqamətləri əhatə edib. Milli iqtisadiyyatımızın istehsal və ixrac imkanlarının genişləndirilməsinə, hüquq sisteminin təkmilləşdirilməsinə, dövlət idarəçiliyinin çevikliyinin artırılmasına, institusional sferanın müasirləşdirilməsinə yönələn sistem xarakterli tədbirlər, kadrların seçilməsinə verilən yeni kriteriyalar: bütün bunlar ölkəmizdə uğurla həyata keçirilən və yaxşı nəticələr verən islahatların müəyyən hissəsidir. Aparılan islahatların böyük bir qismi isə sosial sferanı əhatə edir. Pandemiya səbəbindən bir sıra çətinliklərlə müşayiət olunan 2020-ci ildə respublikamızda beş milyon insanı - ölkə əhalisinin yarısını əhatə edən sosial məzmunlu islahatlar reallaşdırıldı. Azərbaycan yeni növ koronavirus pandemiyasının yaratdığı çətinlikləri öz gücünə dəf edən və təhlükəli xəstəliklə mübarizəyə milli səviyyədə böyük büdcə ayıran, eyni zamanda, qlobal həmrəyliyə sanballı töhfələr verən azsaylı ölkələrdən biridir.

Paylaş:
Baxılıb: 585 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Qubad İbadoğlu öz ampluasında...

Ölkəmizin Vətən müharibəsində...

17.03.2021 [09:19]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30