Xalqına xor baxan...
30.04.2024 [10:00]
Rediküllər Azərbaycanın uğurlarına sevinmir
2020-ci ildən başlayaraq ərazi bütövlüyümüzün təmini istiqamətində həyata keçirilən proses mühüm uğurları ilə seçilib. 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilib. Ardından isə 2023-cü ilin sentyabrında reallaşan lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz bərpa olunub. 2024-cü ildən isə bölgədə yeni siyasi reallıqlar yaranıb - Ermənistanın aprel ayında 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı razılaşmaya imza atması ölkəmizin böyük uğuru kimi xarakterizə olunur.
Təbii ki, bu yeni reallıqların müəllifi olan Azərbaycan dövlətinin apardığı siyasi kurs həm daxili, həm də xarici arenada ölkəmizin nüfuzunun artmasını şərtləndirib. Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları ölkəmizin Cənubi Qafqazda yaratdığı yeni situasiyanın inkişafa və təhlükəsizliyə xidmət göstərdiyini bəyan edirlər. Hətta Avropa kontingenti, bütövlükdə Qərb Azərbaycanı bölgənin aparıcı dövləti, siyasi-iqtisadi lideri kimi qəbul edir.
Təəssüfləndirici haldır ki, Azərbaycanın əldə etdiyi bu uğurlar ölkə daxilindəki redikül müxalifəti və onların xaricdəki antimilli uzantılarını narahat etməkdədir. Xüsusilə də, Azərbaycanın praqmatik xarici siyasət kursunu hədəfə almağa çalışan rediküllər və onların əlaltıları sosial şəbəkələrdə müxtəlif yalanlar səsləndirir, manipulyasiyalara əl atırlar. Məsələn, AXCP sədri Əli Kərimli, onun yerli və xaricdəki əlaltıları Azərbaycanın artan beynəlxalq nüfuzunu və regionda yaranan yeni reallıqları qəbul edə bilmir və qazanılan nailiyyətlərə kölgə salmaq üçün çirkin təbliğat aparırlar. Bu məsələdə xüsusilə fərqlənən isə yenə də Kərimlinin “Fransadakı canlı kassası” sayılan Qənimət Zahiddir. Azərbaycanın uğurlarını həzm etməyən bu şəxs fərqli yalan və qərəzlə şər-böhtan kampaniyası aparmağa çalışır.
Əslində Qənimət Zahidin apardığı antimilli “təbliğat” onun əsl simasını ortaya qoyur - belə ki, son günlərdə Qərbin ənənəvi təzyiq metodu kimi istifadə etdiyi “insan hüquqları” məsələsinə yenidən “dönüş etməsi” onların bütün bəhanələrinin əllərindən çıxmasının göstəricisi sayılır. Q.Zahidin də sözü qutarmış aşıq kimi erməni lobbisinin böhtanlarını təkrarlaması onun kimliyindən xəbər verir. Fransadakı erməni lobbisinin Əli Kərimliyə ötürdüyü pulların əsas “keçid məntəqəsi” sayılan Q.Zahidin bu “mövzuya” xitab etməsi, ardından isə Əli Kərimlinin sosial şəbəkədəki trolllarının da yeni məzmuna müraciət etməsi bütün həqiqətlərin üzərinə işıq salır.
Xarici pullarla gözünü “kor” edən bu azsaylı dəstə Azərbaycanın uğuruna sevinmir - əksinə, Azərbaycanın ən qatı düşməni kimi mövqe sərgiləyir. Ölkəmizin bütün platformalarda əldə etdiyi nailiyyətlər, qələbələr isə onların əsas “hədəfidir”. Bu fakt bir daha redikül müxalifətin xislətini ortaya qoymaqdadır. Azərbaycanın apardığı uğurlu və çoxşaxəli xarici siyasət kursu beynəlxaq aləm tərəfindən dəstəkləndiyi halda, onların bu uğurları görməzdən gəlməsi onların təkcə dövlətə qarşı deyil, xalqa qarşı “müxalifətçiliyindən” xəbər verir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40

